şənbə günü, 15 avqust 2026
     

Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

Image


Arxeologiya və Antropologiya İnstitutunun son illərdə müəyyən etdiyi əsas fəaliyyət istiqaməti arxeologiya və antropologiyanın təsisatlandırılması və təşkilatlandırılmasının müasir çağırışlara uyğunlaşdırılmasıdır. Bu, strateji hədəfdir və böyük fəaliyyət istiqamətləri paketini ehtiva edir.

Bunu Trend-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru, arxeoloq, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev deyib.

Direktor bildirib ki, bu elm sahələrinin yaşaması üçün gənc tədqiqatçılar bazasının formalaşmasına nail olmaq lazımdır: “Bunun üçün instituta gənclərin cəlb edilməsi və elmi biliklərin tədrisi sistemi təkmilləşməlidir. Burada isə müasir biliklər, xarici ölkələrdəki qabaqcıl tədqiqat müəssisələrində təcrübənin öyrənilməsi, elmi tədqiqatların müasir tələblərə uyğun qurulması və texniki təchizat kimi problemlər var. Digər tərəfdən, bu elm sahələrinə marağı olan istedadlı gənclərin cəlb edilməsi və mövcud elmi kadr bazasının tükənməsinin qarşısını almaq üçün onların maddi təminat məsələləri həll edilməlidir.

İnkişaf etmiş ölkələrdə tədqiqatçı alimin dəyərləndirilməsi, onun maddi cəhətdən təmin edilməsi sistemi bizim üçün örnək olmalıdır. Eynilə də biz uzun illər arzusunda olduğumuz müasir tələblərə cavab verən, beynəlxalq elmi bazalarda indeksləşdirilmiş, həm Azərbaycan, həm də ingilis dilində dövri elmi jurnallarımızın ərsəyə gətirilməsinə, nəhayət ki, nail olmaq prosesindəyik. Dövri elmi jurnallar həm apardığımız tədqiqatları, həm tarixi abidələrimizi, həm də respublikamızı dünya elmi çevrələri və beynəlxalq ictimaiyyətə tanıtmaq baxımından strateji əhəmiyyət daşıyır. Müasir indeksləşdirilmiş jurnal ilk növbədə xarici dillərdə elmi ədəbiyyatla tanış, peşəkar redaksiya heyətinə və elektron virtual məkanda nümayəndəliyinə, rəqəmsal orqanına, yəni elektron sayta malik olmalıdır”.

F.Quliyevin sözlərinə görə, əməkdaşlıq barədə memorandumlara əsasən, bu il Danimarka, Yaponiya, Almaniya, İtaliya, Cənubi Koreya, ABŞ və digər ölkələrlə birgə beynəlxalq arxeoloji tədqiqatlar təşkil edilməkdədir: “Beynəlxalq tədqiqatların bir qismi azad edilmiş ərazilərdə aparılır. Əsas problemlərdən biri də arxeoloji tədqiqatların maddi-texniki təminatıdır. Müasir tələblərə cavab verən tədqiqatların aparılması istər maddi-texniki təchizat, istərsə də qanunvericilik sahəsində dəyişiklikləri ehtiva edir. Bizim böyük ümidlərimiz var ki, bütün bunlara əməyimiz, müvafiq dövlət orqanları və ictimaiyyətin dəstəyi ilə nail olacağıq”.

Arxeoloqun sözlərinə görə, azad edilmiş ərazilərdə abidələrlə bağlı vəziyyətlə tanışlığın əsas nəticəsi budur ki, işğalçılar sistemli və planlı şəkildə abidələrlə bağlı kulturosid – mədəni soyqırımı siyasəti aparıblar: “Onların kulturosid siyasəti abidələrin aid olduğu dövrə və mədəniyyətə görə fərqlənirdi. Konkret olaraq deyə bilərəm ki, Azərbaycan xalqının islam dövrü abidələri məhv edilirdi. İslam dövrü tikililəri, o cümlədən, qəbiristanlıqlar, dini binalar (məscidlər, türbələr, xanəgahlar və s.) dağıdılır və ya bilərəkdən, bizim dini və milli hisslərimizi alçaltmaq üçün donuz damları, tövlələr kimi istifadə edilirdi.

Qafqaz Albaniyasına aid ilk orta əsr abidələrinə, həmçinin, orta əsrlərdə fəaliyyət göstərmiş alban kilsələrinə gəldikdə isə, onların total erməniləşdirilməsi aparılırdı. Bunun üçün onların diasporlarının imkanları, nəşr etdikləri elmi jurnalları vasitəsilə bu abidələr üzərində erməni dini yazıları sübut kimi təbliğ edilirdi. Hay dilində yazıların hansının sonradan işğalçılar tərəfindən yapışdırılmış saxta, hansının isə, həqiqətən, orijinal olmasının araşdırılması bizim qafqazşünas tarixçilər qarşısında duran məsələdir.

Qeyd edim ki, alban kilsəsi VIII əsrdə zorla erməni kilsəsinə tabe etdirilir və dini dil qrabar (hay-erməni dini dili) olur. Buna görə də albanlar dini abidələr üzərində qrabarda yazmağa məcbur olurlar. Yalnız XIX əsrdə rus pravoslav kilsə sinodunun xüsusi qərarı ilə hələ də müstəqilliyini saxlayan alban kilsəsi tam olaraq erməni kilsəsinin tabeliyinə keçir. XIX əsrdə erməni kolonistlərinin Qacar və Osmanlı dövlətlərindən İrəvana, Göyçəyə, Zəngəzura və Qarabağa köçürülməsi xristian albanların qalıqlarının tam erməniləşməsi ilə bitir. Bunu XIX əsrdən bugünədək hətta ciddi erməni tarixçiləri etiraf edirlər.

Qrabarda olan alban kitabələrinin ciddi dəlil olmadığını başa düşən ksenofob erməni alimləri işğal dövründə qanunsuz olaraq antik və orta əsr Qafqaz Albaniyasına aid qəbirlərdəki skeletlərdən arxeogenetik tədqiqat üçün nümunələr götürüblər. Bu nümunələri populyativ genetika üzrə ixtisaslaşan laboratoriyalarda analiz edərək müasir ermənilərlə bağlılıq axtarıblar. Sözün düzü, bu tədqiqatların nəticələri cavabdan daha çox suallar ortaya qoyur. Amma hər halda onların bu sahələr üzrə mütəxəssislərinin olması, bu sahələrə siyasi diqqət və böyük maliyyə ayrıldığı üçün saxta iddialarının populist təbliğatına nail olublar.

Həmçinin, bu baxımdan Şahbulaq abidələr kompleksində mifik “Tiqranakert” axtarışını da göstərmək olar. Tunc dövrünə aid qəbir abidələri (kurqanlar, torpaq və daş qutu qəbirlər) və tikili qalıqları qanunsuz olaraq tədqiq edilib, aşkar edilmiş maddi mədəniyyət nümunələri Ermənistan Respublikasına daşınıb. Daş dövrünə aid abidələr barədə də bunu demək olar. Xüsusilə Azıx mağarasında qanunsuz beynəlxalq arxeoloji tədqiqatların əsas məqsədi saxta “Arsax” qurumunun reklamı məqsədini güdürdü.

Qeyd edim ki, erməni arxeoloqlarının bir çox kriminal qazıntı yerlərini tədqiq edərkən onların qazıntı metodlarının nə qədər səhv, qüsurlu, kobud, hətta SSRİ arxeologiyasının 60-cı illərinin elmi üsullarından da geridə qalmış olduğunun şahidiyik. Tədqiqatlarımızı apardıqca biz bunlar barədə dünya elmi çevrələrinə və ictimaiyyətə xəbər verəcəyik”.

F.Quliyev müsahibəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan monitorinqlərdən də bəhs edib: “2021-ci ildə artıq İnstitutun əməkdaşlarından ibarət mənim də daxil olduğum tədqiqat qrupları işğala məruz qalmış Qarabağ və Şərqi Zəngəzur ərazilərində monitorinqlər aparıblar. Toplanmış məlumatları, mövcud reallıqları və prioritet problemləri nəzərə alaraq, tədqiqat istiqamətlərini müəyyən etdik.

Qeyd edim ki, Qarabağ ərazisində sovetlər dönəmində bizim tanınmış arxeoloqlarımız müxtəlif dövrlərə aid abidələrdə mühüm tədqiqatlar aparıblar. Bu sıradan Azıx paleolit düşərgəsinin kəşfi, tunc dövrü kurqanlarının, islam dövrü yaşayış məskənləri və şəhər yerlərinin tədqiqini göstərmək olar. Arxeologiya elmində Cənubi Qafqazda müxtəlif dövrlərlə tarixlənmiş 10 arxeoloji mədəniyyətin olması qəbul edilib ki, onların 4-ü elə Qarabağ ərazisindəki (Quruçay olduvan, Leylatəpə son xalkolit, Xocalı-Gədəbəy son tunc, Üzərliktəpə orta tunc dövrü arxeoloji mədəniyyətləri) abidələr əsasında təsnif olunub.

Amma sovet dönəmində arxeologiya elminin vətənimizdə institutlaşmaması, kadr azlığı, texniki təminatın kasadlığı, beynəlxalq əlaqələrin olmaması Qarabağ ərazisində geniş arxeoloji tədqiqatlara ciddi problem yaradırdı. Digər tərəfdən, beyinləri ksenofobiya ilə zəhərlənmiş erməni çevrələri də kobud müdaxilədən tutmuş Moskvanın rəsmi dairələrindəki rıçaqları kimi vasitələrlə bu tədqiqatlara ciddi maneə törədirdilər. Ona görə də Şərqi Zəngəzurun və Qarabağ ərazisinin qərbində tədqiqatlar çox az aparılıb. Müstəqilliyin ilk illərində siyasi hərc-mərclik və işğallar bu tədqiqatları 30 ildən çox müddətə təxirə saldı.

Hazırda azad edilmiş ərazilərimizdə tədqiqatlarımıza maneə törədən faktorlar içində işğalçıların törətdiyi minalanmanı, sosial infrastrukturun bəzi yerlərdə hələ də bərpasının bitməməsini göstərmək olar. Bu ərazilərə soydaşlarımız qayıtdıqca, infrastruktur inkişaf etdikcə həm tədqiqatların sayı, həm də intensivliyi artacaq”.

Dosent vurğulayıb ki, Qarabağ Universitetinin nəzdində Elm Fondunun dəstəyi ilə trasoloji laboratoriya yaradılır: “Azad edilmiş torpaqlarımızda ilk tədqiqatlarımız Üzərliktəpə orta tunc dövrü yaşayış məskənində, həmçinin, Füzulidə Yeddi kurqan abidəsində, Şəhri-Şərifan orta əsr şəhər yerində, Şahbulaq abidələr kompleksində başladı. Sonrakı illərdə tədqiqatlar Qarabağ üzrə Qafqaz Albaniyası abidələrini (Xocavənd rayonu Tuğ kəndindəki, Hadrut qəsəbəsi və ətraf kəndlərdəki alban xristian abidələri), İmarət Kompleksini, Azıx mağarasını, Əsgəran qalasını da əhatə etdi.

Qarabağ Universiteti ilə əməkdaşlıq barədə razılaşmaya əsasən, universitetin nəzdində Elm Fondunun dəstəyi ilə trasoloji laboratoriya yaradılmaqdadır. Həmçinin, ərazilərimizin azad edilməsi ilə əlaqədar arxeologiyada yeni sahə yaradıldı. Bu, məhkəmə arxeologiyasıdır. Belə ki, şahidlərin ifadələrinə rəğmən, həmçinin, azad edilmiş ərazidə aparılan tikinti-quruculuq işləri zamanı insan qalıqları aşkar edilir ki, onların arxeoloji peşəkarlıq səviyyəsində tədqiqinə ehtiyac yaranıb. Çünki yalnız peşəkar arxeoloqların cəlb edilməsi ilə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və ya əsirlikdə işğalçılar tərəfindən öldürülmüş soydaşlarımızın qalıqlarının, hərbi cinayət yerlərinin qeydiyyatı aparıla bilər”.

F.Quliyev xatırladıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə Ağdam şəhərindəki İmarət Kompleksində 2023-cü ilin mart ayından başlayaraq bərpa işlərinə start verilib. Kompleksin bərpa işləri çərçivəsində dayanmadan arxeoloji tədqiqatlar aparılıb: “Məlum oldu ki, Ağdam şəhəri işğal olunan kimi erməni işğalçıları burada bütün qəbirlərin başdaşı və sinədaşlarını sındırıblar. Bəzi qəbirlər tamamilə qazılıb dağıdılıb. XX əsrə aid bəzi qəbirlərə baş tərəfdən, qiymətli metallardan olan protezləri talan etmək məqsədilə müdaxilə olunub. Soyğunçuluq məqsədilə qəbirlərə müdaxilə, həmçinin, Ağdam Cümə məscidinin şərq divarının bayır hissəsi tərəfdə dəfn edilmiş seyidlərin qəbirlərində də müşahidə edilib.

İmarət Kompleksində aparılan tədqiqatlar zamanı biz, həmçinin, tariximizin bəzi problemlərinə aydınlıq gətirmək imkanına malik olduq. Belə ki, bəzi mənbələrdə göstərilən məlumatlarla müqayisədə, İmarət komplekslərindəki türbələrdə dəfn edilmiş insanlar sayına, cinsinə və yaşına görə uyğun gəlmirlər.

Kompleksdə türbələr daxilində və xaricində tədqiq edilmiş sərdabələrin bəziləri “tapşırma” və ya “əmanət” qəbirləri kimi vəzifə daşıyıb. Yəni mərhumun vəsiyyətinə uyğun müəyyən müddətdən sonra onun qalıqları müqəddəs şəhərlərin qəbiristanlığında dəfn olunması üçün sərdabədən götürülüb zəvvarlara əmanət edilirdi.

Digər tərəfdən, yazılı mənbələrdə türbələrdə nəinki Qarabağ xanları nəslindən olan insanların, eləcə də, xanlığın sayılıb-seçilən ictimai və dini xadimlərinin də dəfn edildiyi bildirilib. Buna görə sərdabələrdə aşkar edilmiş insan qalıqlarından nümunələrin genetik analizinin cavablarını gözləməliyik ki, mövcud suallara aydınlıq gətirilsin. Bundan sonra sima rekonstruksiyasına ehtiyacın olması barədə qərar qəbul ediləcək”.

Arxeoloq bildirib ki, erməni işğalçıları tərəfindən dağıdılan bu abidələrdə aparılan tədqiqatların nəticələri illüstrasiyaların da olduğu hesabatlar şəklində sənədləşir: “Təkcə İmarət Kompleksində aparılan tədqiqatların hesabat mətni 200 səhifədir, illüstrasiyalarla birgə 600 səhifə həcminə çatır. Hazırda İmarət Kompleksinin tarixinin əsaslı öyrənilməsi planlaşdırılır. Həmçinin, Xocalı qəbiristanlığında aparılan ilkin tədqiqatlarda işğalçılar tərəfindən törədilmiş vandalizm aktları qeyd edilib. Arxeoloqlarımız apardıqları tədqiqatlarda işğalçıların törətdiyi vandalizm faktları ilə üzləşdikdə onları qeyd edirlər”.

Direktorun sözlərinə görə, Azıx mağarasında artıq ikinci ildir ki, Azərbaycan-Almaniya və Azərbaycan-Danimarka beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərməkdədir: “Danimarkalı mütəxəssislərin iştirakı ilə aparılan bu tədqiqatların əsas məqsədi paleolit dövründə bölgənin iqlimi, ekoloji durumu, Afrikadan dünyaya yayılan, insanın da daxil olduğu hominin növünün bu ekoloji mühitdə yeri, tarixilənməsi barədə təsəvvürün yaradılmasıdır. Bu baxımdan, Azıx mağarasının elmi dəyəri ölçülməzdir. Bünun üçün abidədən müxtəlif səpkili nümunələr götürülərək, dünyanın ən qabaqcıl laboratoriyalarında müxtəlif çeşidli analizlərə təqdim edilib. Sözsüz ki, Azıx mağarasının UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısına əlavə edilməsi üzərində işlər aparılmaqdadır”.

F.Quliyev sonda qeyd edib ki, artıq son illərdə süni intellekt arxeologiya sahəsində tətbiq edilir.

“Məsələn, peykdən alınmış məlumatların analizi nəticəsində yerin və suyun altında abidələrin yerlərinin təyinində, həmçinin, arxeoloji tədqiqatların yekunlarının, həmçinin, yazılı və arxeoloji məlumatların müqayisəsi kimi irihəcmli bilgilərin analizində süni intellektdən istifadə edilməkdədir. Buna görə də biz imkanlarımız çərçivəsində arxeoloji məlumatların hər hansı formatda sistemli elektron məlumat bazasının yaradılmasını planlaşdırırıq. Süni intellektin effektiv tətbiqi üçün əvvəlcə belə bir məlumat bazası olmalıdır”, - deyə o qeyd edib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 14:12
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycandan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ