Cümə günü, 06 noyabr 2026
     

Hesablama Palatası İcbari tibbi sığorta fondunda nöqsanlar aşkarladı

Image


Hesablama Palatası İcbari tibbi sığorta fondunda (Fond) maliyyə pozuntusu aşkarlayıb. Trend Palataya istinadən xəbər verir ki, İcbari tibbi sığorta fondunun (Fond) 2023-2024-cü illər üçün gəlir və xərclərinin icrasının, eləcə də, sərbəst vəsaitinin idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyan kənar dövlət maliyyə nəzarəti tədbiri 2025-ci ilin İş Planına əsasən həyata keçirilib.

Qeyd edilib ki, audit obyektləri kimi Fondun vəsaitlərini idarə edən Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), eləcə də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin təchizatı və təmiri və s. istiqamətdə tədbirləri həyata keçirən “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs (Mərkəz) müəyyənləşdirilib.

"İlk olaraq hesabatlılığın təmin edilməsi ilə bağlı diqqətə çatdıraq ki, dövlət büdcəsinin icrası ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuş hesabatlarda Fondun gəlir və xərclərinin 2023-cü il üçün 2236,9 mln. manat və 1804,3 mln. manat, 2024-cü il üçün isə 2467,2 mln. manat və 2214,7 mln. manat təşkil etdiyi göstərilib.

Təqdim olunmuş illik hesabatların auditi Agentlik tərəfindən hesabatlılığın düzgün təşkil edilməməsi nəticəsində Fondun gəlir və xərc göstəricilərinin, bununla da icmal büdcənin müvafiq parametrlərinin təhrifini müəyyən edib. Təhriflər gəlirlərin icrası ilə bağlı göstəricilərin tam nəzərə alınmaması, əvvəlki illərə dair bəzi istiqamətlər üzrə xərclərin və öhdəliklərin hesabatda doğru tanınmaması səbəbindən yaranıb.

Həmçinin, qeyd edək ki, auditlə əhatə olunan illər üzrə Fondun büdcəsi haqqında müvafiq hüquqi aktlarda nəzərdə tutulmayan istiqamətlərdən vəsait daxil olub, eləcə də, xərclər üzrə isə həmin hüquqi aktlarda nəzərdə tutulmayan istiqamətlərə vəsait yönəldilib. Eyni zamanda, bəzi istiqamətlərdə təsdiq olunmuş məbləğdən çox vəsaitin icrasına da yol verilib", - məlumatda vurğulanıb.

Məlumata görə, 2023-2024-cü illərdə Fondun büdcələri ilə bağlı müvafiq hüquqi aktlarda əvvəlki illərdə istifadə olunmamış vəsaitlərin müvafiq ilin xərclərinə yönəldilməsi nəzərdə tutulsa da, icra edilməyib.

"Əvvəlki illərdə formalaşmış gəlirin artıq dövlət gəlirləri kimi uçota düşməsi fonunda bu məbləğin bir hissəsinin yenidən gəlir olaraq büdcədə əks olunması dövlət gəlirlərinin həmin məbləğ qədər təkrar uçotuna şərait yaradıb.

Dövlət büdcəsindən əhalinin sığortalanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması zamanı əhali sayının rəsmi statistik məlumatlarla kiçik fərqlərlə uyğunluq təşkil etmədiyi müəyyənləşdirilıb. Həmçinin, eyni kateqoriyalı vətəndaşlara münasibətdə bir neçə mənbə hesabına tibbi xidmətlərin (sığortanın) nəzərdə tutulması bu sahədə əsaslı yanaşmaların tətbiqinə ehtiyac olduğunu vurğulamaq imkanı verir. Eləcə də, icbari tibbi sığorta haqqının adambaşına düşən məbləğinin məhz hansı xərcləri əhatə etməklə müəyyənləşdirilməsi mexanizminin hər hansı hüquqi aktla və ya metodoloji sənədlə əsaslandırılması ilə bağlı audit çərçivəsində məlumat təqdim edilməyib.

Hüquqi aktların tələblərinə əsasən büdcədənkənar dövlət fondları tərəfindən büdcə layihəsi üzrə müvafiq göstəricilər funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim edilməlidir. Hesabatlılığın tam formalaşdırılmaması ilə yanaşı, 2023-2024-cü illərdə Fondun büdcəsinin gəlirlərinin Vahid Büdcə Təsnifatının paraqraflar səviyyəsində bəzi istiqamətlərin əks etdirilməsi fonunda xərclər üzrə ümumiyyətlə, təsnifat tətbiq olunmayıb", - məlumatda qeyd edilib.

Agentlik tərəfindən təqdim olunmuş məlumatların təhlili göstərib ki, gəlirlərdə olduğu kimi, xərclərdə də əvvəlki il üzrə icra meyillərinin nəzərə alınmaması proqnozların daha çox müəyyənləşdirilməsi ilə xərclərin çox nəzərdə tutulmasına, bununla da icra səviyyəsinin aşağı olmasına şərait yaranıb. Belə ki, hesabatlarda 2023-2024-cü illər üçün 2393,2 mln. manat və 2850,3 min manat xərc məbləğinə münasibətdə 81,1% və 78,5% vəsaitin icra edilməsi göstərilib.

"Toplanmış audit sübutları göstərir ki, Agentlik tərəfindən hesabat illərində icra edilmiş vəsait üzrə hesabatlılıq yalnız həmin ildə müəyyənləşdirilmiş xərc istiqamətləri üzrə icraları əhatə edib. Başqa sözlə, həm 2023-cü, həm də 2024-cü ildə əvvəlki illərdən qalmış öhdəliklərin icrasına vəsait yönəldilsə də, hesabatlara həmin məbləğlər tam daxil edilməyib.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununda (Qanuna) idarəetmə xərclərinin təsbit olunmaması, saxlanma xarakterli başqa xərclərin ayrıca sətirlə Fondun büdcəsi haqqında müvafiq hüquqi aktlara daxil edilməsi, TƏBİB-ə münasibətdə saxlanma xərclərinin yuxarı həddinin tənzimlənməməsi və bu qurumun yaratdığı hüquqi şəxslərin sayında müşahidə olunan artım cəmi xərclərdə inzibati xarakterli xərclərin payının yüksəlməsinə təsir göstərib. Eləcə də, hüquqi aktlarda bəzi tənzimləmələr üzrə boşluqların, eləcə də həmin xərclərin artımına səbəb olan istiqamətlərə aid uyğunsuzluqların olduğu müəyyən edilib.

Göstərilən məsələlərin araşdırılması idarəetmə xərclərinin hansı istiqamətləri əhatə etməsi ilə sıx əlaqəlidir. Belə ki, dövlət sosial müdafiə fonduna münasibətdə idarəetmə xərclərinin qanunvericilikdə anlayışı verilib və nələri əhatə etməsi göstərilib. Lakin yuxarıda adıçəkilən Qanunda belə bir yanaşma tətbiq edilməyib, idarəetmə xərclərinin anlayışı verilmədən idarəetmə və fəaliyyət xərclərinin (o cümlədən, saxlanma xərclərinin və işçilərin əməkhaqlarının) maliyyələşdirilməsinə Fondun gəlirlərinin 2,0%-dən artıq olmamaqla vəsait yönəldilməsi təsbit edilib. Bununla da, Agentlik üzrə idarəetmə xərclərinin sərhədlərinin müəyyənləşdirilməsi çətinləşib", - məlumatda bildirilib.

Məlumatda vurğulanıb ki, 2023-cü ilin may ayınadək TƏBİB Agentlik tərəfindən yaradılan və tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurum kimi təyin edilib:

"Bildirilib ki, son illərdə inzibati islahatlar aparılaraq TƏBİB müstəqil bir qurum kimi müəyyənləşdirilsə də, Agentliyin saxlanma xərclərinin 2,0%-lik yuxarı həddi dəyişməz saxlanıb.

Eyni zamanda, TƏBİB-in strukturunu müəyyən edən hüquqi akta hər hansı bir dəyişiklik edilmədən hüquqi şəxslərin yaradılması həmin qurumun saxlanma xərclərinin də Fondun vəsaitləri hesabına həyata keçirilməsi anlamına gəlir və TƏBİB-in saxlanma xərclərini artırır. TƏBİB-in saxlanma xərcinin yuxarı həddi ilə bağlı tənzimlənmənin nəzərdə tutulmaması bu xərcin yaradılmasına zərurət araşdırılmadan yeni qurumlara vəsaitin yönəldilməsi ilə nəticələnir.

Qeyd edək ki, Fondun büdcəsində saxlanma xarakterli digər xərclər də nəzərdə tutulmaqla icra olunsa da, həmin xərclər saxlama xərci kimi təsnifləşdirilməmişdir. Bunları da nəzərə alsaq, göstərilən istiqamətdə gəlirlərin Qanunla müəyyən edilmiş 2,0%-lik həddən çox vəsait icra olunduğunu deyə bilərik".

"Səhiyyə sahəsində məqsədli tədbir və proqramlara ayrılmış vəsaitlərin büdcə qanunvericiliyinin tələblərinin pozulması ilə icrası dövlət büdcəsi ilə yanaşı icmal büdcənin kassa icrası göstəricilərinin təhrifinə səbəb olmuş, vəsaitin ayrıldığı illərdə tam icra edilməməsi həmin ildə ayrılmış vəsaitlərin nəticəliliyinin əldə olunmasında əsaslı riskləri formalaşdırıb.

Bəzi hallarda alınmış dərman vasitələri üzrə ehtiyacdan az proqnozlaşdırma aparılıb, eləcə də dövlət proqram və tədbirlərinin əhatə etdiyi vətəndaşlar üzrə hesabat illəri üçün hesablanmış və alınmış dərmanlar və tibbi sərfiyyat ehtiyac sahiblərinə həmin ildə çatdırılmayıb.

Hüquqi aktların müəyyən etdiyi tələblərin düzgün tətbiq olunmaması vergi və icbari ödənişlərin təkrar nəzərə alınmasına səbəb olmaqla tibbi xidmətlərin tariflərinin 26,0% daha çox hesablanılması ilə nəticələnib. Eləcə də, tariflərə daxil edilmiş xərclərin hesablanılması ilə bağlı hər hansı hüquqi və ya metodiki sənədin olmaması dəyər/tarif uyğunluğunun təmin edilməsində əsas risk faktorunu formalaşdırıb.

İstifadə olunan avadanlıqların dəyəri bir sıra hallarda alış qiymətlərindən daha yüksək qiymətlərlə tarifə daxil edilib, bəzi tibbi sərflərin dəyərinin tariflərdə təkrar nəzərə alınmasına yol verilib, qeyd edilənlər, öz növbəsində, bəzi xidmətlərdə tariflərin artımına səbəb olub", - məlumatda qeyd edilib.

Məluamata əsasən, dəyəri daha yüksək olan xidmətlərin TƏBİB-in tabeliyində olmayan tibb müəssisələri tərəfindən təqdim olunması TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin maliyyə sərbəstliyinin formalaşmasına təsir göstərməklə yanaşı mövcud meyllərin araşdırılması ilə kadr və texniki təminatla bağlı potensialın gücləndirilməsi zərurətini qeyd etmək imkanı verir:

"Ümumiyyətlə, qeyd edək ki, toplanmış audit sübutları ilə, eləcə də Hesablama Palatasının bir neçə tibb müəssisəsində həyata keçirdiyi auditlərlə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin maliyyələşmə mexanizminin sığorta prinsiplərinə tam uyğun təşkil edilmədiyi müəyyənləşdirilib. Hazırda tətbiq edilən yanaşma yalnız fəaliyyətin saxlanma xərclərinin ödənilməsinə əsaslanmaqla təmin olunmasına xidmət edir ki, bu da Fondun, həmçinin tibb müəssisələrinin maliyyə dayanıqlılığının formalaşdırılmasına mane olur.

TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin təminatının tam həyata keçirilməsi, o cümlədən dərman və tibbi sərfiyyatla təmin edilməsi fonunda hər iki ildə cərrahiyə əməliyyatlarının, xüsusilə dəyəri daha yüksək olan əməliyyatların əsas hissəsi, o cümlədən dəyəri 5000 manat və ondan artıq olan əməliyyatların 90,0%-dən çoxu özəl tibb müəssisələrində icra edilib.

Qeyd edək ki, Agentliklə özəl tibb müəssisələri arasında bağlanılmış müqaviləyə əsasən tibb müəssisəsi göndəriş vərəqəsi olduğu hallarda sığortaolunanlara Xidmətlər Zərfində nəzərdə tutulmuş tibbi xidmətləri göstərmək hüququna malikdir. Audit olunan illərdə tibb müəssisəsinə vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda Agentlik tərəfindən 14 sayda tibb müəssisəsinə 2 ildə cəmi 4273,6 min manat vəsait ödənilib.

Sərbəst vəsaitin idarə olunması ilə bağlı qeyd edək ki, 2022-ci ilin sonuna investisiya edilmiş vəsaitin həcmi 462,0 mln manat təşkil etmiş, 2023-cü ildə bu, 814,0 mln. manat artaraq 1276,4 mln. manat, 2024-cü ildə isə 175,3 mln. manat artaraq 1451,7 mln. manat olmuşdur. Agentlik tərəfindən investisiya fəliyyətini tənzimləyən hüquqi aktın tələbinə bəzi hallarda tam əməl edilməməməsi 31.12.2024-cü tarixə depozitlər cəmi investisiya edilmiş sərbəst maliyyə vəsaiti payının hüquqi aktlarla müəyyən edilmiş həddən çox olmasına gətirib çıxarıb".

Məlumatda vurğulanıb ki, dövlət büdcəsindən səhiyyə sahəsində proqram və tədbirlərə ayrılmış vəsaitin bir hissəsi, bəziləri üzrə isə böyük hissəsi və ya tam məbləğdə həmin ildə icra olunmasa da, Agentlik tərəfindən geri qaytarılması səbəbindən bu vəsaitlər düzgün olmayaraq qalıq məbləğinə daxil edilmiş və investisiya fəaliyyəti çərçivəsində istifadə olunub:

"Əks-repo əməliyyatlarının daha uzun müddətə həyata keçirilməsi daha əlverişli investisiya alətlərinin geniş istifadəsini məhdudlaşdırmaqla 2023-cü ildə investisiya fəaliyyətindən əldə edilmiş xalis mənfəətin 2024-cü illə müqayisədə 2 dəfədən az olmasına təsir göstərib, hər iki ildə investisiya gəlirlərinin mühasibat uçotunda düzgün əks etdirilməməsi maliyyə hesabatlarının tərtib edilməməsi fonunda bu hesabatlarda təhriflərin formalaşmasında riskləri formalaşdırıb.

Keçirilmiş satınalmalarla bağlı qeyd edək ki, 2 ildə 277 satınalma keçirilmiş, həmin satınalmalar nəticəsində 757136,3 min manat dəyərində müqavilə bağlanılıb. 2023-2024-cü illərdə cəmi satınalmaların 43,0%-i bir mənbədən keçirilsə də, bağlanmış müqavilə məbləğinin cəmi 6,7%-i bu satınalma metodunun payına düşüb.

Ümumiyyətlə, keçirilmiş satınalmaların planlanmasında, satınalma prosedurlarında və satınalmaların il daxilində rüblər üzrə bölgüsündə yol verilmiş nöqsanlar, alınmış malların sifarişçiyə vaxtında çatdırılmaması, bağlanmış müqavilələrin icra faizlərinin aşağı, bəzi hallarda isə çox aşağı olması, anbarda mal qalıqları olduğu halda həmin mallar üzrə alışların həyata keçirilməsi, bir sıra hallarda isə alınmış malların anbarda hərəkətsiz qalması, il daxilində eyni malların müxtəlif qiymətlərə alınması (bəzən eyni podratçılardan), bir sıra malların 2023-cü ildə 2022-ci ilə nisbətən və 2024-cü ildə 2023-cü ilə nisbətən əsaslandırılmamış baha alınması, tender predmetinin səmərəli və effektiv bölgüsünün uyğun aparılmaması nəticəsində xüsusən dövlət proqramları çərçivəsində dərman vasitələrinin alınması zamanı ehtimal qiymətdən və Tarif Şurası ilə müəyyən edilmiş qiymətlərdən baha alınması satınalmaların effektivliyini aşağı salan amillərdən olub".

"Faktiki olaraq satınalma predmetlərinin və hətta podratçıların illər ərzində təkrarlanmasına və alışların proqnozlaşdırıla bilinən olmasına baxmayaraq, proqnozlaşdırma işləri tələblərə uyğun qurulmamış, məbləğ olaraq iki ilin yekununa görə satınalmaların 70%-i ilin son iki rübündə keçirilib.

Bəzi hallarda bir mənbədən satınalma üçün alınmış icazələr üçün göstərilmiş əsaslar icra prosesində təsdiqini tapmayıb. Bu isə əsassız olaraq müsabiqəsiz şərtlərin tətbiq edilməsinə şərait yaradıb.

Toplanmış audit sübutları bəzi hallarda Agentlik tərəfindən tibbi alışların həyata keçirilməsi prosesində qiymətləndirmələr zamanı əsas şərtlər toplusunda göstərilməyən amillərin əsas götürüldüyünü göstərir. Bu, hüquqi aktın tələbinin pozulması ilə yanaşı, ehtiyacların ödənilməsində qənaətli hesab edilməyən yanaşmaların tətbiqi ilə nəticələnib.

Dərman, tibbi sərfiyyat və avadanlıqların, xüsusilə də dövlət proqramları ilə alınan malların bu istiqamətlərdə ayrılmış vəsaitlərin həmin il daxilində ehtiyacların ödənilməsi üçün ayrıldığını nəzərə alaraq malların məhz həmin il daxilində çatdırılmaması əhalinin bu mallar üzrə ehtiyac qruplarının həmin il daxilində səhiyyə xidmətlərinə əlçatanlığını məhdudlaşdırıb. Alışlar zamanı müvafiq podratçılara 127,6 mln. manat dəyərində malların saxlanca geri verilməsi zamanı zəruri məlumatlar əsasında uçotun aparılmaması son təyinat nöqtələri olan tibb müəssisələrinə təhvil verilmiş malların yararlılıq müddətlərinin satınalma və müqavilə şərtlərinə uyğunluğunda əsaslı riskləri formalaşdırıb.

İnformasiya sistemlərinin və avadanlıqlarının alışı zamanı ehtimal olunan qiymətin idxal qiymətindən çox fərqlənməsi maliyyə vəsaitlərinin qənaətli və səmərəli istifadəsinə tam şərait yaratmayıb.

Daxili nəzarət mühitinin qiymətləndirilməsi ilə bağlı ilk olaraq qeyd edək ki, auditin əhatə etdiyi illərdə vakant yerlərin çox olması, vəzifə təlimatlarının və illik iş planlarının hazırlanmaması nəzarət mühitinin tam təmin olunmadığını göstərir. Nəzarət mexanizminin yetərli olmaması, o cümlədən daxili auditin fəaliyyətinin təşkil edilməməsi maliyyə hesabatlarının tərtib edilməməsi ilə nəticələnmiş, sonuncu hesabata dair audit şirkəti tərəfindən verilmiş rəydə göstərilən qeydlər maliyyə hesabatlarının tam, dolğun və düzgün tərtibində əhəmiyyətli şübhələr formalaşdırıb.

Belə ki, Agentlik tərəfindən hüquqi aktın tələbi pozulmaqla yalnız 2018-2021-ci illər üçün maliyyə hesabatları tərtib edilib, 2021-ci il üçün maliyyə hesabatı yalnız 2025-ci ilin may ayında kənar audit tərəfindən rəy alınmaqla müvafiq qaydada təqdim olunub. 2018-2021-ci illər üzrə Maliyyə hesabatlarına eyni müstəqil auditor (şirkət) tərəfindən şərti müsbət rəy verilmiş və rəy üçün əsaslar bölməsində rəyin modifikasiya edilməsi səbəbi kimi yalnız yetərli audit sübutu əldə edilməməsi əsas gətirilmişdir ki, bu da beynəlxalq standartlara görə rəydən imtinaya əsasdır.

Nəzarət mühitinin yaradılması və risklərin idarə olunması sahəsində yol verilmiş bəzi nöqsanlar, eləcə də müxtəlif struktur bölmələrin fərqli ünvanlarda yerləşməsi, öz növbəsində, nəzarət fəaliyyətinin də nəticəli təmin olunmasına tam şərait yaratmayıb", - məlumatda bildirilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ