Cümə günü, 06 noyabr 2026
     

Xalqımızın sərvəti, Azərbaycanın tanınma simvolu - adət-ənənələr üçün təhlükələr...

Image


Azərbaycan zəngin və qədim mədəni irsə malik olan bir ölkə kimi dünya miqyasında daim xüsusi diqqət mərkəzində olub. Ölkəmizdə mədəni irsin əsas tərkib hissələrindən biri milli adət-ənənələrdir. Əsrlər boyu nəsildən-nəslə ötürülən bu adət-ənənələr xalqın kimliyini, dünya görüşünü, həyat tərzini və mənəvi dəyərlərini formalaşdırıb.

Qloballaşan dünyada bu adət-ənənələrin qorunması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan onların təbliği xüsusi diqqət və yanaşma tələb edir.

Milli adət-ənənələrin yaşadılması dövlət siyasətinin prioritetlərində yer alır

Dövlət səviyyəsində də milli adət-ənənələrin təbliğinə xüsusi diqqət edilir, bu məsələdə vətənaş cəmiyyətinin təmsilçiləri böyük fəallıq göstərir. Məsələn, elə bu günlərdə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Milli baş geyimi və örtükləri” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin tədqiqi, təbliği və bu mədəni irsin gələcək nəsillərə ötürülməsidir. Layihənin icrası zamanı milli baş geyimlərinin yalnız tarixi deyil, həm də sosial funksiyasını işıqlandıraraq ictimai diqqəti bu sahəyə yönəltməyi hədəfləyir. Layihə çərçivəsində təşkil ediləcək sərgi vasitəsilə izləyicilər milli baş geyimlərinin zənginliyi və müxtəlifliyi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Digər istiqamətlərdə də müvafiq addımlar atılır. Məsələn, paytaxtda fəaliyyət göstərən ABAD emalatxanası bu gün ənənəvi armudu stəkanın gündəlik məişət əşyasından incə şüşədəki mədəni rəmzə çevrildiyi tamamilə yeni rəngarəng milli estetik formada təqdim edir. Burada son nəticədə milli estetikanın canlı detalına çevrilən həqiqi incəsənət əsəri yaradılır. Bütün bunlar gənc nəslin, eləcə də Azərbaycana üz tutan turistlərin xüsusi marağına səbəb olur. Bunlar həm də milli adət-ənənələrin təbliğinə xidmət edir. Eyni zamanda onların geniş ictimaiyyətə, xüsusilə də gənc nəslə tanıdılması, dəyərləndirilməsi və gündəlik həyatda tətbiqi reallaşır. Azərbaycan xalqının keçmişdən gələn zəngin adətləri həm də müxtəlif mərasimlərdə, ailə münasibətlərində, qonaqpərvərlik, xalq oyunları, milli geyimlər, xalq musiqisində və rəqslərində öz əksini tapır. Bu dəyərlərin unudulmaması və yaşadılması üçün müxtəlif vasitələrdən istifadə edilir. İlk növbədə, ailə institutunun bu sahədə rolu əvəzsizdir. Ailə içində övladlara milli dəyərlərin aşılanması, adətlərin səbəbləri və mənası izah olunmalıdır. Eləcə də ailə ənənələrinin davam etdirilməsi, milli geyimlərin geyilməsi, bayramların qeyd edilməsi, nənə-babaların söylədiyi nağıl və dastanların dinlənilməsi uşaqların milli mənsubiyyət hissini gücləndirir. Bundan əlavə, ailələrə hərtərəfli qayğı göstərmək, gənc ailələrin milli-mənəvi dəyərlər üzərində inkişaf etməsini diqqətdə saxlamaq və onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasını təmin etmək dövlətimizin prioritet sahələrindən biridir. Çünki ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır, həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısı rolunda çıxış edir.

Milli adət-ənənələr milli kimliyin qorunmasında mühüm rol oynayır

Milli adət-ənənələrin yaşadılmasında bu gün çoxsaylı institutların da rolu əvəzsizdir.

Təhsil müəssisələri ümumiyyətlə, milli adət-ənənələrin təbliğində mühüm rol oynayır. Məktəblərdə bu mövzuların dərsliklərə daxil edilməsi, milli dəyərlərlə bağlı tədbir və layihələrin həyata keçirilməsi şagirdlərdə bu sahəyə maraq oyadır. Uşaqlar milli bayramlar zamanı təşkil olunan sərgilər, müsabiqələr, milli musiqi və rəqs dərnəkləri vasitəsilə həm əylənir, həm də öyrənirlər.

Medianın və sosial şəbəkələrin imkanları da bu sahədə genişdir. Sosial mediada isə milli dəyərləri əks etdirən qısa videoçarxlar, fotoşəkillər, bloqlar vasitəsilə xüsusilə gənclərin diqqətini çəkmək mümkündür. Eyni zamanda, mədəniyyət müəssisələri – muzeylər, folklor mərkəzləri, rəqs və musiqi ansamblları milli adət-ənənələrin yaşadılmasında və təbliğində əhəmiyyətli rol oynayır. Milli festivallar, sərgilər, xalq sənətkarlığı nümunələrinin nümayişi vasitəsilə ictimaiyyətə zəngin milli irs təqdim olunur. Bu tədbirlər həm yerli, həm də xarici vətəndaşlar üçün maraqlı və maarifləndirici olur. Azərbaycanın adət-ənənələrinin beynəlxalq səviyyədə tanıdılması üçün də addımlar atılır. Məsələn, elə ötən ay Azərbaycanın zəngin musiqi irsi Mərakeşin qədim Fes şəhərində keçirilən 28-ci Dünya Müqəddəs Musiqilər Festivalı çərçivəsində uğurla təqdim olunub. Tədbirin ideyası – Qafqazdan Qazaxıstan çöllərinə qədər musiqi körpülərinin qurulması – müxtəlif mədəniyyətlərin və coğrafiyaların bir araya gəlməsinə xidmət edib. Azərbaycan muğamı bu zəngin musiqi xəritəsində öz orijinallığı, melodik zənginliyi və dərin mənəvi məzmunu ilə seçilərək festivalın ən yaddaqalan çıxışlarından biri olub.

Bundan başqa, diaspor təşkilatları da yaşadıqları ölkələrdə Azərbaycan adət-ənənələrinin təbliği ilə məşğul olur, müvafiq tədbirlər təşkil edirlər. Ölkənin milli mətbəxi və musiqisinin tanıdılması da xüsusi diqqət mərkəzində yer alır. Bu fəaliyyət həm Azərbaycan diasporunu bir araya gətirir, həm də yerli ictimaiyyətin marağını cəlb edir. Milli adət-ənənələrin təbliği həm milli kimliyin qorunması, həm də gənc nəslin milli ruhda tərbiyəsi baxımından əvəzsiz əhəmiyyətə malikdir. Bu sahədə ailənin, məktəbin, medianın, dövlət qurumlarının və ictimai təşkilatların qarşıdakı dövrdə də birgə fəaliyyəti vacibdir. Azərbaycanın zəngin mədəni irsi, onun milli adət-ənənələri bu gün də yaşayır və yaşadılır. Onları gələcək nəsillərə ötürmək hər bir vətəndaşın mənəvi borcudur. O da faktdır ki, xalqımızın milli sərvəti olan adət-ənənələr dünya miqyasında Azərbaycana böyük diqqət cəlb edir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ