Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

Milli Elmlər Akademiyasının konfrans zalında yazıçı-jurnalist Gülzar Namazovanın ŞANLI ORDUMUZUN 44 GÜNLÜK TARİXİ QƏLƏBƏSİNƏ HƏSR OLUNAN "VƏTƏN MÜHARİBƏSİ ENSKLOPEDİYASI" adlı kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov yazıçı-dramaturq Hüseynbala Mirələmov, Suraxanı rayon İcra başçısının müavini Elmar Hüseynov, yazıçı-jurnalist, "İNFORM-PRESS" qəzetinin təsisçisi və baş redaktoru, "TOMRİS" İ.B-nin sədri Gulnare Ismailzade Tomris , şair-jurnalist "Həkəri" qəzetinin baş redaktoru Rauf Ilyasoglu və bir çox görkəmli ziyalılar iştirak edirdi. Tədbirin aparıcısı şəhid General Polad Həşimovun adını daşıyan "Polad Tv"nin baş redaktoru, hərbi jurnalist İslam Ələsgərli idi.
Şəhid ailələrinin eləcədə görkəmli yazıçıların və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi Zəfər Tariximizi nümaiş etdirən bu tədbir tarixin səhifəsinə qızıl hərflərlə həkk olundu...11.07.2025