Cümə axşamı günü, 01 oktyabr 2026
     

Hacı Qasım körpüsü...

Image


Fərman Qarabağlı: “Bu körpü tarixin bizə dəyərli yadigarlarından biridir”

“Hacı Qasım Həcc ziyarətindən qayıdandan sonra Kərəkən çayının üstündən körpü saldırır ki…”

Tarixdə elə hadisələr olur ki, onun günümüzdə də yada salınması vacibdir. Ulu babalarımız bizə çoxlu körpülər, məscidlər, abidələr yadigar qoyublar. Bu gün Füzulidə Hacı Qasım körpüsü adı ilə tanınan körpü də keçmişlərdən bizə miras qalıb.

Əslən Füzuli rayonunun Arayatılı kəndindən olan, uzun illər ticarətlə məşğul olan, hazırda Bakıda yaşayan "Bakı-Xəbər"in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) bizimlə əlaqə saxlayıb Almurad oğlu Hacı Qasımdan, onun şəcərəsindən və saldırdığı körpüdən danışdı.

“Qarabağın Qacar Əbdürrəhmanlı kəndindəki Hacı Qasım körpüsü haqqında danışmaq istəyirəm. Çünki yeni nəsil tariximizə zinət verən belə tarixi hadisələri bilməlidir. Hər körpünün, hər qalanın, hər bir abidənin öz tarixcəsi var.

Əbdürrəhmanlı kəndinin bəyi Ağası bəy oğlu Əbdürrəhman bəy idi. O torpaq Qarabağ xanı İbrahimxəlil Cavanşir tərəfindən Ağası bəy oğlu Əbdürrəhman bəyə verilib. O yurd yerinə Qacar yurdu deyirdilər. Ona görə də camaat o kəndi Qacar Əbdürrəhmanlı adlandırırdı. O kənddə Əbdürrəhman bəydən sonra oğlu Ağası bəy bəylik edirdi. Qasım cavan yaşlarından Ağası bəyin qoyunçuluq təsərrüfatına rəhbərlik edirmiş. Toylar adətən payız vaxtı başlayardı. Bir payız günündə Ağası bəy oğluna toy etməli olur. İrandan bir pəhləvan da Ağası bəyin oğlunun toyuna gəlir. O vaxt toylarda güləşmək adət imiş. O pəhləvan da soyunub bədənini yağlayıb toy mağarının ortasında dayanır “toyun bəyi mənimlə güləşməlidir”-deyir. O vaxt belə bir adət varmış. Ağası bəyin oğlu xəstəhal olduğu üçün təbii ki, pəhləvanla güləşə bilməzdi. Başqaları da ürək edib güləşmək istəməyib. Bəy çarəsiz qalıb adam göndərir ki, gedib Qasımı çağırıb gətirsinlər. Gəlib görürlər ki, Qasım erkəklərdən satıb pulları sayır. Vəziyyəti ona danışırlar, o da toy evinə yollanır. Qasım hələ məclisə gəlməmiş pəhləvanın anası ordakı qadınlara deyir ki, heyif o gələn cavandan gəlib özünü biabır edəcək. Qasımın anası da həmin toyda imiş. O, pəhlivanın anasına deyib ki, de görüm sən gəlinliyində nə iş görmüsən? Pəhlivanın anası deyir ki, yeni doğulmuş cöngəni boynumda evin ikinci mərtəbəsinə qaldırmışam. De görüm, sən nə etmisən? Qasımın anası da ona “bunu kənddə hamı bilir, nər maya dəvəni yatızdırıb yükünün bir tayını qucağımda dəvənin belinə qoyub o biri tayını da gətirib dəvəni yükləyib aparmışam. Oğlum gələr, baxıb görərik nə təhər olur” deyib. Qasım gəlir məsclisə, toyxananın ortasında, heç çuxasını da çıxarmır, əli ilə çuxanın bir tərəfini kənara edib əlini pəhlivana uzadır. Pəhlivan Qasımın əlindən tutub dartır. Qasım ayağını yerə dirəyir. O vaxt imkanlı adamlar şatırı çarıq geyərmişlər. Pəhlivan çox dartır, amma Qasımı yerindən tərpədə bilmir. Şatırı çarığın köşələri qırılır. Qasım pəhlivanın əlindən tutmaq istəyəndə o, əlini qaçırır, əl atıb pəlivanın yağlı bədəninin qabırğalarından yapışır, pəhlivan ağrıdan çığırır, Qasım onu özünə tərəf çəkib yerə çırpır. Gəlinlər-qızlar Qasımın üstünə xələt yağdırır, camaat onu alqışlayır. Ağası bəy deyir ki, Qasım, bu gündən sən mənim oğlumsan, o kəhər at, o bir sürü qoyun, neçə hektarlarla torpaq sənə mənim hədiyyəmdir. Bir neçə ildən sonra - 1810-cu ildə Qasım Həcc ziyarətinə gedir, hacı titulu qazanır və Hacı Qasım olur. Əvvəllər belə bir adət varmış ki, Həccə gedib gələn adamlar xeyriyyə işləri ilə məşğul olarmış. Hacı Qasım Həcc ziyarətindən qayıdandan sonra Kərəkən çayının üstündən körpü saldırır ki, camaat gedib-gələndə əziyyət çəkməsin. Bu körpü Hacı Qasımdan el-obasına yadigar qalıb, üstündən geçib gedənlər ona rəhmət oxuyur.

Uzun illər sonra Hacı Qasımın nəslindən olan Fazil Allahverdiyev sovxoz direktoru işləyən zaman Hacı Qasım babasının saldırdığı körpünün bərpasında müəyyən işlər görür. Fazil deyirmiş, o kişi körpünü elə tikdirmişdi ki, sel gələndə körpünü dağıda bilmirdi. Bu körpü tarixin bizə dəyərli yadigarlarından biridir”.

Babamın el üçün saldığı körpü

Həyatda yoxsa da yaşadır onu.

Körpüyə baxanda düşünürəm mən

Bir ömrə calanıb bir ömrün sonu.

Fərman Qarabağlının misralarıdır.

F.Qarabağlı bildirdi ki, Hacı Qasımın iki övladı olub - böyük oğlu Süleyman, kiçik oğlu Həmid. “Oğlu Süleyman təsərrüfat işlərinə baxıb, əkin-biçinlə, qoyunçuluqla məşğul olub. Həmid isə çox güclü adam olub. Kəndin yaşlı adamları danışırdılar, o, kəhər atın quyruğundan yapışıb sağa-sola çırpıb neçə mert kənara tullayırmış.

Süleymanın övladları Məhəmməd bəy, Sona və Qurban, Həmidin övladları isə Məsumə, Ağca və Hüseyn olub. Məhəmməd bəy haqqında bir xatırlatma etmək istəyirəm.

Məhəmməd bəyə bəzi bədxahlar “corab Məhəmməd” ayaması qoşublar. Guya rus əsgərlərinin corablarını soyundurub götürürmüş. Təbiidir ki, bəylər sovet hökumətini istəmirdilər. Məşhur inqilabçı Məmmədxan Məmmədxanovu tuturlar. Məmmədxan Məmmədxanov məşhur “KVN”nin keçmiş rəhbəri, mərhum deputat Anar Məmmədxanovun babası idi. Məmmədxan Məmmədxanovu tutub güllələmək istəyirdilər, onda Məhəmməd bəy onu xilas edib. Deyib ki, mən özüm aparıb Məmmədxanovu güllələyib corabını da çıxaracağam. Bəylərin, qoçuların əlindən Məmmədxanı alıb aparır, amma güləlləməyib onu yola salır ki, getsin. Çünki onlar dost olublar. Ailəlikcə dostluq ediblər, qardaş kimi idilər. Məhəmməd bəy bir bəy idi və onlar bolşevik hökumətini istəmirdilər”-deyə F.Qarabağlı bildirdi.

Tarixi yaddaşı təzələmək, yeni nəslə babalarımızın irsini ötürmək, tanıtmaq olduqca vacibdir. F.Qarabağlı bu vacib missiyanı daşıyanlardan və tariximizin, şəxsiyyətlərimizin əbədi yaşamasına çalışan insanlardandır. Hacı Qasım körpüsü də tarixin bir ərmağanıdır və o kişini yaddaşlarda, xatirələrdə yaşadır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ