Cümə günü, 06 noyabr 2026
     

Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

Image


Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin DİM-də keçirilən mətbuat konfransı zamanı açıqlaması mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur.

O, baytarlıq ixtisasının vacibliyindən danışarkən ona ünvanlanan suala belə cavab verib: “İnəyin taleyi elədir ki, onu gec-tez öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi daha ağırdır, nəinki ölmüş inəyin. Hər gün sağılmaq ondan ağırdır. Qadınlar bu mövzuda məni başa düşərlər”.

M.Abbaszadə “hər gün sağılmaq ondan ağırdır, qadınlar bu mövzuda məni başa düşərlər” deməklə nə demək istəyib?

Mətbuat konfransında iştirak edən təhsil ekspertlərindən birinin sözlərinə görə, əslində DİM sədrinin belə qeyri-uyğun müqayisə aparmasına səbəb yerdən atılan “baytarlıq ixtisasına aşağı balla qəbul olan uşaqlar o inəkləri öldürəcəklər” replikası olub. M.Abbaszadə də həmin replikaya sözgedən uğursuz cavabı verib. Qeyd olunur ki, DİM sədri bu ifadəni söhbətə yumor qatmaq məqsədilə işlətsə də, bu cür şit alınıb və nəticədə onu tənqid hədəfinə çevirib.

Kamran Əsədov: “Məleykə Abbaszadənin ifadəsi həm dolayı təhqir, həm də qadının sosial mövqeyinə qarşı ironik yanaşmadır...”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin mətbuat konfransında səsləndirdiyi “sağılan inəyin taleyi daha ağırdır, qadınlar məni başa düşər” ifadəsi kontekstindən, vəzifəsinin ciddiyyətindən və cəmiyyətin həssaslığından tamamilə uzaq bir yanaşmanın göstəricisidir: “Bu cür ifadələrin rəsmi tribunadan səsləndirilməsi sadəcə etik deyil, həm də struktur səviyyəsində dövlət idarəetməsində olan məsuliyyətsizliyin və qeyri-peşəkarlığın açıq təzahürüdür. Təhsildə gender bərabərliyi, qadının cəmiyyətdəki rolu, qadınların fiziki və psixoloji yükü, əmək bazarında istismarı kimi məsələlər BMT-nin Davamlı İnkişaf Məqsədlərində xüsusi yer tutur. Azərbaycan isə bu məqsədləri ratifikasiya etmiş ölkələr sırasındadır. “Gender bərabərliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.2-ci maddəsinə əsasən, gender ayrı-seçkiliyi həm birbaşa, həm də dolayı formada ifadə edilən davranış və münasibətlərdir. Bu kontekstdə Məleykə Abbaszadənin ifadəsi həm dolayı təhqir, həm də qadının sosial mövqeyinə qarşı ironik yanaşmadır və bu, dövlət orqanının rəhbəri üçün ciddi hüquqi və etik məsuliyyət daşımalıdır.

Əlavə olaraq, bu çıxış DİM-in son illərdə apardığı qiymətləndirmə və təhsil siyasəti ilə bağlı ictimai narazılıqları daha da alovlandırmış oldu. Rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə keçirilən imtahanlarda orta nəticələr aşağı olub, apellyasiya müraciətlərinin sayı 16 minə çatıb və onların 85%-i rədd edilib. Bu, həm təhsilin keyfiyyətinin, həm də qiymətləndirmə sisteminin ictimai legitimliyinin zəiflədiyini göstərir. Belə bir vəziyyətdə DİM rəhbərinin cəmiyyəti maarifləndirmək, təhsilin gələcəyindən danışmaq əvəzinə, sosial şüuru aşağılamağa yönəlik, qeyri-ciddi metaforalar səsləndirməsi rəsmi institutların cəmiyyətlə əlaqəsinin necə qırıldığını göstərir.

Dünyada dövlət rəsmiləri bu cür açıqlamalar verdikdə ictimai məsuliyyət daşıyır, çox zaman üzr istəməli və ya vəzifədən uzaqlaşmalı olurlar. Məsələn, Kanada baş naziri Castin Trudo keçmişdə genderə qarşı yönəlik bir ifadə işlədiyi üçün ictimaiyyət qarşısında açıq şəkildə üzr istəmişdi. Azərbaycanda isə belə hallarda rəsmi reaksiya verilməməsi və məsuliyyətin olmaması cəmiyyətə açıq mesajdır: ictimai narahatlıq önəmli deyil, vəzifə toxunulmazlığı hər şeydən üstündür. Elm və Təhsil Nazirliyi isə bu kontekstdə yenə də passiv və funksiyasız davranır. Nə maarifləndirmə işi aparır, nə ictimai etikaya dair mövqe bildirir, nə də bu cür açıqlamaların dövlət təhsil siyasətinə zərər vurduğunu anlayır.

Bu cür çıxışlar və yanaşmalar təhsildə humanist dəyərləri, etik davranış modellərini, gender bərabərliyini və ictimai məsuliyyəti sarsıdır. Qadınları “sağılan inəyə” bənzətmək, bunu bir zarafat və ya metafora kimi təqdim etmək sadəcə məntiqsiz və qəbuledilməz deyil, həm də bir cəmiyyətin dəyərlərinə və təhsil sisteminə hörmətsizlikdir. Bu yanaşma sistemli marifləndirmə və strateji planlaşdırmanın yoxluğunun nəticəsidir. Elm və Təhsil Nazirliyinin və DİM-in indiyə qədər bu istiqamətdə heç bir etik davranış kodeksi, ictimai çıxış standartı və rəsmi mövqe mexanizmi yoxdur. Nə daxili nəzarət sistemi, nə də ictimai məsuliyyət hesabatları işlək vəziyyətdə deyil.

Nəticə etibarilə, belə çıxışlar təhsilin mahiyyətini dəyişmir, amma təhsilə olan ictimai münasibəti ciddi şəkildə zədələyir. Dövlət qurumlarının rəhbərləri cəmiyyətdə nümunə olmalı, empatik, həssas və maarifləndirici mövqe sərgiləməlidirlər. Bu mövqedən çıxış etməyənlərin isə dövlət təhsil siyasətində təmsil olunması cəmiyyət üçün yükdür, inkişaf üçün əngəldir. Belə vəziyyətdə dəyişməli olan təkcə ifadə forması deyil, bütövlükdə dövlət idarəetməsindəki məsuliyyət anlayışıdır. Dövlət qurumları cəmiyyətə ironiya ilə deyil, izah və nümunə ilə yanaşmalıdır. Əks halda, etimad və hörmət bərpa olunmayacaq”.

İlqar Hüseynli: “Onun inəklərlə xanımlarımız arasında paralellər aparmasını, bununla nə demək istədiyini, hansı hədəfləri vurğuladığını anlaya bilmədim”

Ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, DİM sədrinin açıqlamasını təəccüblə qarşılayıb: “Uzun illər elmlə, təhsillə məşğul olan Məleykə Abbaszadənin ali məktəblərə qəbul prosesində qadınların balansının qorunmasında maraqlı şəxs kimi çıxış etmək əvəzinə belə bir qeyri-müəyyən, qeyri-etik cümlə işlətməsinə, fikir səsləndirməsinə təəccübləndim. Bu məni çox məyus etdi. Məleykə Abbaszadənin bu ifadəni işlətməklə nə demək istədiyini anlamaq çətindir. Əslinə qalanda, baytarlıq ixtisası olduqca vacibdir və sağılan inəklərin taleyinin ağır olması barədə fikirlər doğrudan da bir dövlət adamına uyğun gəlməyən fikirlərdir. Çünki inək saxlanılmalıdır, maldarlıq, aqrar sektor inkişaf etdirilməlidir, burda baytarlıq ixtisasının önəmi olduqca vacibdir. Yəni bu cür fikirlər səsləndirilməli idi, “ölkənin süd məhsulları idxalından asılılığını aradan qaldırmaq üçün bizim yaxşı baytarlara ehtiyacımız var” kimi ifadələr işlədilməsi əvəzinə sağılan inəklərin taleyinin ağır olması ilə bağlı fikir səsləndirilməsi çox gülünc və qeyri-etikdir.

Xüsusən də onun inəklərlə xanımlarımız arasında paralellər aparmasını, bununla nə demək istədiyini, hansı hədəfləri vurğuladığını anlaya bilmədim. Ancaq çox qeyri-etik bənzərlik səsləndirib. Analarımızdan, Azərbaycan qadınlarından süd əmmiş övladlarımız 44 günlük Vətən müharibəsində ərazilərimizi işğaldan azad edib Qarabağın taleyini həll etdi. O analarımız ki, qələbəmizin qazanılması uğrunda gecə-gündüz bizimlə çiyin-çiyinə bir yerdə oldu, bişirdiyi çörəyinə qədər əsgərlərimizə sovqat göndərdi. Bu gün qadınlarımızla inəklər arasında paralellər aparmaq bir dövlət xadiminin, bir dövlət adamının, xüsusən tələbə qəbuluna nəzarət edən bir qurumun rəhbərinə yaraşmır və olduqca gülüncdür. Bir daha vurğulamaq istəyirəm ki, onun burda nə demək istədiyini, o fikri nə məqsədlə işlətdiyini başa düşmək çətindir”.

İ.Hüseynli dedi ki, DİM sədrinin bu qeyri-etik açıqlaması bütün sfrelarda çalışan qadınların narazılığına səbəb olub və onların buna narazılıq etməyə də haqqı var.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ