Naxçıvanda TIR yanıb

Naxçıvanda yük avtomobilində yanğın baş verib. Hadisə Naxçıvan-Ordubad magistralında qeydə alınıb. Bitumla dolu TIR naməlum səbəbdən alovlanmağa başlayıb və partlayıb.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi, polis əməkdaşları cəlb olunub.
Mətləb