Cümə günü, 06 noyabr 2026
     

Qubalı şəhid Musa Məhəmmədov - 3 ayın əsgəri idi, inadla təkid etdi ki...

Image


Rübabə Məhəmmədova: “Biz onunla görüşdən qayıtdıqdan on gün sonra Musa şəhid oldu”

Elcan: “Musa bronejiletini geyinib silahını götürüb “Satko”nun yanında durmuşdu, döyüşə getmək üçün israr edirdi”

Hər bir Azərbaycan oğlu qəhrəman olmaq istəyir. Qəhrəman olmaq istəyi oğullarımızda bir genetik xüsusiyyətdir.

Vətən müharibəsində də, Birinci Qarabağ savaşında da bizim yüzlərlə qəhrəmanımız olub ki, onların hər birinin ömür və döyüş yolu kitablara sığışmır.

Sakit, mülayim təbiətli, olduqca istiqanlı gənc idi, uşaqlıqdan hərbi mövzuda kitablar oxumağı və filmlərə baxmağı çox xoşlayırdı, hərbiçi olmaq arzusu ilə yaşayırdı Musa Bəhrəm oğlu Məhəmmədov.

18 iyun 2002-ci ildə Quba rayonunun Zərdabi qəsəbəsində anadan olmuşdu. Arzuları çox idi, ən böyük arzusu isə torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək idi.

44 günlük Vətən müharibəsi başlayanda Musa üç ayın əsgəri idi.

Rəsmi sənədlərə görə, Musa Məhəmmədov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Musa Məhəmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Musa Məhəmmədov 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində, "Cəngavər" döyüş mövqeyində döyüş tapşırığının yerinə yetirilməsi zamanı Vüsal Mahmudov və bir neçə hərbi qulluqçu ilə birlikdə şəhid olub. Quba rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Məhəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Məhəmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Məhəmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Musa Məhəmmədovun anası Rübabə Məhəmmədova ilə Quba rayonunda yaradıcılıq ezamiyyətində olarkən tanış olub söhbət etdik.

Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi Zəfər” adlı kitabın II və III cildlərinin Qubada keçirilən təqdimat mərasiminə Rübabə ana da gəlmişdi...

“Musa ailənin yeganə oğul övladı olub, eyni zamanda da ilk uşağımız idi. Onu çox ərköyün böyütmüşdük. Uşaqlıqda çox sakit təbiətli, böyüklə böyük, kiçiklə kiçik olan bir uşaq olub. Həddindən artıq zəhmətkeş olmaqla yanaşı evimizin bütün problemlərini özü həll edirdi, hər şeyin dalınca özü getməyi xoşlayardı. Ailənin ilk uşağı və yeganə oğlu olduğuna görə hər işi özü görər, bazarlığı belə özü edərdi. 2008-ci ildə Zərdabi qəsəbə Bayram Şixəmirov adına məktəbin I sinfinə gedib. Məktəbdə tərbiyəsi, sakit təbiəti ilə seçilən şagird olub, çox dostcanlı, mehriban uşaq idi. Həmişə dostlarının içində seçilirdi. Yeddinci sinfdə oxuyanda yaxşı bal topladı Qubada liseyə daxil oldu və on birinci sinfi orda bitirdi. Ali məktəbə sənəd verdi, amma kodlaşdırmanı düzgün etmədiyi üçün balı aşağı düşdü və ödənişliyə qəbul oldu. Ailənin maddi imkanı zəif olduğu üçün isə pulluda oxumadı. Dedi ki, əsgərliyə gedim gəlim, sonra yenə ali məktəbə sənəd verərəm. Musa sonra sənədlərini peşə məktəbinə verdi, dedi ki, ay ana, orda oxuyaram və ayda heç olmasa 70 manat təqaüd alaram. Amma ali təhsil almaq istəyirdi.

Musagilin həqiqi hərbi xidmətə çağırış dövrü pandemiyaya düşdü, karantin idi deyə onları hələ aparmırdılar, inanın, hər gün çağırış idarəsinə gedib “məni niyə əsgərliyə aparmırsınız?” deyirdi. Gündə gedib çağırış idarəsənin əməkdaşları ilə dava edirdi ki, məni aparın. Bir gün işdə idim zəng vurdu ki, ana, qonşumuz Mahir üçün çağırış vərəqəsi gəlib, amma mənə gəlməyib, mən “voyenkomata” gedirəm. Ordan da deyiblər ki, getmək istəyirsən sabah hazırlaş gəl göndərək. Mən də anayam, dura bilmədim, ağlaya-ağlaya evə gəldim. Dedi ki, ana, mən sabah əsgərliyə gedirəm, Şəmkirə düşmüşəm. Axşam hazırlaşdı, səhər onu yola salırdıq. Səhər də adam çox idi, maşının biri çatmırdı, taksiyə zəng etdik, bir də yoluna bəzi şeylər almaq istəyirdim. Orda da taksini gözləmək istəmirdi. “Birdən taksi gec gələr, birdən gecikərəm, avtobus çıxıb gedər məni gözləməz, siz özünüz nə alırsız alın mən birinci maşınla gedirəm”-dedi. Dedim ki, ay bala, sən ora gedəcəksən, sənin adını çəkəcəklər, avtobus gedə bilməz, səni orda gözləyəcək...Dedi ki, yox ana, sən məni gecikdirəcəksən, sən məni qoymayacaqsan getməyə...Musa şəhid olmağa o qədər tələsirdi ki...O qədər həyəcanlı idi ki... O qədər vətənpərvər uşaq idi ki...Məhəllədən çıxanda da dedi ki, mən gedirəm torpaqları almağa, almamış geri gəlməyəcəyəm, toprpaqları alıb gələcəyəm”.

Ana deyir ki, oğlu əvvəlcə Gəncədəki “N” saylı hərbi hissəsəyə düşür və ordan da Musanın nümunəvi xidmətinə görə onlara fəxri fərmanlar göndərilir. Musanın çox ağıllı, tərbiyəli, yerini bilən, nümunəvi bir gənc olduğunu deyən ana bildirir ki, qısa müddətdə xidmətdə də hər kəsin hörmətini qazanır. “Ordan da Musa Toğanaya hərbi hissəyə göndərilib. Karantin olduğu üçün heç oğlumun andiçməsinə gedə bilmədik. Toğanaya gedəndə zəng vurdu ki, ana, gəlin, artıq valideynlərlə görüşə icazə verilir. Biz də getdik. Sentyabrın 22-i idi. Musa dedi ki, ana, müharibə başlayacaq, əli ilə qarşını göstərib, “o erməni postunu alacağıq” dedi. “Biz müharibədə qalib gələcəyik, əgər qalib gəlməsək bu səfər Gəncəni, Bakını vuracaqlar”-dedi. Fikri-zikri o idi ki, müharibə başlasın və o da torpaqların işğaldan azad olunmasında iştirak etsin, döyüşsün. Dedim ay Musa, mən anayam, ürəyimi parçalama, oğlum, nəbadə özünü qabağa atasan, elə etmə. Musa dedi ki, biz getməliyik, torpaqları qaytarmalıyıq, Vətən üçün yaranmışıq, Vətən üçün də öləcəyik, ana, get rahat yat, oğlun burda səni qoruyur, qoymaram erməni bura gəlsin, burdayıq, qarşılarındayıq. Hələ mənimlə zarafat da etdi. Bir də dedi ki, burdakı su “qara su”dur, içmək olmur, pal-paltarımızı yuyuruq ancaq, ermənilərin postunun yaxınlığından içməli su gətiririk. Dedim ana qurban, dumanda-çəndə getmə, birdən səni əsir götürərlər. Dedi ki, ay ana, onlar bizdən siçan kimi qorxurlar, biz ora su gətiməyə gedəndə qaçıb gizlənirlər. Biz onunla görüşdən qayıtdıqdan on gün sonra Musa şəhid oldu. Sentyabrın 27-si günü özü könüllü olaraq döyüşə qoşulub. Hərbi hissədən komandirləri deyib ki, sən getmə, qərargahda qal, burdan keçən silahlı maşınları yoxla. Musa etiraz edərək deyib ki, siz nə danışırsınız, mən hərbi hissədə qalmıram, döyüşə gedirəm. Hərbi hissədə starşina ilə dava edib ki, məni saxlaya bilməzsən, döyüşə gedirəm. Gedib bronejiletini geyinib, silahını götürüb və döyüşə gedib. Sentyabrın 27-dən oktyabrın 2-nə qədər döyüşdə olub. Ayın 2-də onları Buzluq kəndi istiqamətində ermənilər ağır silahlarla vurublar...

Evimizin bircə yanan çırağı Musanın şəhid olması xəbəri bizi elə sarsıtdı, elə yandırdı ki, sözlə deyə bilmirəm, dilim ağzımda yanır...18 yaşlı balam canını Vətən uğrunda könüllü qurban verdi, oğlumun niyyəti hasil oldu, torpaqlarımız işğaldan azad olundu...”

Musanın əsgərlik və döyüş yoldaşı Elcanın dediklərindən:

“Müharibə başlayan gün “Satko”lar (döyüş maşını) gələndə Musa bizim starşinadan yapışmışdı ki, mən də döyüşə getməliyəm. Bizi qabağa aparıb-aparmayacaqları heç dəqiq deyildi. Amma Musa bronejiletini geyinib silahını götürüb “Satko”nun yanında durmuşdu, döyüşə getmək üçün israr edirdi. Starşinamız özü Allah şahididir ki, Musa ondan əl çəkmirdi, “gedək-gedək” deyirdi. Starşina qışqırırdı ki, siz 3 ayın əsgərisizniz hərbi hissədə qalın, sizi aparmırıq. Ən son “Satko”da bizə dedilər ki, hamı getməlidir və biz ən axrıncı döyüş maşını ilə çıxdıq. Ayın 27-si günü axşamüstü bizim taborun köhnə əsgərlərindən bir qismini atəşə dəstək üçün aparırdılar. Amma bizim “prizıv”ı aparmırdılar ki, siz gənc əsgərlərsiniz. Musa ilə mən sentyabrın 27-si, 28-i, 29-u, bir də oktyabrın 1-i səhər tezdən yanaşı olmuşuq.

Mən Musa ilə əvvəlki hərbi hissədəki xidmətdə tanış deyildim, sonra digər hərbi hissədə tanış oldum. Çox yaxın olmasaq da, danışırdıq, söhbət edirdik. Biz vurulduğumuz səhərin gecəsi yadıma gəlir ki, yerimizi dəyişdilər, bizi aşağı düşürdülər. Çünki bizi ordan PUA-lar çəkib vura bilərdi.

Hardasa 200-300 metr aşağı düşdük, ora atlar gətirdilər. Bu atları bizə kəndlilər vermişdilər. Musa at çapdı və 2-3 “kruq” vurmuşdu ki, “düş atdan, yıxılarsan, tanımadığın atdı” deyə qışqırdım.

Gecə düşəndən sonra qışqırdılar ki, PUA-lar fırlanır, hərə bir qayanın arxasına çəkilsin, biz Musa ilə yanaşı getdik. Mənə dedi ki, gəl yaxın duraq bizə soyuq dəyməsin. O gecə dəhşət soyuq idi, dişimiz bir-birinə dəyirdi. Sonra Musa cibindən bir alma çıxardı, bölüb yedik.

Oktybarın 1- nə keçən gecə ilk dəfə bizə palatka gətirdilər. O günə kimi torpağın üstündə yatırdıq. Biz təpəlikdə idik, lap aşağıdan çay axırdı…Dedilər ki, çaydan işıq görsənir…Nə isə, səhər açıldı yemək yedik. Musa da yanımda idi. Dedim ki, artıq 4 ayımız tamam olur.

Sözümün üstündən 2 dəqiqə keçmədi ki, bizi vurdular və mən ilk atışda yaralandım. Məni götürüb “Satko” ilə aparanda Musanı gördüm, üstü qan idi. Amma gözüm zəifdi, bilmədim öz qanı idi, ya yanında kimsə şəhidmi olmuşdu onun qanı idi. Bilə bilmədim. Məni “Satko”da aparanda yanımda şəhidlər də var idi, digər yaralılar da. Amma Musanı onların içində görmədim.

Şəmkirdə müalicə olunurdum, yaralanmağımdan 1 həftə keçmişdi ki, ora yaralı bir qazi gətirdilər. Dedi ki, Elcansan, səninlə bir yerdə olduq, eyni vaxta yaralandıq, Sizi aparan “Satko” gedəndən sonra ermənilər yolu vurdular, ordan başqa yaralılar çıxa bilmədilər. Mən ondan Musanı soruşdum, tanımadığını dedi.

Mən bir də “Papanin”də yatanda Musanın şəklini gördüm və onda bildim ki, Musa şəhid olub.

Musa ilə “Əzgilidə” olanda çox da yaxın deyildik. Hətta bir dəfə onun şampunundan istifadə etmişdim deyə mənə əsəbləşmişdi ki, o mənimdir. Dedim ki, narahat olma, evə qayıdaq, ən yaxşı şampunu alıb sənə hədiyyə edəcəyəm. Çox mərifətli uşaq idi. Orda hər cür adam var idi. Musa sakit, dinməz uşaq idi. Saf olduğu bilinirdi. Mən heç gözləməzdim ki, o sakit uşaq elə edə. Biz çöldə oturmuşduq, birdən-birə tabordan çıxdı və gördük ki, artıq geyinib durub döyüş maşının yanında, israrla “məni də aparın, burda qalmıram” deyir. Yenə deyirəm, çünki bizə demişdilər gənc əsgərləri aparmayacağıq. Musa yerində dayanmırdı, israr edirdi ki, məni də aparın, döyüşmək istəyirəm. Mən yaralandığım günə kimi Musa ilə torpağın üstündə bir yatıb, bir durmuşuq... Biz vurulandan sonra onları başqa yerə keçiriblər orda şəhid olub, yoxsa başqa yerdə, bilmirəm. Nə qədər maraqlandım, Musa haqqında heç kim dəqiq bir söz demədi”.

Qəhrəmanımız Musa belə oğul olub, gözünü qırpmadan canını Vətən üçün fəda edib. Məhəmmədovlar ailəsinin Musa adlı çırağı sönsə də, Vətən torpaqları azad olunub, indi azad ellərdən gur işıq seli gəlir, o işıq seli şəhidlərin ruhunun nurudur...

İradə SARIYEVA
Quba-Bakı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ