AZAL-ın prezidenti Samir Rzayev Bakıda keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025” tədbirində mühüm açıqlamalarla çıxış edib. S.Rzayev bildirib ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) hazırda genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır. Onun sözlərinə görə, bu sənəd dayanıqlı infrastruktur, ağıllı hava limanı, bərpa olunan enerji həlləri, "yaşıl maliyyə" və şəffaf emissiya hesabatlılığına əsaslanır. SİTAT: "Yanaşmamız məlumatlara əsaslanan, sistematik və həm makro, həm də mezo səviyyəli təhlillərlə formalaşır. Bu addım dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, enerji keçidi və ESG hesabatlılığı istiqamətində öhdəliklərimizi daha da möhkəmləndirəcək".
Mətləb Salahov