Sosial şəbəkələrdə, əsasən “TikTok”da Azərbaycan polisi ilə bağlı qarayaxma kampaniyaları aparılır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, Azərbaycan vətəndaşları onların layiqli cavabını verirlər.
“Sosial şəbəkələr, xüsusilə “TikTok”da bizim polisimizin gördüyü əhatəli işlə bağlı videoroliklərin hazırlanıb paylaşılması çox gözəl olardı. Bu, Daxili İşlər Nazirliyinin gördüyü ağır, məsuliyyətli, dövlətçiliyə bağlı fəaliyyəti ilə əlqədar vətəndaşların daha geniş məlumatlandırılmasına səbəb olardı”, - deyə deputat qeyd edib.