Dünyada tənhalıq səbəbindən vəfat edən insanların sayı getdikcə artır. BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına görə, dünyada hər altı nəfərdən biri sağlamlıq və rifah üçün əhəmiyyətli təsirləri olan tənhalıqdan əziyyət çəkir.
Belə ki, yalnızlıq hər saat təxminən 100 ölümlə əlaqələndirilir. Bu, hər il 871 mindən çox ölüm deməkdir. Bunun əksinə olaraq, güclü sosial əlaqələr daha yaxşı sağlamlıq və daha uzun ömür ilə əlaqələndirilir.
ÜST sosial ünsiyyəti insanların bir-biri ilə əlaqə və qarşılıqlı təmas üsulları kimi müəyyən edir. Tənhalıq arzu olunan və real sosial münasibətlər arasında uçurum fonunda yaranan narahatlıq hissidir, sosial təcrid isə insanlar arasında əlaqələrin obyektiv olmamasına aiddir.
Mətləb Salahov