Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Batabat yaylağında məskunlaşmış əhalinin sağlamlıq vəziyyətinin yoxlanılması və profilaktik məqsədlə tibbi xidmət təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən mətbuata verilən açıqlamada deyilir ki, tibbi aksiya çərçivəsində müxtəlif ixtisaslı həkimlər tərəfindən əhalinin sağlamlıq vəziyyəti qiymətləndirilib. Müayinələr zamanı aşkar edilmiş bəzi xəstəliklər üzrə ilkin diaqnoz qoyulub və müvafiq tövsiyələr verilib.
Sakinlər zəruri dərman vasitələri ilə təmin olunub, eyni zamanda əhali arasında sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
Mətləb