Cümə günü, 06 noyabr 2026
     

CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

Image


Mayın 1-də “World Business Centre”də “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) təsis etdiyi “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbir zamanı həmçinin CASCFEN-in Türk dünyası istiqamətində fəaliyyətinə dəstək verən media orqanlarına Təşəkkür Bəlgəsi təqdim edilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid, millət vəkili Vüqar İskəndərov, Ramiz Əskərin bacısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Nailə Əskər, ölkənin aparcı QHT və media qurumlarının rəhbərləri, o cümlədən gənclərin iştirak etdiyi tədbirdə öncə türk dünyasının birliyi üçün misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, həmçinin şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, daha sonra isə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib.

Mərasimi giriş sözü ilə açan CASCFEN sədri, Əməkdar Jurnalist Nadir Azəri tədbirin gələn qonaqları salamlayaraq ödülü təşkil etmək məqsədlərindən danışıb.

O, “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün məhz indi təqdim edilməsinin səbəbinə toxunub: “Bildiyiniz kimi bu tədbirimizin mahiyyətində türkçülüyə, türk dünyasına təmənnasız xidmətin nümunəsini yaradan tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, Əməkdar jurnalist, həmçinin CASCFEN yenidən formalaşandan sonra ilk İdarə Heyətinin üzvü olan Ramiz Əskərin xatirəsinə təsis etdiyimiz “Ramiz Əskər -Türk dünyasına xidmət ödülü”nün ilk qaliblərinin mükafatlandırılması dayanır. Əslində, biz bu tədbiri öncə keçirməli idik. Lakin bizdən aslı olmayan səbəblərə görə bir neçə dəfə təxirə saldıq. Hətta bundan öncə martın 20-də keçirəcəyimizi qətiləşdirmişdik, burada ödüllərdə də məhz həmin tarixi qeyd etmişdik. Düşünürdük ki, martın 20-si həm də CASCFEN-in yarandığı gün olduğu üçün həmin gün təqdimat edək. Görünür qismət bu günədir. Əslində, bu dəfə də biz təqdimatı 3 may -Türkçülük Günü üçün nəzərdə tutmuşduq. Lakin sonradan bildik ki, həmin gün Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığı İletişim Başqanı Fahrettin Altunun himayəsində Bakıda möhtəşəm tədbir planlaşdırılıb. Ona görə də qərara gəldik ki, biz vaxtı dəyişək və 3 may ərəfsində, yəni bu gün keçirək”.

N.Azəri xatırladıb ki, CASCFEN 2012-ci ildə fəaliyyətini yenidən qurduqdan və rəsmi qeydiyyatdan keçdikdən sonra formalaşan İdarə Heyətinin ilk üzvlərindən biri Ramiz Əskər olub.

Daha sonra söz Mətbuat Şurasının sədri Rəşad Məcidə verilib. Bu tədbirin əhəmiyyətinə toxunan R.Məcid həmçinin Ramiz Əskər yaradıcılıöı ilə bağlı ətraflı danışıb. O, qeyd edib ki, R.Əskər bütün fəaliyyəti boyu türklüyə xidmət edib.

Çıxışında CASCFEN-ə də uğurlar arzulayan R.Məcid “belə tədbirlər türk birliyinə, bu yolda əmək sərf etmiş şəxsləri daha yaxşı tanımağa və araşdırmağa imkan verir” deyib.

Tədbirdə çıxış edən millət vəkili Vüqar İskəndərov türk dünyasında birliyin əhəmiyyətinə diqqət çəkərək bu istiqamətdə fəaliyyət göstərən hər kəsə təşəkkür edib. O, başda Ramiz Əskər olmaqla Türk dünyasının həmrəyliyi istiqamətində çalışan hər kəsi təqdir edib, hazırda fəaliyyət göstərən araşdırmaçılara uğurlar diləyib. Millət vəkili həmçinin QHT-ləri bu istiqamətdə daha çox fəallıq göstərəmyə səsləyib.

Tədbirdə çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, CASCFEN-in qurucusu Azər Həsrətə Ramiz Əskərlə bağlı xatirələrini bölüşüb. Azər Həsrət hələ gənc yaşlarından Ramiz Əskərlə qarşılaşdığını, onun təcrübələrindən istifadə edərək öz bilgi və təcrübələrini artırdığını xatırlayaraq mərhumun Türk dünyasının həmrəyliyi istiqamətindəki fəaliyyətini xüsusi vurğulayıb: “Harada bir türklüklə bağlı iş, fəaliyyət var idisə Ramiz bəyi orada görmək olardı. CASCFEN-i yenidən bərpa edəndə də biz Ramiz müəllimlə danışdıq və o, İdarə Heyətinin ilk üzvlərindən biri kimi yanımızda oldu”.

Münsiflər adından çıxış edən CASCFEN-in sədr müavini Nüşabə Hüseynli isə ödülün təsisi məqamına toxunub: “Məlumat üçün deyim ki, Ramiz müəllim rəhmətə gedəndən sonra CASCFEN İdarə Heyətinin qərarı ilə “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nü təsis etdik. Bu da səbəbsiz deyil. Çünki sədrimizin də dediyi kimi CASCFEN 2012-ci ildə fəaliyyətini yenidən qurduqdan və rəsmi qeydiyyatdan keçdikdən sonra formalaşan İdarə Heyətində Ramiz müəllim də olub. Ümumi fikir birliyi nəticəsində qəbul edilən qərar belə oldu ki, ödülü hər il üç istiqamət üzrə - ədəbiyyat və tarix, media və QHT sahəsində türk dünyasına xidməti olan şəxslərə təqdim edək. Məhz bu üç sahənin seçilməsi təsadüfi deyil. Çünki mərhum Ramiz müəllim həyatı boyunca, xüsusilə, bu üç sahədə türkçülüyə xidmət üçün mühüm işlər görüb. Sonradan isə Münsiflər Heyəti formalaşdı və bir azdan elan edəcəyimiz qalibləri seçdik. Lakin mən də xüsusi olaraq bidirmək istəyirəm ki, biz müakfatçıların daha çox olmasını istərdik. Lakin bəlli hədlər var. Bununla belə, bu dəfə qalib olmasa da, könlümüzün mükafatçıları olan digər şəxslər və qurumların da inşallah növbəti illərdə mükafatçılar arasında olacağına şübhə etmirik. Bir məqamı da qeyd edim ki, biz qalibləri müəyyən edərkən əsas o prinsipə üstünlük verdik ki, qalib olan şəxslər və qurumlar sözün əsl mənasında türkçülüyə, türk dünyasına təmannasız xidmət etmiş olsunlar”.

Sonra Nadir Azəri qalibləri elan edib. Bəlli oldu ki, CASCFEN birinci ilin qaliblərinin ümumilikdə 8 olmasına qərar verib: “Azərbaycan və Türk Dövlətləri Təşkilatında olan 8 guşəli bayrağı əsas götürərək birinci il 8 qalib elan etdik. Onu da deyim ki, bu il biz münsifləri CASCFEN ailəsindən formalaşdırdıq, lakin gələn beynəlxalq münsiflər heyəti formalaşdırılacaq. Bütün türk dövlətlərindən orada nümayəndə olacaq. İndi isə qalibləri elan eidirik”.

Bəlli oldu ki, qərara əsasən türk dünyasının dəyərli qızı, həyatını türklüyə həsr edən Qənirə Paşayeva ölümündən sonra Media istiqaməti üzrə “Ramiz Əskər - Türk dünyasına xidmət ödülü”nə layiq görülüb. Bu istiqamət üzrə Qənirə Pşayevanın qalib elan olunması birinci onun vaxtı ilə bu sahədə uğurlu fəaliyyəti, ikincisi isə "Addım-addım Türkiyə" sənədli filmləri silsiləsidir.

Həmin istiqamət üzər ikinci qazlib isə Kərkük türklərinin səsini dünyaya çatdıran, eyni zamanda bir qəzetəçi kimi də türklük ülküsünə xidmət edən Dr. Şəmsəddin Küzəçidir.

Digər istiqamət - QHT istiqaməti üzrə qaliblər isə yarandığı qısa vaxt ərzində türk dünyasında öz sözünü deyən, təkcə türk dövlətlərində deyil, digər ölkələrədə də maraq doğuran Türk Dövlətləri Qiymətləndiricilər Birliyi, Azərbaycan həqiqətlərinin və ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların beynəlxalq aləmdə tanıdılması, həmçinin Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin xaricdə təbliği, gənclərin maarifləndirilməsi, onlarda vətənpərvərlik və türklük ruhunun gücləndirilməsi üçün davamlı addımlar atan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi, yarandığı vaxtdan etibarən kitabla, elmlə bağlı yaddaqalan festival və tədbirlərin təşkilatçısı olan, türk dünyasının ədəbiyyat sahəsində də bir olması üçün davamlı addımlar atan Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyidir.

“Mücahid ömrü, Məhəmmədsadıq Aran” kitabınin müəllifi, şüurlu həyatını türkçülüyə xidmətə həsr edən, fəal QHT və media təmsilçisi, ictimai proseslərdə hər zaman ön sıralarda olan Elməddin Behbud, Özbəkistanın tanınmş yazıçısı, tərcüməçi, çoxsaylı ssenarilərin müəllifi, Özbəkistan Respublikasının "Şöhrət ordeni" laureatı Xasiyyət Rüstəm (qeyd edək ki, Xasiyyət xanım eyni zamanda vaxtı ilə mərhum Ramiz müəllimlə birlikdə ədəbi fəaliyyət də göstərib. Ramiz müəllim onun Xasiyyət Rüstəmin “Məcnun söyüd” kitabını Azərbaycan türkcəsinə çevirib bə kitabın ön söz müəllifi olub. Kitab TÜRKSOY kitabxanası seriyasından 2020-ci ildə Bakıda çap edilib) və yarandığı vaxtdan fəaliyyəti ilə türk dünyasının ədəbi məkanda inteqrasiyasına dəstək olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu isə Ədəbiyyat və tarix istiqaməti üzrə qalib olublar.

Mərasimdə Ramiz Əskərin bacısı filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Əskər də iştirak edirdi. O, tədbirdə çıxış edərək bu ödülü təsis etdiyiklərinə görə CASCFEN-nin rəhbərliyinə minnətdarlığını bildirdi və qalibləri təbrik etdi.

Ödüllərin təqdimatından sonra isə media qurumlarına CASCFEN-in Təşəkkür Bəlgəsi təqdim edilib. Təşəkkür bəlgəsi təqdim edilən media orqanları arasında “Bakı-Xəbər” qəzeti də var.

Sonda hər kəsə minnətdarlıq edən N.Azəri “İnşallah qarşıda da CASCFEN-in türk dünyası ilə bağlı tədbirləri çox olacaq. Əminik ki, buradakı dəyərli QHT və media təmsilçiləri o mərasimlərdə iştirak və çıxış edəcəklər. Məsələn, elə bu gündən etibarən CASCFEN QHT-lərə Dövlət Dəstəyi Agentliyinin orta qrant müsabiqəsinin qalibi olaraq “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsinin icrasına başlayır. Bu layihə çərçivəsində inşallah bir neçə dəfə görüşəcəyik” deyib.

Qeyd edək ki, CASCFEN-nin təsis və təqdim etdiyi “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü” doğrudan da çox mühüm bir addımdır və onun Turan sevdalılarına, Turana gedən yolun yolçularına verilməsinin də xüsusi əhəmiyyəti var. Uzun illər türk birliyinə nail olmaq üçün atılan addımlar bu gün öz bəhrəsini verir və biz Turanın addım səslərini eşidirik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ