Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslər Səbail Rayon Məhkəməsinə gətirilib. Onlar vəkillərlə təmin edilib.
Məhkəmədə 8 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimatlara ayrı-ayrılqda baxılıb.
Məhkəmənin verdiyi qərara əsasən, onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, həmin şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və digər maddələri ilə cinayət işi başlanılıb.
ZÜMRÜD