Azərbaycanda hər bir ailə öz imkanlarına görə uşaqların sayını müəyyən etməli, ailə planlaması olmalıdır. Bunu Trend-ə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, dövlət əhalinin rifahının yaxşılaşdırılması üçün mütəmadi addımlar atır. Bu gün çoxuşaqlı ailələrə dövlət dəstəyi olaraq sosial müavinət verilir.