Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin üçüncü mərhələsi uğurla başa çatıb. Bu mərhələ çərçivəsində ölkənin şimal-qərb bölgəsində yerləşən Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ və Oğuz rayonlarındakı bir sıra məscidlərə kitablar təqdim olunub.
Layihə məscidlərin yalnız ibadət məkanı kimi deyil, eyni zamanda maarifləndirici və ictimai fəaliyyətlərdə iştirak edən mərkəzlərə çevrilməsini hədəfləyir. Məqsəd – milli-mənəvi və dini dəyərlərin cəmiyyətə çatdırılması, xüsusilə də gənclər arasında oxu vərdişlərinin təşviq olunmasıdır. 2025-ci ilin sonunadək layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində yerləşən 250 məscidin kitabxana ilə təmin edilməsi nəzərdə tutulur. Layihənin növbəti illərdə də davam etdirilməsi planlaşdırılır.
Fond tərəfindən hər il məscidlərə kitab rəfləri və ümumilikdə 100 adda 25 min kitabın çatdırılması nəzərdə tutulur. Nəşrlər təkcə dini mövzularla məhdudlaşmır, həmçinin fəlsəfə, tarix, ədəbiyyat sahələrini və Azərbaycanla yanaşı, dünya klassiklərinin əsərlərini də əhatə edir.
Üçüncü mərhələ siyahıda göstərilən məscidləri əhatə edib:
Qobustan rayonu
1. Qobustan şəhəri “Heydər” məscidi
2. Qobustan şəhəri “Cümə” məscidi
3. Qobustan rayonu, Cəyirli kəndi “İmam Zaman” məscidi
Şamaxı rayonu
4. Şamaxı şəhəri “Cümə” məscidi 5. Şamaxı şəhəri “İmamzadə” məscidi 6. Şamaxı rayonu Mədrəsə qəsəbə məscidi 7. Şamaxı rayonu Göylər kənd məscidi 8. Şamaxı rayonu Çarhan kənd məscidi İsmayıllı rayonu 9. İsmayıllı şəhər “Məhəmmədiyyə” məscidi 10. İsmayıllı şəhər “Cümə məscidi 11. İsmayıllı rayonu Mican kənd məscidi 12. İsmayıllı rayonu Topçu kənd məscidi Ağsu rayonu 13. Ağsu şəhəri “Nuran xatun” məscidi 14. Ağsu şəhəri “Hacı Alcan-Hacı Almaxanım” məscidi Qəbələ rayonu 15. Qəbələ şəhəri "Cümə" məscidi 16. Qəbələ şəhəri “Yeni” məscid 17. Qəbələ şəhəri “Səkkizguşəli” məscid 18. Qəbələ rayonu, Nic qəsəbəsi “Yalağaclı” məscidi 19. Qəbələ rayonu Vəndam qəsəbə məscidi 20. Qəbələ rayonu, Bum qəsəbə məscidi 21. Qəbələ rayonu, Soltannuxa kənd məhəllə məscidi 22. Qəbələ rayonu, Savalan kənd məscidi Oğuz rayonu 23. Oğuz şəhəri “Cümə” məscidi 24. Oğuz rayonu Xaçmaz kənd məscidi 25. Oğuz rayonu Kərimli kənd məscidi