14 yaşlı yeniyetmə Novxanı çimərliyində həyatını itirib

Novxanı çimərliyində daha bir bədbəxt hadisə baş verib. Belə ki, 14 yaşlı Azər Məcidov dənizdə çimərkən, qəfil qıcolma (epileptik tutma) keçirib. Yaxınlıqda olanlar dərhal köməyə gəlsələr də, yeniyetmənin durumu ağır olub. O təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mətləb