Kazım Hüseynəliyev Naxçıvanın iqtisadiyyat naziri təyin edildi

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təyinat olub.
Bununla bağlı Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri vəzifəsinə Kazım Hüseynəliyev təyin edilib.
K.Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbi, daha sonra Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) Menecment və strateji idarəetmə ixtisası üzrə bitirib.
2012-ci ildə əmək fəaliyyətinə başlayıb. İqtisadiyyat Nazirliyində aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdiri vəzifəsində işləyib. 2024-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
ZÜMRÜD