Cümə günü, 06 noyabr 2026
     

Dövlət qurumları 200 min dollar verib avtomobillər alır, 3 ildən sonra isə "spisat" edirlər...

Image


İlqar Hüseynli: “Dövlət qurumlarına xaricdən avtomobil almaları ilə bağlı qeyri-rəsmi qadağalar tətbiq etmək olardı ki...”

Azərbaycanda dövlət qurumlarının vaxtaşırı xidməti avtomobil parkını təzələdiyinin şahidi oluruq. Alınan avtomobillərin heç biri yerli istehsal deyil, bahalı xarici markalardır.

Dövlət qurumları Azərbaycanın istehsal etdiyi “NAZ Lifan” avtomobillərinə qətiyyən əhəmiyyət vermirlər. Tez-tez hansısa rəsmi qurum 200-300 min ABŞ dolları pul xərcləyib xaricdən xidməti maşınlar alıb gətirir. El dili ilə desək, havayı yerə bir ətək pul xərclənir, dövlətin pulları xaricə axır. Məmurlar baha qiymətə maşınlar alırlar və bir az istifadə edib köhnəldəndən sonra o avtomobilləri hərraca çıxarıb ucuz qiymətə satdırırlar, ardınca da dövlət hesabına yeni maşınlar alırlar. Nəticədə büdcəyə böyük ziyan vururlar.

Bunun səbəbi nədir ki, dövlət qurumları yerli maşınlara üstünlük vermir? Bəlkə xaricdən aldıqları maşınlara görə daha çox pul silə bilirlər?

Maraqlıdır, dövlət qurumları Azərbaycanın istehsal etdiyi "NAZ Lifan" avtomobillərini niyə xidməti maşın parkına daxil etmirlər?

“Burda böyük korrupsiya əməllərindən, prosesindən söhbət gedə bilər”

Sosial-iqtosadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, bunun səbəbləri müxtəlifdir. İ.Hüseynli qeyd etdi ki, Naxçıvan Avtomobil Zavodu əvvəl 6 modellə istehsala başlayıb, sonra modellərin sayını artıraraq 8-ə çatdırıb. “2016-cı ildən bu avtomobillərin istehsal prosesi başlayarkən ölkə Prezidenti İlham Əliyev çıxışında müxtəlif dövlət müəssisələrinə, məmurlara tövsiyə etdi ki, “NAZ Lifan” avtomobillərindən istifadə etsinlər. Bundan sonra bir neçə dövlət qurumu - Təhsil Nazirliyi, SOCAR, Xəzər Dəniz Gəmiçilik İdarəsi və sair dövlət müəssisələri, dövlət idarələri, hətta Cihan Holdinq özəl şirkəti də bu avtomobillərin xeyli hissəsini aldılar, istifadə etməyə başladılar. Dövlət qurumları əvvəlcə yerli istehsal olan avtomobillərə maraq göstərsələr də, lakin bu tendensiya uzun müddət davam etmədi. Yəni Azərbaycanda nəyə görəsə məmurlar daha yerli istehsala deyil, xarici avtomobil brendlərinə üstünlük verirlər. Onların beynəlxalq standartlarla tanınan dünya avtomobil brendlərinə üstünlük vermələrinin müxtəlif səbəbləri ola bilər.

Bilirsiz ki, yerli avtomobillərin daxili bazarda qiymətləri çox normal, standart qiymətlər idi və qiymət 14 min manatdan 30 min manata qədər dəyişirdi. Zavodun konkret qiymətləri vardı və bu qiymətlər barədə ölkə ictimaiyyətinin məlumatı vardı”.

İ.Hüseynli qeyd etdi ki, ölkə xaricindən istədikləri komplektasiyanı gətirəndə onun hansı qiymətə başa gəlməsi, neçəyə olması barədə dəqiq təfərrüatlar yoxdur: “Hətta tenderlər gizli keçirilir, burda böyük vəsaitlər sərf olunur. Bu da daxili istehsal prosesinə böyük zərbə vurur. Nəticə etibarilə “NAZ Lifan” artıq istehsal gücünü dayandırıb.

Yadınıza gəlirsə, bununla bağlı parlamentdə də bir müzakirə aparılmışdı. Parlamentdə keçmiş millət vəkili Vahid Əhmədovun bir fikri vardı ki, tələb-təklif yoxdursa, onun istehsalının dayanması labüd olacaq. Yəni gərək bu avtomobil alına ki, onun istehsalı da davam edə. Yəni bu artıq “SOS” siqnalı idi və bu o deməkdir ki, artıq yerli istehsal olan o avtomobil alınmır. Yadınıza gəlirsə, Naxçıvan Muxtar Respublikası ərazisində “NAZ Lifanın istehsal etdiyi 400 nəqliyyat vasitəsini taksi xidmətinə buraxdılar. Hətta yadıma gəlir, orda bir qeyri-rəsmi qadağa da həyata keçirilmişdi ki, taksi xidmətində bu avtomobillərdən istifadə edilsin. Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov göstəriş vermişdi ki, Naxçıvan ərazisində yalnız “NAZ Lifan” modelli avtomobillərdən taksi kimi istifadə etmək olar. Başqa markalara qoyulan bu məhdudiyyətlərin bir tərəfdən də xeyri vardı ki, birdən-birə 400 avtomobil alınmışdı.

Dövlət qurumlarına xaricdən avtomobil almaları ilə bağlı qeyri-rəsmi qadağalar tətbiq etmək olardı ki, onlar ilk növbədə öz daxili istehsalımız olan avtomobillərdən istifadə etsinlər”.

İ.Hüseynlinin sözlərinə görə, Neftçalada istehsal olunan "Xəzər Lada" nın da aqibəti təxminən bu vəziyyətdədir, onun da alıcılıq səviyyəsi kifayət qədər aşağıdır. “Demək olar ki, o zavod da artıq öz istehsalını dayandırmaq ərəfəsindədir.

Çin “NAZ Lifan”ın konstruksiyasında ən böyük rola malik idi. İndi Çinin birbaşa özünün istehsal etdiyi nəqliyyat vasitələri artıq Azərbaycanda böyük sürətlə yayılmağa başlayıb. Hətta dövlət müəssisələri, məmurlar, digər şəxslər şəxsi istifadə üçün bunlardan yararlanır. Demək olar ki, Bakının avtomobil parkında çox böyük sürətlə üstün mövqeyə çıxmağa başlayıb. Çin istehsalının da qiymət dinamikasına fikir versəniz, demək olar ki, Çin istehsalı artıq daxili bazarda rəqabətlilik imkanlarını artırmaqdadır. Bütün bunların hamısını təhlil etdikdən sonra qənaətim belədir ki, dövlət qurumları 200, 300, 400 min manat, ABŞ dolları pul xərcləyib dövlətin büdcəsini talançılıqla xərcləməkdənsə, Çin istehsalı olan avtomobillərə üstünlük verə bilərlər. Çin Azərbaycanda dinamik şəkildə nəqliyyat bazarında üstün mövqeyə çıxıb, onlara heç olmasa bu avtomobillərdən yararlanmağı tövsiyə etmək lazımdır.

Ən pis halda, bu xaricdən alınan avtomobillərə xərclənən vəsaitlər üzərində monitorinqlər aparılmalıdır. Nə qədər reallığa uyğundur ki, o avtomobillərə 200,300 ABŞ dolları vəsaitlər xərclənir? Doğrudan da bu qiymətlər realdırmı? Tenderlərin nəticəsini diqqətlə izləmək lazımdır. Burda böyük korrupsiya əməllərindən, prosesindən söhbət gedə bilər. Düşünürəm ki, bu korrupsiya siyasətinin Azərbaycanın daxili bazarında istehsal olunan nəqliyyat vasitələri üzərindən aparılmaq imkanları məhdud olduğuna görə daha çox yerli olmayan, xarici istehsal olan nəqliyyat vasitələrinin alınmasına üstünlük verilir. Dövlət orqanları tərəfindən bu məsələlər araşdırılmalıdır”-deyə İ.Hüseynli bildirdi.

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ