Hacıqabulda taxıl daşıyan TIR aşıb

Hacıqabulda yol nəqliyyat hadisəsi baş verib. Hadisə "Qədir-Xum" restoranının qarşısında qeydə alınıb. Bakı istiqamətində hərəkət edən taxıl daşıyan TIR qəfil aşıb və bütün yükü yola dağılıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb. Hazırda yola dağılan taxılın təmizlənməsi işləri görülür.
Mətləb