Cümə günü, 06 noyabr 2026
     

"İşgəncələrə məruz qalan soydaşlarımızın bir qismi ağır vəziyyətdə xəstəxanadadır" - Qardaşları Rusiyada qətlə yetirilən jurnalist açıqladı

Image


"Rusiyanın Yekaterinburq şəhərində baş verən dəhşətli hadisə barədə dünən günorta saatlarında xəbər tutduq. Təsəvvürə belə sığmayan bu vəhşilik və zorakılıq aktları nəinki hüquq-mühafizə orqanlarına, hətta ən radikal terror təşkilatlarına belə yaraşmaz. Gecə saatlarında qardaşlarımızın yaşadığı mənzilə xüsusi əməliyyat görüntüsü altında hücum olunub, qapılar zorla sındırılaraq evlərə daxil olunub. Ailə üzvlərinin gözü qarşısında kobud zorakılıq göstərilib, telefonlar əllərindən alınıb, saxlanılanların hara aparıldığı barədə heç bir məlumat verilməyib".

Bunu mediaya açıqlamasında qardaşları Rusiyada qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli deyib.

O, bildirib ki, Rusiya mediasının rəsmi mənbələrinə istinadən yayılan xəbərlərə görə, 50-yə yaxın azərbaycanlı küçələrdən, evlərdən və iş yerlərindən toplanaraq ağır fiziki işgəncələrə məruz qoyulub. Onlara elektrik cərəyanı verildiyi, müxtəlif yollarla dözülməz təzyiqlərə məruz qaldıqları bildirilir. Qısa müddət ərzində bu zorakılıqlardan bir neçə nəfərin həyatını itirdiyi deyilir.

S.Hüseynlinin sözlərinə görə, qardaşları ötən əsrin 90-cı illərində Azərbaycanda yaranan iqtisadi çətinliklərlə əlaqədar Rusiyaya üz tutublar: “Vəhşicəsinə qətlə yetirilən qardaşım Ziyəddin Səfərovun 55 yaşı var idi. O, 1988-ci ildə Yekaterinburqa təhsil almaq məqsədilə getmişdi. Ardınca digər qohumlarımız da həmin şəhərə üz tutdular və zamanla orada məskunlaşdılar. Beləliklə, Yekaterinburqda xalqımızın vətənpərvər övladlarından ibarət güclü bir diaspor formalaşdı. Onlar yaşadıqları ölkənin qanunlarına ciddi şəkildə əməl edən, nümunəvi davranışları ilə seçilən vətəndaşlar idilər”.

Seyfəddin Hüseynlinin sözlərinə görə, təhsil almaq üçün Yekaterinburqa yollanan Ziyəddin Səfərovun ardınca digər qardaşları da həmin şəhərə köç ediblər. Onlardan biri ixtisasca həkim olsa da, həyat şəraitinə uyğun olaraq öz peşəsindən uzaq düşüb, digəri isə rus dili müəllimi kimi fəaliyyət göstərib. Seyfəddin deyir: “Taleyin acı ironiyasına bax ki, rus dili tədris edən qardaşım Bakir Səfərov məhz Rusiyada, özü də cinayətkarcasına qətlə yetirildi. Onlar 55 və daha yuxarı yaşda, həyat təcrübəsi olan, yetkin insanlardı. Belə yaşda insanlara qarşı bu cür vəhşilik törətmək nə hüquqa, nə insafa, nə də insanlığa sığır. Bu, təkcə bir ailəyə yox, bütövlükdə Azərbaycan diasporuna, xalqımıza və onun milli ləyaqətinə yönəlmiş təhqirdir, alçaltmaq cəhdidir”.

Hər gün qardaşları ilə əlaqə saxlayıb hal-əhval tutduğunu, güzəranları ilə maraqlandığını bildirən jurnalist qeyd edib: “Onlar da buradakı qohumlarımızın vəziyyəti, yaşayış şəraiti, dolanışıqları barədə maraqlanırdılar. Axırıncı dəfə iyunun 25-də axşam saatlarında danışdıq. Bir-birimizə xeyirli gecə arzulayıb sağollaşdıq. İyunun 27-də isə bu dəhşətli və sarsıdıcı xəbər gəldi... Mən indiyədək Yekaterinburqda olmamışam, amma bu baş verənlər, sadəcə, bizim ailənin yox, bütövlükdə xalqımızın faciəsidir. Bu, Azərbaycan xalqına qarşı yönəlmiş bir terror aktıdır. İşgəncəyə və təzyiqlərə məruz qalan soydaşlarımızın bir qismi hazırda ağır vəziyyətdə xəstəxanadadır. Açığını deyim ki, onların taleyi məni çox ciddi şəkildə narahat edir. Aldığımız məlumatlar onların sağlamlıq durumu ilə bağlı nikbinliyə heç bir əsas vermir. Bu cinayətin sifarişçiləri, səbəbkarları, günahkarları və icraçıları Rusiya hökuməti tərəfindən müəyyənləşdirilib qanun qarşısında cavab verməlidirlər. Mən Yekaterinburqda və ümumilikdə Rusiyada yaşayan soydaşlarımızın üzərində Azərbaycan dövlətinin qayğısını və himayəsini hiss edirəm. Bu ağır məqamda bir daha əmin oldum ki, dövlətimiz bizi sahibsiz buraxmır. Amma bir daha vurğulayıram: orada 100 minlərlə azərbaycanlı yaşayır və onlar hər zaman Azərbaycan hökumətinin dəstəyini hiss etməlidirlər. Onların taleyi ilə heç kim bu şəkildə oynamamalıdır”.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar Seyfəddin Hüseynlinin qardaşlarıdır.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ