Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın başlayıb. Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.