“Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə külli miqdarda borcu var. “Yeni Sabah” xəbər verir ki, şirkətin hazırda 12 milyon manatdan çox vergi borcu yaranıb.
MMC-nin uzun müddətdir vergiləri ödəmir. Amma bunun səbəbi isə məlum deyil.
Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub. Dövlət Vergi Xidmətinin borcunu ödəmədiyinə görə “Svit Haus”u cəzalandırıb-cəzalandırmadığı məlum deyil.
Xatırladaq ki, “Svit Haus” MMC-nin adı mətbuatda qalmaqallarla yadda qalıb. Şirkət çoxmərtəbəli yaşayış binaların tikintisi ilə məşğul olur. “Svit Haus” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17790 manat olan şirkətin qanuni təmsilçisi İmdad Dursunovdur.
Mətbuatda yayılan məlumatlara görə, şirkət “Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilova aiddir. Lakin “Svit Haus”un C.Xəlilovun qardaşı, Rusiyada yaşayan məşhur milyarder İsgəndər Xəlilova məxsus olduğu bildirilir.