şənbə günü, 15 avqust 2026
     

Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

Image


Mən 1979-cü ildən 2016-cı ilədək AMEA-nın Bəhməniyar adına Fəlsəfə və Hüquq (indiki Fəlsəfə və Sosiologiya) İnstitutunda, 2016-cı ildən-2025- ci ilədək AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq və Şimali Qafqaz şöbələrinin müdiri vəzifəsində çalışmışam. 2025-ci ilin fevralından yenidən doğ-ma institutumuza qayıtmışam. Sovet dövründə Elmlər Akademiyasında işə başlayarkən Azərbaycan Elmlər Akademiyasının prezidenti Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, akademik, SSRİ Elmlər Akademiyasının müxbir üzvü böyük millətsevər alim Həsən Abdullayev idi. Azərbaycan filosofu Əmrəli İsmayılovun Həsən Abdullayev haqqında maraqlı bir xatirəsi var.“Sovet dövründə milli kadr hazırlığı probleminin həllicəsarət tələb edirdi. Böyük millətsevər alim Həsən Abdullayev Akademiyanın prezidenti olarkən bu məsələyə xüsusi diqqət yetirirdi. Bir gün o, Rəyasət Heyətində yeni qəbul olunmuş aspirantları təsdiq edirmiş. Baxır ki, Kosmik Tədqiqatlar İnstitutunun aspirantlarının əksəriyyəti qeyri-azərbaycanlılardır. Vəziyyətdən narahat olub institutun direktoru Tofiq İsmayılova eyhamla deyir: “Bu aspirantları götürəndə, heç olmasa, bir yaraşığına baxın, görün, bığı-saqqalı varmı?” Bu zaman növbə arıq, çəlimsiz, nimdaş geyimli, qorxacaq hərəkət edən bir azərbaycanlı oğlana çatır. Həsən müəllim amiranə səslə dillənir: “Niyə elə yeriyirsən? Haradansan?” Oğlan: “Ermənistandan,” - deyir. Akademik yenə həmin ötkəmliklə ona səslənir: “Orada qoymurlar səni şax yeriməyə, a kişi, burda ayağını yerə möhkəm bas, bura sənin ana torpağındır”. Belə sözlər demək o vaxt çox qorxulu idi. Amma Həsən Abdullayev milli düşüncəli adam olduğundan çəsarətlə azərbaycanlıları müdafiə edirdi”.

Çox yaxşı kollektivi olan Fəlsəfə və Hüquq institutunun direktoru isə akademik Firudin Köçərli idi.O, 1958-1967-ci illərdə Azərbaycan EA-nın fəlsəfə sektorunun rəhbəri olub, 1967-ci ildən 1985-ci ilə qədər Fəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifəsində işləyib. Ömrünün son anlarına, yəni 2004-cü ilə qədər bu institutda fəaliyyət göstərib. O, 1966-cı ildə dissertasiyası müdafiə edərək fəlsəfə elmləridoktoru elmi adına layiq görülüb, 1966-cı ildə Azərbaycan EA-nın müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilib.

Akademik F.Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin,dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilib. Azərbaycanın birçox elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparıb, həmin tədqiqatların nəticələri onun nəşr etdirdiyi kitab və monoqrafiyalarında öz əksini tapıb. Onun apardığı tədqiqatlar Moskvada nəşr olunan "SSRİ-də fəlsəfə tarixi" adlı kitaba daxil edilib.

F.Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan bölməsinin sədri olub. O, Çexoslovakiya, Kanada, Skandinaviya ölkələri və digər ölkələrdə fəlsəfənin aktual problemləri barədə çıxışlar edib.

Dostum filosof Firuz Mustafa Firudin Köçərlinin həyat və fəaliyyətini qısaca olaraq belə qiymətli sözlərlə xarakterizə edibdir: “İlk növbədə yadadüşən anlamlar: SADƏLİK, MÜDRİK-LİK, XEYİRXAHLIQ, BÜTÖVLÜK.”

O vaxtlar elmlər akademiyasına işə qəbulda cidddi məhdüdiyyətlər olduğundan Firudin müəllim məni əvvəlcə SSRİ Fəlsəfə Cəmiyyətinin Azərbaycan bölməsinin elmi katibi vəzifəsinə qəbul etdi. Sonralar isə məni institutun Tarixi materializm və elmi kommunizm şöbəsinə keçirdi. Rəhmətlik Ziyəddin Göyüşov əvvəlcə fəlsəfə tarixi şöbəsinə, 1980-ci ildən isə yeni yaradılan Etika şöbəsinin müdiri oldu. Şöbədə istedadlı alimlərdən hörmətli professor İlham Məmmədzadə (o, 1980-ci ildə 26 yaşında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almış ən gənc filosoflardan biri idi), Nizami Nəcəfov (o, mənim müdafiəmdə rəsmi opponentim oldu), Rafiqə xanım Əzimova, Nazim Səfərov çalışırdılar. Sonralar Dilarə xanım Muslimzadə, elmi katibmiz Sevinc xanım Həsənova, Mehriban xanım Səfərova, Xatirə xanım Quliyeva, Şəhla xanım Musayeva, Fəxriyyə xanım Məmmədzadə və başqaları çalışırdılar.

Mən 1981-1985-ci illərdə istehsalatdan ayrılmamaqla 09.00.05. – Marksist-leninçi etika ixtisası üzrə fəlsəfə və hüquq institutunun aspiranturasına daxil oldum.

Fəlsəfə elmləri doktoru, professor Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ziyyəddin müəllim Göyüşov mənə elmi rəhbər təyin edildi. Dissertasiya mövzumda dəyişlik edildi. Əvvəlcə mövzumun adı “Markist-leninçi etikada əxlaqi hisslərin strukturu” idi. Məsləhətləşmələrdən sonra mənə başqa mövzu verildi. Onun adı belə oldu: “Əxlaqi ideal və onun Azərbaycan şifahi xalq yaradıçılığında təcəssümü”. Bu mövzu Ziyəddin müəllimə çox yaxşı və doğma mövzu idi. Belə ki, o 1968-ci ildə nəşr olunan rus dilində yazdığı 564 səhfəlik “Azərbaycanda etik fikir” adlı fundamental əsərində Azərbaycan folklorunda mənəvi etik ideyaları Azərbaycanda etik fikrin inkişafını təşəkkülünün mənbələrindən biri kimi araşdır-mışdır. Z.Göyüşov digər kitablarında da yeri gəldikcə Azərbaycan folkloru nümünələrindən geniş istifadə edirdi. Sonralar namizədlik minimun imtahanı verərkən rəhmətlik Əmrəli İsmayılov mənim mövzumun marksizm fəlsəfəsinə aiddiyyatı olmadığını bildirdi. Mənə: “bu mövzu ilə sən marksist filosof ola bilməzsən!” – dedi. Mən ona dedim: “Müəllim, mən marksist folosof olmağı heç qarşıma məqsəd qoymamışam”. Bu sözlər Əmrəli müəllimi bərk qəzəbləndirdi. Sonra o mənə bir sualda verdi: “Yaxşı, de görüm “Kapital”ı oxuyubsanmı?” Mən onsuz da kəsiləcəyimi bildiyimdən ona belə bir cavab verdim: “Müəllim kapitalı oxumaq yox, yığmaq lazımdır”. Əmrəli müəllim mənə qeyri-kafi yazdı və: “Kapitalı yığandan sonra gələrsən” – dedi. Mən bütün bunlar haqqında ictimai-fəlsəfi qəzeti olan “İdrak” qəzetinin 1993-cü il tarixli 3-cü sayında “İstər inanın, istər də inanmayın!” rubrikasında imzasız yazmışam.

Altı ay sonra mən yenidən imtahan verməli idim.Bu zaman hamının sevimlisi, İnstitutumuzun direktor müavini, İmtahan komissiyasının sədri, hüquq elmləri doktoru, professor Tofiq Qafarov auditoriyaya daxil oldu, siyahıya baxdı, mənim adımın qarşısına “yaxşı” yazıb Əmrəli müəllimə dedi: “Əmrəli, mən Vahiddən soruşmuşam, o, kapitalı oxuyub da, yığıb da”.Əmrəli müəllim məcbur olub imzasını çəkdi.

Professor T.M.Qafarov 1980-ci ildən SSRİ dağılana qədər SSRİ Ali Attestasiya Komissiyasının Cinayət hüququ üzrə ekspert komissiyasının üzvü olmuşdur. O, Respublika Ali Məhkəməsi yanında Elmi-məsləhət Şurasının, Respublika Prokurorluğu yanında Elmi-metodik Şuranın üzvü, eyni zamanda SSRİ EA-nın “Dövlətin, idarəçiliyin və hüququn inkişaf qanunauyğunluqları” Elmi Şurasının üzvü, Azərbaycan EA-nın “Dövlət və hüquq problemləri” Şurasının sədri idi. Elm və təhsil sahəsində xidmətlərinə görə professor T.M.Qafarova “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adı verilmişdir.Təəssüf ki, o, 1995-ci ildə avtomobil qəzasında faciəli surətdə vəfat etdi.Allah ona rəhmət eləsin.

Sonralar Əmrəli İsmayılovla dost olduq. Firuz Mustafanın yazdığı kimi “ o, bütün ömrü boyu özünü marksist filosof və ateist hesab edib. Moskvada aspirantura bitirib Vətənə dönəndən sonra Fəlsəfə İnstitutunda çalışıb. Çox prinsipial, düzünəqulu bir adam idi. Mövqeyi və məsləki sabit idi. Marksın fəlsəfi baxışları haqda monoqrafiyası vardı və bu əsər vaxtilə keçmiş Sovetlər birliyinin sosioloqları tərəfindən yüksək qiymətləndirilmişdi.

Əksər klassik filosoflar sayağı bəzi qəribəlikləri də vardı. Kant kimi təkliyi xoşlayardı. Russo kimi təbiəti çox sevərdi. Şopenhauer kimi ömrünün sonunacan tənha yaşadı, ailə qurmadı. Amma bütün bunlara baxmayaraq, elə adını çəkdiyimiz o Şopenhauer kimi bir daxili nikbinliyi də vardı. Gözəlliyə biganə deyildi.”

Əmrəli İsmayılovun rus dilində yazdığı möhtəşəm "Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti" adlı kitabı çapdan çıxdı. O, ermənilərin siyasi riyakarlığını, yalançılığını, simasızlığını real elmi, publisistik mənbələr əsasında açıqlamışdır. Müəllif erməni ideologiyası, erməni faşizmi barədəfikirlərini əsaslandırmaq üçün məhz xristian aləmini təmsil edən mütəfəkkirlərin, dünyada tanınmış alim və siyasətçilərin fikirlərinə müraciət edib. Ermənilərin mənəviyyatsızlığı, riyakarlığı məhz erməni müəlliflərinin fikirləri, məlumatları əsasında oxucuya çatdırmışdir.2018-ci il Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən kitabın təqdimat mərasimində mən də çıxış edərək əsərin yüksək səviyyəyə malik, xalqımızın milli maraqlarına xidmət edən və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən bir əsər olduğunu vurğuladım. Sonra isə “Azərbaycan filosofunun ermənipərəst Sarkoziyə 4 açıq məktubu haqqında” iri həcmli bir məqalə də yazdım.Ə.İsmayılov 82 yaşında vəfat etdi.

Z.Göyüşov konfranslarda aspirantların bütün çıxışlarını diqqətlə izləyirdi. O, konfranslarda fəlsəfə tarixi və etika bölmələrinə sədrlik edir, çıxışlara öz münasibətini bildirir, yaxşı cəhətləri təqdir, çatışmazlıqları tənqid edir, olduqca xeyirxah, əhəmiyyətli tövsiyyələr verirdi. Onun aspirantlarından biri ADU-nun (indiki BDU-nun) Şərqşünaslıq fakültəsinin ərəb dili ixtisası üzrə bitirmişdi. Konfransların birində həmin aspirant öz mövzusu ilə bağlı çıxışı zamanı danışarkən sanki ərəb mətnini ərəb tələfüzü ilə təqdim etdi. Ziyəddin müəllim hirslə onu çıxışını kəsib: “Hoqqabazlıq eləmə. Adam balası kimi danış!” - dedi.

Z.Göyüşov elmdə mücərrədçilikdən uzaq olan alim idi. O, bizdən öz aspirantlarından da elmi cəhətdən dərin, ancaq hamının başa düşdüyü sadə dildə yazmağı tələb edirdi. Məhz bu səbəbdən də onun etikaya, fəlsəfəyə, fəlsəfə tarixinə aid yazdığı kitablar bütün Azərbaycan xalqının sevə-sevə və maraqla oxuduğu stolüstü kitablardan idi.

Z.Göyüşov şöbədə tezislərdən tutulmuş elmi-tədqiqat işlərini, məqalələri, kitabları müzakirədən keçirməmiş çapına icazə vermirdi. Mən başqa şöbədə işləsəm də aspirant kimi etika şöbəsində keçirilən elmi müzakirələrdə müşahidəci kimi yaxından iştirak edirdim.

Ziyəddin müəllim sadə, təvazökar, alicənab, mehriban, zarafatcıl, gülərüz insan idi. O, necə deyərlər böyüklə böyük, kiçiklə kiçik idi. Görkəmli alimin “Əxlaqi sərvətlər” kitabında tədqiq etdiyi ümumbəşəri dəyərlərin çox hissəsi sanki özünün daxili mədəniyyətinin göstəricisi idi. O, həyatda və bütün işlərində ədalətli idi. Hər hansı məsələni düzgün, ədalətlə həll etməyə çalışırdı.

Ziyəddin Göyüşov həyatda mülayim, mehriban olsa da elmi müzakirələrdə ciddi, obyektiv tələbkar və prinsipial idi. Prinsipiallıq onun bir şəxsiyyət kimi əsas mənəvi keyfiyyətlərindən biri idi. Onun prinsipiallığı özü demiş: “əxlaqi borcla, ədalətlə, vicdanla, tərəf və ləyaqətlə üzvi sürətdə bağlı” idi. Z. Göyüşov “Əxlaqi sərvətlər” kitabının 212-ci səhifəsində göstərirdi ki, “prinsipiallıq tolerantlıqla yanaşı sadə əxlaq norması olmaqla bərabər, həm də heç şübhəsiz mühüm əxlaqi sərvətdir”.[1]

Yadımdadır: şöbədə müzakirə olunan elmi-tədqiqat işlərindən biri ciddi tənqid olundu. Ziyəddin müəllim göstərilən qeydlərə özünün də tövsiyələrini əlavə edərək onun yenidən işlənməsini bildirdi. Həmin şəxs az qaldı ki, ağlasın. Ancaq Ziyəddin müəllim dediyindən dönmədi.

Ziyəddin Göyüşov sovet dövrünün ən görkəmli filosoflarından idi. Düzdur, o, zahirən olaraq sovet elminin sinfi-ideoloji tələblərindən kənara çıxmırdı: əsərlərində marksizm-leninizm banilərinin fikirlərinə istinad edir, feodalizm, kapitalizm, burjua cəmiyyətlərini və əxlaqını tənqid edir, sosializmi, kommunist əxlaqını tərifləyirdi. 19961-ci ildə onun “Burjua əxlaqının böhranı” adlı kitabı çapdan çıxmışdır. Lakin o, sovet alimindən çox milli Azərbaycan filosofu idi. Çünki o, XI-XVIII əsrlərin Azərbaycan mütəfəkkirlərinin, ələcə də XIX-XX əsrlərin filosoflarından Mirzə Şəfi Vazeh, A.Bakıxanov, Mirzə Kazımbəy, M.F.Axundzadə, H.B.Zərdabi, S.Ə.Şirvani, Sidqinin, Şimali və Cənubi Azərbaycan maarifçilərinin etik görüşlərini araşdırmışdır. Z. Göyüşovun “Əxlaqi sərvətlər”, “Həzz və iztirab”, “Daxilə pəncərə (özüntərbiyə), “Fəzilət və qəbahət” əsərləri hamımızın sevə-sevə oxuduğumuz, bəhrələndiyimiz kitablardan idi. Görkəmli alimin 1979-cu ildə rus dilində çap etdirdiyi kitablardan biri də “Sovet Azərbaycanda fəlsəfi fikir.Qısa oçerk” kitabı idi. Kitabda XX əsrin əvvəllərindən 70-ci illərin sonlarınadək Azərbaycan filosoflarının tarixi materializmə dair əsərlərinin, Azərbaycanda fəlsəfi müəssisələrin və fəlsəfi kadrların yaradılması və inkişaf etdirilməsindən, Heydər Hüseynovun, Əhməd Zəkuyevin, Mehbalı Qasımovun, Aleksandr Makovelskinin, Vahid Kərimovun, Həsən Şirəliyevin, Adil Həsənovun, Firudin Köçərlinin, Fuad Qasımzadənin, Zümrüd Quluzadənin, Adil Həsənovun, Əddin Şakirzadənin, Əmin Əhmədovun, Vəli Nəsirovun, Əfrand Daşdəmirovun, Həmid İmanovun, Əmrəli İsmayılovun, Tofiq Rəsulovun və başqalarının əsərlərindən, fəlsəfə tarixinə, estetika və etikaya, elmi ateizmə aid məsələlərrin araşdırılmasından bəhs edilir.

Z. Göyüşovun ən fundamental əsərlərindən biri də rus dilində 1963-ci ildə çap olunan “Həsən bəy Zərdabinin dünyagörüşü” əsəri idi. Bu əsər və ümumiyyətlə maarifçilik fəlsəfəsi haqqında hörmətli professorumuz İlham Məmmədzadənin Zemfira xanım Göyüşova ilə birlikdə rus dilində 2014-cü ildə çap olunmuş “Modern, Həsən bəy Zərdabinin maarifçilik ideyaları və maarifçilik fəlsəfəsi” adlı möhtəşəm əsərdə geniş, hərtərəfli bəhs edilmişdir. Mən isə bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Məlum olduğu kimi Həsən bəy Zərdabinin oğlu Səfvət bəy Məlik-Zərdabi AXC quruculuğunda iştirak etmişdir. Onun bacısı Pəri xanım Ə.Topçubaşovun həyat yoldaşı olub. O, İstanbulda konsulluqda çalışmış, Avropada memarlıq fakültəsində təhsil almış, mühacir tədqiqatçılarından olmuşdur. O, 1927-ci ildən Türkiyədə yaşamışdır.

1960-cı illərdə SSRİ və Türkiyə arasında münasibətlər yaxşılaşdığından görkəmli və vətənpərvər ədəbiyyatşünas alimlərdən biri olan Abbas Zamanov Səfvət bəyi tapıb, hətta onu vətənə dəvət etmişdir. Səfvət bəy Məlik-Zərdabi Türkiyənin məşhur memarlarından biri kimi tanınmışdır. Görkəmli filosofumuz Ziyəddin Göyüşov 1970-ci ildə Türkiyəyə səfəri zamanı Səfvət bəylə görüşmüşdür. Atasının tədqiqatçısı professor Z. Göyüşova dərin hörmət və ehtiram bəsləyən Səfvət bəy vətən həsrəti çəkirdi.

Mən Ziyəddin müəllimi son dəfə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Dordüncü Baş İdarəsinin 1 saylı xəstaxanasında (indiki Mərkəzi Klinik xəstəxanasında) xəstə yatarkən ziyarət etdim. O, mənimlə söhbətində “Dünyanın ən böyük sərvəti can sağlığıdır” – dedi. Mən ona: “Ziyəddin müəllim, Allah qoysa sağalıb yenə institutumuza qaydar, bizə böyüklük, ağsaqqallıq, rəhbərlik etməyi davam etdirərsiniz!” – dedim. Təəssüf ki, vaxtısız, amnsız ölüm böyük və dəyərli şəxsiyyət, görkəmli alim Ziyəddin Göyüşovun mənalı həyatına son qoydu. Onun ölümü Azərbaycanın elmi ictimayyəti və xalqımız üçün ağır itki oldu. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun!

Biz əminik ki, Ziyəddin müəllimin ruhu şaddır. Çünki Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman ordumuz onun anadan olduğu, boya başa çatdığı torpaq da daxil olmaqla bütün ərazimizi erməni işğalından azad etmiş, suverenliyimiz bərpa olunmuşdur.

Bir də təklifim budur ki, Ziyəddin Göyüşovun 105 illiyinə həsr olunmuş çıxışlar bir toplu və ya xüsusi buraxılış şəkilində çap olunsun, gələcək nəsillərə çatdırılsın.

Hörmətlə,

Vahid Ömərov

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Enerji təhlükəsizliyi siyasəti və Gürcüstanşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.


[1] Göyüşov Z. Əxlaqi sərvətlər. (Populyar oçerk). Bakı: Azərnəşr, 1966, s.212.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ