Xəzər dənizinin səviyyəsində rekord enmə - Rusiya məlumat yaydı

Xəzər dənizinin səviyyəsi bütün müşahidə dövrü ərzində ən aşağı həddə enib. Bu barədə Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İstitutunun Volqa-Xəzər bölməsi məlumat yayıb. Dəniz səviyyəsinin enməsi, xüsusən ən dayaz şimal hissədə, Rusiya və Qazaxıstan akvatoriyasında özünü göstərir. Məlumatda qeyd olunur ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından başlayaraq enməyə başlayıb.
2020-ci ildən bəri Xəzərin səviyyəsi, demək olar ki, 0.8 metr azalıb. "Azalma dənizdə əsas su mənbəyi olan Volqanın illik axınının zəifləməsi fonunda baş verib. Şirin su axınının azalması davam edir", - Okeanoqrafiya İnstitutunun məlumatında qeyd olunur.
Mətləb Salahov