BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

"Dünya miqyasında qeydə alınmış tarixin ən geniş yayılmış və zərərli quraqlıq hadisələri son illərdə iqlim dəyişikliyi və resursların tükənməsi səbəbindən baş verir." Bu fikir BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının (UNCCD), ABŞ Milli Quraqlığın Azaldılması Mərkəzinin (NDMC) və Quraqlığa Dayanıqlılıq üzrə Beynəlxalq Alyansın 2023-2025-ci illərdə quraqlığın qlobal təsirlərinə dair yeni hesabatında deyilir. Hesabatda vurğulanır: “Quraqlıq səssiz bir qatildir. O, yavaş-yavaş hərəkət edərək resursları boşaldır və həyatı məhv edir. Onun yara izləri dərindədir”.
Sənədin həmmüəllifi və NDMC-nin direktoru Mark Svoboda qeyd edib: “Bu, indiyə qədər gördüyüm ən pis qlobal fəlakətdir. Yeni hesabat quraqlığın həyatlara, dolanışıq vasitələrinə və hamımızın asılı olduğu ekosistemlərin sağlamlığına necə təsir etməsinin sistematik monitorinqinin zəruriliyini vurğulayır”.
Mətləb