Altı gündə 1600 hektardan çox ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyulun 14-dən 20-nə qədər 6 tank əleyhinə mina, 73 piyada əleyhinə mina, 178 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Məlumata əsasən, 1641 hektar ərazi minalardan təmizlənib.
Mətləb Salahov