Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şiştəpə kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü Anar Atakişizadənin idarə etdiyi "KİA" markalı avtomobilinin aşması nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev aldığı xəsarətdən ölüb.
Şiştəpə kənd sakinləri, 1993-cü Orxan Atakişiyev, onun həmyaşıdı Cəmil İbadullayev müxtəlif xəsarətlər alıb və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.