Cümə günü, 06 noyabr 2026
     

Qubanın şəhid ailələri təklif etdilər - hər şəhid barədə kitab yazılsın...

Image


Nəzakət Məmmədova: “Öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq”

Əbədiyyətdəki əziz ünvanımızdır şəhidlər. Yönümüzü hara çevirsək, hara səs salsaq, hara ünümuz yetsə ora müqəddəs şəhidlərimizin əbədi məskənidir.

Şəhid adı and yerimizdir, şəhid ailəsi əzizlərimiz, şəhid atası atamız, şəhid anası anamızdır, boynu bükük şəhid balaları balamızdır, sevgimizlə, qayğımızla o buruq boyunları dikəldirik.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası uzun illərdir ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, kitablaşdırılması yönündə şərəfli bir missiyanı yerinə yetirir. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Xatirə Kitabı Redaksiyasının cəfakeş, fədakar kollektivi diyar-diyar dolaşıb şəhidlərimiz haqda məlumatlar toplayır və onu kitab şəklində çap edib onların adlarını kitab yaddaşına həkk edirlər.

Qəhrəmanlar diyarı Quba da, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində öz əziz oğullarını Vətəndən əsirgəməyib, o oğullardan qazi olanlar da, şəhidlik mərtəbəsinə yüksələnlər də var. Onu da deyək ki, Quba rayonunun dörd igid oğlu Vətən müharibəsində göstərdikləri şücaətə görə Vətən müharibəsi adına layiq görülüb, bu yüksək titulu daşıyanlardan ikisi həyatda olsa da, ikisi əbədiyyən ana torpağın qucağında binələnib.

“Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir”

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə iyulun 24-də Qubaya yola düşdük. Yol yoldaşlarımız şair-publisist Rəfail Tağızadə, redaksiyanın əməkdaşları-Hikmət Məlikzadə, Vüqar Əsgərov, Kəmilə Dilbazi, Sevinc Əsgərova, Aynurə Murad, Cəvahir Hüseynova, bir də balaca və gözəl dostumuz Mələk idi.

Qubaya-Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın II və III cildinin təqdimatını keçirmək üçün yola çıxmışıq. Şəhid ailələri redaksiya kollektivinin yolunu səbrsizliklə gözləyir - hər kəs intizarla tezliklə övladı barədə məlumat əks olunan kitablara qovuşmaq istəyir.

Şəhid ailələri ilə hər görüşdə deyirlər ki, övladları barədə bircə cümləlik yazı belə onları bəxtiyar edir və bunu özlərinə təsəlli bilirlər.

Haşiyə: Quba yolçuluğunda Nəzakət Məmmədova keçən il Xatirə Kitabı Redaksiyasının Naxçıvanda keçirdiyi kitab təqdimatını xatırlatdı.

“Biz Naxçıvanda kitab təqdimatı keçirəndə şəhid analarından biri söz alıb danışdı. “Nəzakət xanım, siz mənim oğlumu məndən çox istəyirsiniz. Çünki oğluma olan sevgim mənimlə qəbrə gedəcək və onunla da bitəcək, amma siz onu bütün Azərbaycan xalqına sevdirdiniz. Oğlum bu kitabda illər, əsrlər boyu yaşayacaq və xalq onu həmişə sevəcək” dedi.

Duyğulanmamaq, kövrəlməmək, həm də qürurlanmamaq mümkün deyil, Xatirə Kitabı bir yaddaş salnaməsidir ki, əbədiyyən şəhid oğulları yaşadacaq.

Qubaya çatanda bizi ilk qarşılayan Quba rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri

Asif Şirinov və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov mehribanlıqla və səmimiyyətlə qarşıladılar. Şəhid adını yaşadanlar, əbədiləşdirənlər Azərbaycanın hər güşəsində sevgi və sayğı ilə qarşılanır.

Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində isə bizi şəhid valideynləri, şəhid ailəsi nümayəndələri gözləyirdi.

Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün - Tarixi zəfər” adlı kitabın II və III cildinin təqdimat mərasimi şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməklə başladı. Tədbiri aparıcı, şair-publisist Rəfail Tağızadə açaraq Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi mühüm işlər barədə danışdı, indiyə qədər redaksiyanın çap etdiyi kitablar haqqında məlumat verdi. R.Tağızadə bildirdi ki, İkinci Dünya müharibəsində həlak olan azərbaycanlılardan tutmuş Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Tovuz döyüşlərində, Vətən müharibəsində şəhid olan Vətən oğullarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görür, kitablar nəşr edir: “Xatirə Kitabı Redaksiyası hər bir şəhidimizin xatirəsini əbədiləşdirir. Çox böyük əziyyətlə, çox böyük məsuliyyətlə hər bir şəhidimiz barədə informasiya toplayırlar. Bu informasiyaları rayon icra hakimiyyətlərindən, Müdafiə Nazirliyindən, eyni zamanda da şəhid ailələrindən alırlar və bu əsasda kitablar nəşr edirlər.

Şəhid hamımız üçün əziz və doğmadır. Şəhid bir ailənin deyil vətənin övladıdır. Vətən üçün canından keçənlər bizim üçün ona görə müqəddəs və əzizdir ki, Vətəni müqəddəsləşdirən onu qanı ilə suvaran oğullardır. Şəhidlər elə bir uca zirvədir ki, o uza zirvəyə biz nə qədər arzu etsək də qalxa bilmərik”.

R.Tağızadə onu da dedi ki, nə qədər Azərbaycan xalqı və Azərbaycan dövləti var, şəhidlərimiz unudulmayacaq, onlar yaşayacaqlar:“Əvvəllər övladlarınız sizə görə tanınırdısa indi siz övladlarınıza görə tanınırsınız”.

O, sonra sözü Quba rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Asif Şirinova verdi. O, hər kəsi Quba rayon icra hakimiyyəti başçısı adından salamladı: “Bu xeyirxah işlərinizə, bizim şəhidlərimizin adlarını əbədiləşdirərək xatirələrdə yaşatmaq üçün çap etdiyiniz bu kitablara görə sizə təşəkkür edirik. Xatirə Kitabının gördüyü bu işlər misilsiz əhəmiyyətə malikdir. İgid şəhidlərimiz bizim milli kimliyimizi, bizim mənliyimizi-torpaqlarımızı özümüzə qaytardılar, gözəl Qarabağımızı, digər torpaqlarımızı işğaldan azad etdilər. 30 il işğal altında qalıb qan ağlayan torpaqlarımızı bu qəhrəman ata və anaların böyüdüb boya-başa çatdırdırdığı igid, qəhrəman oğullar bizə qaytardılar, üçrəngli bayrağımızı müqəddəs torpaqlarımızda dalğalandırdılar”.

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov da çıxış etdi və o da vurğuladı ki, hər birimizin borcu şəhidlərin xatirəsini yaşatmaq, onların müqəddəs adlarını uca tutmaqdır. 44 günlük Vətən müharibəsi şəhidi leytenant Səttər Piriyevin anası Ofeliya Piriyeva çıxışında bildirdi ki, dövlət şəhid ailələrini hərtərəfli diqqət və qayğı ilə əhatə edir, maddi və mənəvi dəstək göstərir. Ananın ən böyük arzusu odur ki, bütün şəhidlərin adları küçələrə, məktəblərə, müəssisələrə verilməklə əbədiləşdirilsin. “Dövlət bizə hərtərəfli qayğı göstərir. Ən böyük arzumuz odur ki, hər bir şəhid haqqında ayrıca kitab yazılsın, film çəkilsin, onların qəhrəmanlıq yolu daha çox təbliğ olunsun. Xatirə Kitabı Redaksiyasından istəyimiz odur ki, bizim övladlarımızın hər biri barədə ayrıca kitab hazırlasın. Bu bizə böyük təsəlli olardı.

Şəhid Mehdi Murtuzovun atası Muxtar Murtuzov, şəhid İsayev Ceyhunun atası Rüstəm İsayev də çıxış etdilər. Hər iki şəhid atası oğullarının xatirəsinə göstərdiyi ehtirama görə Xatirə Kitabı Redaksiyasına təşəkkürlərini bildirdilər.

Tədbirdə şəhid aiələrinə məlumat verildi ki, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci, 2-ci və 3-cü cildi işıq üzü görüb, 4-cü cild çapa hazırdır. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır.

Respubublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında qeyd etdi: “Əziz tədbir iştirakçıları!

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir.

Bu kitabda əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür.

Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, «Heç kim unudulmur, heç nə yaddan çıxmır!».

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir.

Respublika Xatirə Kitabı redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür.

Respublika Xatirə Kitabı redaksiyası həmçinin “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər artıq geniş ictimaiyyətə təqdim olunub.

Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları - öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar.

Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizidr, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir.

Yaşasın Azərbaycan xalqı!”

Tədbirin sonunda “44 gün - Tarixi zəfər” adlı kitabın II və III cildi şəhid ailələrinə təqdim edildi və xatirə şəkli çəkildi...

Üzü Bakıya qayıdırıq, gözlərimizin önündən şəhid analarının soluxmuş üzləri, qüssəli baxışları getmir, şəhid atalarının əyilmiş qaməti ürəyimizi sıxır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün nə qədər çox işlər görülsə, bu onların ailələri üçün daha böyük təsəlli olar və onlar bu təsəlliyə söykənib oğul dağına bəlkə bir təhər dözərlər...

Sağ ol, igidlər yurdu Quba! Sağ ol, qəhrəman Fətəli xanın ovlağı, igid şəhidlərin məskəni müqəddəs torpaq!!!

İradə SARIYEVA
Quba-Bakı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ