Cümə günü, 06 noyabr 2026
     

Cənnət ətri

Image


Şəhidlər haqqında yazanda öncə vikepediyaya baxıram: Natiq Vahid oğlu Məmmədbəyli Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhididir.

Qəribə hiss dolur ürəyimə: Ağrılı, dərdli, qürurlu, sevincli, kədərli...

Vətən müharibəsi... Vətən müharibəsi şəhidləri... Gözlərim, beynim ilişib qalır bu ifadələrdə.

1972-ci ildə Samux rayonu Qarayeri qəsəbəsində anadan olub baş leytenant Səyavuş Saleh oğlu İmranov. 1989-1994-cü illərdə Azərbaycan Texniki universitetində həm də hərbi təhsil alıb. 1996-2000- ci illərdə Ağdam bölgəsində tağım komandiri olub. Sonra ehtiyata buraxılıb. 30 il neft sənayesində çalışıb. Fəxri neftçidir. 2-ci Qarabağ savaşının qazisidir.

Baş leytenant Səyavuş İmranov danışır: 20 ildi ehtiyatdaydım. Tovuz hadisələri zamanı hərbi səfərbərbərliyə könüllü qoşuldum. İlk gündən müharibədə olmuşam. Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğruna döyüşlərdən keçdim. Müharibədi. Nə deyim ki? Dəhşətdi. 30 ilin ağrısı, acısı da var. Hamı qələbə üçün döyüşürdü. Ölüm haqda düşünmürdük. Necə igidlərimiz var. Natiq də bizim qəhrəmanımız idi. Toplanma məntəqəsində tanıdım onu. Döyüş bölgəsinə getməliydik. Sürücü lazım idi. “mən bacararam “ deyib önə çıxdı. Heç fikirləşmədi. Sağ-salamat bizi təyin olunmuş yerə çatdırdı. Əslində geri qayıtmalıydı. Qayıtmadı. “Döyüşəcəm” dedi. Nə qədər təkid etsəm də olmadı. Avtomobili təhvil verdi. Çox fədakarlıqlar edirdi. Yaralılara ilk tibbi yardım göstərir, onları təhlükəsiz mövqeyə çıxarır, təxliyyə edilməsinə çalışırdı. Həmişə öndəydi. Oktyabrın 19-da növbəti tapşırıq aldıq. Hadrut qəsəbəsinin Ərgünəş dağına qalxmalı idik. Ərgünəş çox önəmli strateji əhəmiyyətlidir. Düşmən mütəmadi əks hücumlar edirdi. 19-da gecə biz yüksəkliyə qalxdıq. Oktyabrın 20-də sübhdən ağır döyüş başladı. 22-də artıq Ərgünəş tam azad idi. Ordan Şuşa istiqamətində irəlilədik. Bu çətin döyüşdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etdik. Bizim də şəhidlərimiz, yaralılarımız oldu. Mən də yaralandım. Natiq Məmmədbəyli Ərgünəş dağı uğrunda gedən döyüşlərin ilk şəhidi idi. Başda Natiq olmaqla torpaqlarımızın azadlığı uğrunda şəhid olanların hamısı ilə fəxr edirəm. “Ruhunuz şad olsun, rahat olsun” deyirəm.

Natiq Məmmədbəyli 1993-cü il iyulun 18-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində anadan olub. 1999-cu ildə Şağan kəndində 124 №li tam orta məktəbdə doqquzillik təhsil alıb. Yaxşı oxuyan sakit, həlim, mehriban Natiq müəllim və şagirdlərin sevimlisiydi. Hələ ibtidai təhsil alarkən Gülsüm müəllimə valideynlərinə deyirdi: “O qədər məsuliyyətlidi ki. Dərs danışanda, tapşırığını yoxlayanda çox həyacan keçirir. Bir nöqtə səhvi belə onu narahat edir, utandırır”. Beləcə böyüyür hər hərəkətini ölçüb-biçən, hər işə məsuliyyətlə yanaşan Natiq Məmmədbəyli. 2008-ci ildə 9 illik təhsildən sonra 101 №li peşə məktəbində tam orta təhsil almaqla bərabər, sürücülük peşəsinə yiyələnir.

2011-2013-cü ildə Goranboy rayonunda N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçir. Xidmətini layiqincə yerinə yetirir.

“Uşaqlıqdan sevimli oyuncaqları maşınlar olub. “Maşın ustası olacam” deyirdi həmişə. Təkcə sürücülük öyrənmədi, həm də yaxşı maşın ustası idi.- deyir anası Güldanə xanım. -Oğlum çox istiqanlı, çox mehriban, zəhmətsevər idi. İdmanı sevirdi. 3 il klassik güləşlə məşğul oldu, çox yarışlarda iştirak etmişdi, fərqlənmişdi. Sadəcə zədələr aldı, idmandan ayrılmalı oldu. Heyvanları da sevərdi. Qoyun saxlayırdı. Sübhdən qalxar heyvanlarına baxar, sonra işə gedərdi. Öz zəhməti, qazancı ilə özünə ev tikirdi. Seçib sevdiyi qızla nişanlıydı. Amma ərazi bütövlüyümüz də onu narahat edirdi. Müharibə xəbəri yayılan kimi “mən də gedəcəm” dedi. Mənə bildirmədi, amma hərbi komissarlığa gedib, təkid edirmiş. Bir gün gec çağırdılar deyə narahat oldu. 28 oktyabrda çağırdılar. Həmin gecə “ana, mənim yanımda yat” dedi. Balamdan qəribə, heç vaxt duymadığım ətir gəlirdi. Onu gətirəndə də bu ətri duydum. O gündən bu ətir yayılıb hər yerə elə bil. Cənnət ətri... Balam uca məqamdadı - bir də qürurla bunu söylədi ana.

Siz heç qürurlu şəhid anaları danışanda göz yaşının səsini eşitdinizmi? Mən eşitdim. Bu göz yaşında gah ağrı-acıya, dərdə batdım, gah da gördüyüm bütün çirkablardan təmizləndim.

Vətən savaşı zamanı könüllülərin sayı-hesabı yox idi. Natiqin də Azərbaycan torpaqlarının Ermənistan işğalından azad etmək arzusu vardı çoxları kimi. O da bu arzu uğruna silaha sarıldı. Cəbrayılın, Füzulinin, Zəngilanın, Hadrutun azad olunması uğruna döyüşlərdən keçdi.

Atası Vahid kişi tez-tez oğlunun qaça-qaça getdiyini xatırlayır: Tovuz hadisələrindən, Polad Həşimovun ölümündən sonra rahatlıq tapmırdı. O vaxt könüllü yazılmışdı. Hər gün İkinci Qarabağ savaşının başlanmasını gözləyirdi. Hərbi komissarlığa qaça-qaça getdi. İnsan övladını hamıdan üstün bilsə də, yaşadıqca yenidən tanıyır. Onun gedişi yadıma düşdükcə kövrəlirəm, qürurlanıram. Necə vətənsevdalıymış oğlum...
Xalqın qəhrəmanı oldu. Tariximizə şərəf gətirdi. Şagird gündəliklərinə yazılan qara günləri sildi.

Tural Məmmədbəyli: Natiqlə təkcə qardaş deyildik, dost idik. Çox sevinirdi döyüşə gedəcəyinə. Zəng edəndə elə rahat danışırdı ki, elə bil ölümlə üz-üzə deyil. “Necəsən” soruşanda, “Torpaqlarımızı alırıq, necə olaram-əla. O qara tarixləri silirəm, qardaş” deyirdi. Bizim gündəliklərdə işğal günləri yazılırdı qara hərflərlə. Məktəbli olsaq da, hər baxanda əsəb keçirirdik. O qara tarixləri silməyi çox arzulayırdıq. Qardaşım kimi oğullar o qara günləri sildi tariximizdən. Natiq şəhid olandan sonra oğlum dünyaya gəldi Qardaşımın adını daşıyır. Məhz Natiq kimi oğulların sayəsində böyüyən nəslin gündəliyində qələbə günləri yazılacaq. Bunu çox arzulayırdı. Ən ali arzusu torpaqlarımızın azadlığı idi. Ən ali arzusuna çatdı qardaşım.

Natiq “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Seyfulla Ağayev onun həm də xalası oğludu: İkimiz də yazılmışdıq. Mənə bir gün əvvəl zəng gəlmişdi. Elə narahat idi. Bütün günü ”məni niyə çağırmırlar”,-dedi. Səhər sevinə-sevinə zəng vurdu ki, mən də gedirəm. Mən tankçı idim. Ona görə döyüşlərdə ayrı düşdük. Amma orda da onun igidlikləri haqqında eşidirdim. Onunla fəxr edirdim...

“Gözəl dost, cəsur döyüşçü idi Natiq. Sinəsini hər kəs üçün sipər edərdi. Müharibədə hər şeyi gözə alırsan. Orda olmaq bir başqadı. Döyüşmək ağır deyil əslində. Torpağını azad edirsən. Ən ağrılı döyüş yoldaşlarının şəhid olduğunu görməkdi. Çox çətin olur. O döyüşlərdə yaralandım. Natiqin də şəhid olduğunu gördüm. Heç unutmaq olmur...”-bunları xatırladı qazi Elnur.

“Zəfər paradından iki gün əvvəl yuxuma gəldi. Maşınım nümayişdə olacaq. Elə bildim özü də ordadır. Onun varlığını hiss edirəm. Onun ətri gəlir hər yerdən-cənnət ətri...”-bir də bunu dedi Güldanə xanım.

Elədi, əziz Ana, gözəl Ana. İndi igidlərimizin, şəhidlərimizin ayağı dəyən hər yer cənnət ətirlidir. Bizim Azərbaycan cənnətdi. Onun hər qarışında şəhidlərimizin izi var. Ona görə bu yurdun havasından, suyundan, dağından, daşından cənnətin ətri gələcək həmişə.

Kamalə Abiyeva

May, 2023



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ