BMT həyəcan təbili çalır- quraqlıq bəşəriyyəti təhdid edir!

BMT-nin dəstəyi ilə İqlim dəyişikliyinə dair yeni hesabat hazırlanır. Hesabatda qeyd edilir ki, "Dünyada quraqlıq ocaqları, 2023–2025-ci illər” adlı sənəd quraqlığın yoxsulluğu, aclığı, enerji dayanıqsızlığını və ekosistemlərin deqradasiyasını necə sürətləndirdiyini əhatəli təhlil edir. İqlim dəyişikliyi və artan torpaq-su yüklənməsi səbəbindən 2023-cü ildən etibarən müşahidələr tarixində ən genişmiqyaslı və dağıdıcı quraqlıqlar baş verir.
Hesabatda qeyd edilir ki, quraqlıqdan ən çox uşaq və qadınlar zərər çəkir, vəba epidemiyaları kəskin artır.
“Quraqlıq – səssiz qatildir. O, sezilmədən yaxınlaşır, resursları tükədir və həyatları yavaş templə dağıdır. Onun izləri uzun müddət qalır”, – deyə BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası Katibliyinin rəhbəri İbrahim Tiahu bildirib.
Mətləb Salahov