Cümə günü, 06 noyabr 2026
     

Əcnəbilərə gedən qızlarımız, əcnəbidən qız alan kişilərimiz...

Image


Azərbaycan xalqı tarixən ailə dəyərlərinə verdiyi böyük əhəmiyyətlə, ailənin möhkəmliyini qorumaqla, ailəni müqəddəs saymaqla başqa xalqlardan ciddi şəkildə fərqlənib. Biz daha çox milli ailə modelinə sahib çıxmağımızla nümunə olmuşuq.

Xüsusən də qızlarımız başqa xalqların nümayəndələri ilə ailə qurmağa üstünlük verməyiblər. Bu keçmiş zamanlarda belə olub, Sovet illərində də başqa xalqın nümayəndəsi ilə ailə quran qızlarımız barmaqla sayılacaq qədər olub. Biz xalq olaraq demoqrafik mühitin sağlamlığına, demoqrafik mənzərəmizin pozulmamasına çox üstünlük vermişik. Azərbaycanlı qızlar tarixən bir qayda olaraq azərbaycanlı oğlanlarla ailə qurublar, adətən oğlanlarımız başqa xalqların qızlarını gətirib evlərimizdə gəlin ediblər. Cəmiyyət olaraq buna tolerant yanaşmışıq...

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ailə dəyərlərimizə yanaşmada müəyyən fərqliliklər meydana çıxdı. Gənclər ailə dəyərlərinə bir qədər fərqli yanaşdılar. Nəticədə başqa millətlərin nümayəndələri ilə evlilik dəbə mindi. İndi nəinki oğlanlarımız əcnəbilərlə evlənir, hətta qızlarımız az qala bu məsələdə onları arxada qoyublar. Bəli, Azərbaycanda son illər əcnəbilərlə nikaha girənlərin sayı çoxalıb. Qızlarımızın müəyyən bir qismi əcnəbilərlə ailə qurur, oğlanlarımız da əcnəbi qızlara meyl edirlər.

Bu məsələ demoqrafik mənzərəyə, ailə dəyərlərimizə hansı təsirlər göstərir, ziyanlı tərəfləri nədir? Buna müsbət yöndən yanaşmaq olarmı? Əcnəbilərlə nikah ailə dəyərlərimiz üçün nə qədər təhdid yaradır?

Son statistika nə deyir...

Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb. Belə ki, onlardan 599 nəfəri Azərbaycan vətəndaşı olan kişi, eləcə də 481 nəfər Azərbaycan vətəndaşı olan qadındır.

Qeyd edək ki, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Pakistan vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında nikahlar rəsmiləşdirilib.

Məlumat üçün bildirək ki, illər üzrə statistika dəyişir, bu istiqamətdə ya artım, ya da azalma baş verir.

Bəzi ekspertlərin fikrincə, qloballaşan dünyada qarışıq nikahların olması qanunauyğunluq hesab olunur, amma bütün hallarda, yenə də müəyyən məqamlar nəzərə alınmalıdır. Ekspertlər deyir ki, əcnəbi ilə ailə həyatı qurmaq - dəyərləri, mədəniyyətləri, düşüncə tərzləri fərqli olan insanların izdivacıdır. Elə qloballaşan dünyada da dəyərlərin, düşüncə tərzlərinin, mədəniyyətlərin toqquşmasının şahidi oluruq. Bir yazıda deyildiyi kimi, "kiçik dövlət" sayılan ailə də bu toqquşmalardan xali deyil. Xüsusən də bu "kiçik dövlət" fərqli mədəniyyətlərə, dəyərlərə sahib insanlar tərəfindən qurulubsa. Statistika bu kimi evliliklərin azaldığını desə də, amma bu da danılmaz faktdır ki, günümüzdə gənclərimizin, xüsusilə də gənc xanımlarımızın əksəriyyəti əcnəbilərlə nikaha can atır. Ekspertlər deyir ki, mədəniyyətlərin, adətlərin fərqliliyi özünü, xüsusilə uşaqların tərbiyəsində göstərir. Yəni uşaqların valideynlərindən hansının milli mənsubiyyəti və mədəniyyətini qəbul edəcəyi ilə bağlı məsələlər problemlərin ön cərgəsində durur. Ekspertlərə görə, qarışıq etnik nikahların ən böyük təhlükələrindən və risqlərindən biri də ər-arvad arasında meydana gələn mübahisə, münaqişə və boşanma zamanı uşaqların hansı valideynlə və hansı ölkədə qalması ilə bağlıdır. Lakin bütün bu növ nikahların uğursuzluğa düçar olacağını düşünmək və bunu ümumiləşdirmək səhv yanaşmadır.

Sosioloq, professor Əhməd Qəşəmoğlunun fikrincə, bu məsələni bir müddət də iqtisadi amillərə bağlayırdılar: "Müəyyən bir dövrdə belə bir fikir yaranmışdı ki, əcnəbilərin hamısı maddi baxımdan çox yaxşı vəziyyətdədir. Çünki kimin əcnəbi qohumu var idisə, gələndə yaxşı hədiyyələr gətirirdi. Ona görə də, belə ictimai rəy formalaşmışdı ki, əcnəbilər imkanlı olur. Amma əvvəlki dövrlərdə əcnəbilərlə ailə qurmağa əngəl olan bəzi mənəvi-psixoloji məqamlar var idi deyə, bu cür nikahlar elə də çox deyildi. Lakin 90-cı illərdən sonra bu əngəllər ortadan götürülməyə başladı və nəticə etibarı ilə bu cür nikahların sayı artdı. Hətta prestijli bir addım kimi qiymətləndirildi".

Sosioloq qeyd etdi ki, qloballaşmanın belə sürətlə getdiyi vaxtda xarici vətəndaşlarla nikaha girənlərin olması təbii haldır: "Bu, eyni zamanda strateji məsələdir və dövlətin diqqət mərkəzindədir. Bu proses sivil yollarla tənzimlənir. Çünki xarici nikahların artması ölkə əhalisinin milli-etnik tərkibinə təsir edə bilər. Xarici vətəndaşlarla nikaha girənlərin vətəndaşlıq hissləri yüksək olarsa, Azərbaycanla başqa ölkələrin arasında yaranan əlaqə ölkəmiz, dövlətimiz üçün faydalı olar. Burada "qırmızı xətt" var. Onlar tariximizə, dövlətçiliyimizə, azərbaycançılıq, türkçülük məfkurəsinə lazımı ehtiram göstərməli, qorumalıdırlar. Əks təqdirdə, xarici vətəndaşlarla çoxlu nikahlar etnik tərkibə təsir göstərdiyindən, təhlükəli ola bilər. Son bir neçə ildə xarici vətəndaşlar və vətəndaşlığı olmayanlarla on minə yaxın nikah bağlanıb. Təbii ki, 10-20 ilin statistikası daha böyük olacaq. Ona görə də indiki vaxtda əcnəbilərlə nikahın əsas motivləri dəqiqləşdirilməlidir. Buna uyğun elə humanitar siyasət aparılmalıdır ki, biz o "qırmızı xəttə" yaxınlaşmayaq".

“Demək olmaz ki, bu yalnız bir səbəblə bağlıdır”

Sağlam Toplum Hərəkatının eksperti Lalə Mehralı “Bakı-Xəbər”ə bildirdi ki, əcnəbilərlə nikahlar fərqli səbəblərdən olur, kimi daha fərqli mədəniyyətlər tanımaq arzusu ilə, kimi daha yaxşı həyat yaşamaq istəyində olduğu, kimi başqa ölkələrin vətəndaşlığını ala bilmək, kimi təhsil imkanlarını genişləndirmək üçün evliliyi bir tramplin olaraq nəzərdə tutub ailə qurur: “Ona görə də, demək olmaz ki, bu yalnız bir səbəblə bağlıdır. Düzdür, əvvəllər qızlarımız daha çox əcnəbilərlə ailə qururdular, indi oğlanlarımız da meyllənib. Əcnəbi deyəndə elə qardaş ölkəyə qız verib, qız alırıq ki, buna əcnəbi ilə evlənmək demək düzgün deyil. Oğlanlarımız arasında başqa xalqlardan qız alanlar da var, əcnəbilərlə ailə quran qızlarımız da. Əgər fikir ayrılığı yoxdursa, bir-birinin mədəniyyətlərinə, inanclarına, dəyərlərinə hörmət etməyi bacarırlarsa niyə də olmasın? Düzdür, insan öz ölkəsində öz adət-ənənəsini bilən, ona hörmət edən insanla evlənməyi planlaşdırsa da, sonra həyatın axarı dəyişir və zamanla insanda alternativ fikirlər də yaranır. Dünən soyuq baxdığı əcnəbi evliliyə bu gün isti baxa bilir. Yəni insan fikri dəyişə bilir”.

Bu cür evliliklərin zərərli tərəflərinə gəlincə, L.Mehralı dedi ki, bu, boşanma baş verərsə uşaqların gələcək taleyi ilə bağlı anlaşılmazlıq yaranması ola bilər. “Biz bir müddət əvvəl bir şeyxlə evlənən modelin timsalında bunu gördük. Onu ailə qurduğu ölkədə bir otağa qapatmışdılar uşaqlarını görə bilmirdi. Sonra o, Vətənə gəldi, uşaqları orda qaldı. O ölkədə valideynlər boşananda uşaqlar anaya verilmir. Yəni boşanma halında bu kimi problem yaranır. Ona görə də yüz ölçüb bir biçmək lazımdır ki, ailə uğurlu olmasa məni nə gözləyir. Bu məsələlər də nəzərə alınmalıdır”-deyə L.Mehralı vurğuladı.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ