Cümə günü, 02 oktyabr 2026
     

Bayram şənliklərinin təşkilatçıları uşaqların marağını təmin edə bilibmi?

Image



Sevinc Nuruqızı: «Bu tədbirlər hazırlanarkən uşaq yazıçılarını dəvət etmirlər»

Nərgiz Allahverdiyeva: «Çox istərdim ki, uşaqlarla bağlı tədbirlər keçirilərkən burada peşəkarların əməyindən istifadə edilsin»

Uşaqların mənəvi tərbiyəsinin formalaşmasında mühüm rol oynayan bir sıra amillər var ki, bu onlar üçün əhəmiyyətlidir. Bilirik ki, nağıllar, cizgi filmləri, müxtəlif əyləncəli-maarifləndirici proqramlar, şənliklər uşaqları formalaşdırır, onları düşündürür, əyləndirir.
Hər bir uşaq bağçada, evdə görüb öyrəndikləri ilə yanaşı, el şənliklərindən də, proqramlardan da müxtəlif məsələləri əxz edir. Bilirik ki, hər il ənənəvi olaraq Bakıda ayrı-ayrı təşkilatlar, teatrlar, qurumlar tərəfindən uşaqlar üçün bayram şənlikləri təşkil edilir. Bu bayram şənliklərinin əhəmiyyəti ondan ibarətdir ki, burada uşaqlar şənlənir, nağıl qəhrəmanlarının iştirakı ilə əylənir, hətta bayram hədiyyəsi də qazanırlar. Onu da deyək ki, uşaqlar bayram şənliklərinə böyük maraq göstərir və sevimli nağıl qəhrəmanlarını, cizgi film personajlarını orada görürlər.
Hər il olduğu kimi, bu il də Novruz bayramı şənliklərini izləyə bildik və bir neçəcinə də qatıldıq.
Uşaqlar üçün Novruz şənliklərinin təşkil edilməsi olduqca müsbət haldır. Milli bayramın uşaqlar arasında təbliği, bayram personajlarının tanıdılması, onların dili ilə bu qudsal günün ifadə edilməsi həqiqətən də maraqlıdır.
İştirak etdiyimiz bayram şənlikləri Bakıda fəaliyyət, göstərən müxtəlif təşkilatlar, prodakşnlar tərəfindən təşkil edilmişdi. Ayrı-ayrı yerlərdə keçirilən tədbirlərin müsbət cəhətləri çoxdur. Novruz bayramı sırf milli bayramdır və burada milli nağıl personajlarının iştirakı daha vacibdir. Ancaq bayram şənliklərində nağıl qəhrəmanlarımızla yanaşı, xarici nağıl personajları-Maşa və ayı, Küpəgirən qarı, Buratino, Çippolino, Çəkməli Pişik və başqa qəhrəmanlar Kosa və Keçəllə yanaşı səhnədə görünürdü.
Uşaq psixoloqu Nərgiz Allahverdiyeva bizimlə söhbətində bildirdi ki, bayram şənliklərinin təşkilatçılığında kifayət qədər qüsurlar var. Onun sözlərinə görə, bu şənliklərin əksəriyyəti uşaq psixikasına yad təsirlər göstərir: «Novruz şənliklərinin ölkə miqyasında keçirilməsi təqdirəlayiqdir. Bu bizim milli bayramımızdır və onun təntənə ilə qeyd edilməsi vacibdir. Mən bir neçə şənlikdə oldum və onlardan xoşuma gələn də oldu, gəlməyən də. Yaxşı təşkil edilən tədbirlər də vardı ki, burada uşaqlar tam özünü ifadə edə bilirdi. Amma təəssüflər olsun ki, pul qazanmaq, gəlir əldə etmək məqsədilə tədbirlər təşkil edənlər də vardı. Elə tədbirlər oldu ki, uşaqlar düz-əməlli əylənə bilmədi. Çünki təşkilatçılıq zəif idi. Birincisi, tədbirlərin ssenarisi həddindən artıq zəif olur. Bilmirsən, bu ssenarini harda yazıblar, kim yazıbğ Bahar bayramı bizim milli bayramdır və səhnədə bizim öz nağıl personajlarımız, baharın rəmzi olan personajlar olmalıdır. Amma bəzi tədbir təşkilatçıları buna qətiyyən fikir vermir və səhnəyə Kosa və Keçəldən, Bahar qızından əvvəl Maşanı, ayını, Buratinonu və başqa qəhrəmanları çıxarır. Miki Maus salamlayır uşaqları, Makvin çıxır uşaqların qarşısına. Bizim başqa xalqlara hörmətimiz böyükdür, amma əvvəlcə özümüzü tanıdıb təbliğ etməliyik. Çox istərdim ki, uşaqlarla bağlı tədbirlər keçirilərkən burada peşəkarların əməyindən istifadə edilsin. Uşaqlarımız öz tarixini öyrənməlidir. Təəssüflənirəm ki, bəzən buna nail ola bilmirik. Amma bununla belə, çox yaxşı, yaddaqalan, sırf ənənələrimizə uyğun bayram şənlikləri də keçirildi. Uşaqların zövq aldığı, sevinib əyləndiyi tədbirlər də olub».
Uşaq yazıçısı Sevinc Nuruqızı «Bakı-Xəbər»ə bildirdi ki, valideynləri narahat edən məsələ bu sahəyə qeyri-peşəkar münasibətdir. Uşaq yazıçısının sözlərinə görə, uşaqlar üçün bayram şənlikləri təşkil edilərkən mütləq peşəkarlara müraciət edilməlidir: «Bu bayram şənliklərinin bəzisindən valideynlərin narazı qalmasının səbəbi bu işlə qeyri-peşəkarların məşğul olmasıdır. Bu tədbiri təşkil edənlər uşaq yazıçılarına müraciət etmirlər ki, onlar mükəmməl ssenarilər yazıb təqdim etsin. Bayram şənliklərinin yaxşı ssenarisi olmalıdır ki, uşaqlar şənlikdən zövq ala bilsin. Novruz şənliklərində səhnəyə əsasən Novruz qəhrəmanları və nağıl personajlarımız çıxarılmalıdır. Bunun əhəmiyyəti böyükdür. Biz o qəhrəmanları müasir uşağı maraqlandıran şəkildə təqdim edə bilərik. Bu günün öz xüsusiyyətləri var. Onu nəzərə almaq mütləqdir».
Sevinc xanım qeyd etdi ki, bu tədbirləri keçirən adamlar qarşısına yalnız pul qazanmaq məqsədini qoymalı deyil, uşaq psixikasına müsbət təsir edən, ona bayramını, milli atributlarını, nağıl qəhrəmanlarını tanıdan tədbir təqdim etməlidir: «Onların məqsədi yalnız pul qazanmaq olmalı deyil. Uşaq yazıçılarının iştirakı ilə olmalıdır bu tədbirlər. Bayram tədbirlərinin ssenarisini uşaq yazıçısı yazmalıdır ki, maraqlı, al-əlvan, rəngarəng olsun proqram. Uşaq nə isə öyrənsin, eyni zamanda da əylənsin. Amma bu tədbirlər hazırlanarkən uşaq yazıçılarını dəvət etmirlər. Yaxşı olar ki, bunu nəzərə alsınlar».
S.Nuruqızının dediyinə görə, başqa xalqların nağıl qəhrəmanlarının bizim uşaqlara tanıdılmasında mənfi heç nə yoxdur, amma əvvəlcə uşaqlara öz nağıl personajlarımız tanıdılmalıdır. O, ümid edir ki, növbəti tədbirlərdə uşaq yazıçılarının da mövqeyi nəzərə alınacaq: «Çünki bunun uşaqlarımıza faydası böyükdür. Bizi hər şeydən əvvəl uşaqlarımız maraqlandırmalıdır».
İradə SARIYEVA

sevinc-nuriqizi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ