Cümə günü, 02 oktyabr 2026
     

Muğam Televiziya Müsabiqəsi musiqi mədəniyyətimizin varislərini üzə çıxarır

Image


Azərbaycanda muğam sənətinin inkişafı, yeniyetmə və gənclərin bu sahəyə kütləvi maraq göstərməsi müsbət haldır. İllər əvvəl muğama ciddi marağın olmaması bizi çox düşündürür, hətta ümidsiz edirdi. Açığı, bu sahədə olduqca dərin bir boşluq vardı və bu da muğam bilicilərini, xanəndələrini ciddi narahat edirdi. Lakin bu uzun sürmədi, Azərbaycan dövləti muğam sənətini qanadları altına alaraq onun inkişafına dəstək olmağa başladı.
Muğama göstərilən dövlət qayğısı gənclərin bu sahəyə maraq göstərməsinə, sonrdan isə kütləvi olaraq muğam ifaçılığı ilə məşğul olmasına səbəb oldu. On ildir Azərbaycanda muğam sənəti daha ciddi qayğı ilə əhatələnib, muğam ifaçıları, ustad xanəndələr dövlətdən ciddi dəstək alır.
Məlum olduğu kimi, gənclərin muğama maraq göstərməsində əsas rollardan birini televiziya muğam müsabiqələri oynayır. On ildir ənənəvi xarakter alan muğam müsabiqələri, yarışmalar gənclərin muğama müsbət münasibət göstərməsinə gətirib çıxardı. Bu gün nəinki yeniyetmə və gənclər, muğam şöbəsinin tələbələri Televiziya Muğam Müsabiqəsinə qatılır, hətta uşaqlar da, heç bir musiqi təhsili olmayan gənclər də müsabiqənin fəal iştirakçısına çevrilir. Muğam müsabiqəsində iştirak edəcək gənclərin tapılıb üzə çıxarılması, onların bu müsabiqələrə cəlb edilməsi çox böyük qayğıkeşliklə həyata keçirilir. Başqa profilli müsabiqələrdə iştirakçılar özləri təşkilat komitəsinə müraciət edirsə, Televiziya Muğam Müsabiqəsində xalqımızın böyük sənətkarları, görkəmli xanəndələr, eləcə də dövlət nümayəndələri bölgələri dolaşır, kəndləri gəzir və maraqlı səsi olan gəncləri taparaq müsabiqələrə cəlb edirlər. Təbii, bu, dövlətin muğam sənəti ilə ciddi maraqlandığının bariz nümunəsidir. Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət Fondunun layihəsi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə bir neçə ildir müsabiqənin ortada kifayət qədər nəticəsi var.
Hər kəsin yadındadır ki, ilk dəfə Televiziya Muğam Müsabiqəsi 2005-ci ildə keçirilib. Məlum olduğu kimi, birinci müsabiqə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illiyinə həsr edilib və "Space" televiziyasında yayımlanıb.
Məlum olduğu kimi, həmin müsabiqə SMS-lə keçirilirdi və bu da muğam bilicilərinin, müsabiqənin münsiflər heyəti üzvlərinin narazılığına səbəb olurdu ki, SMS əsl istedadın üzə çıxmasına mane olur. Sonrakı mərhələdə dövlətin muğamı qanadları altına alması halı baş verdi və muğam müsabiqəsi qaliblərinin seçilib üzə çıxarılmasında SMS-in rolu olmadı. Bu da təbii sənətin öz yolçusunu tapmasına, istedadın üzə çıxmasına gətirib çıxardı. Qeyd edək ki, 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsinə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ciddi dəstək verirdi və o vaxt müsabiqə iştirakçılarına müraciət də ünvanlamışdı. Mehriban xanım Əliyevanın müraciəti bu baxımdan öz qiymətini itirməyib və dəyərini saxlayıb:
"Hörmətli Muğam müsabiqəsinin iştirakçıları!
Azərbaycan milli musiqisinin incilərindən olan muğamın qorunması, inkişaf etdirilməsi və təbliği, muğamın gözəlliyinin, onun dərin fəlsəfəsinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Təsadüfi deyil ki, ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri də milli mənəvi dəyərlərimizin, o cümlədən muğamlarımızın qorunması və təbliği ilə bağlıdır.
Son iki ildə bu sahədə uğurlu addımlar atılmış, muğamın təbliği ilə bağlı görüşlər, muğam axşamları keçirilmiş, "Muğam-İrs" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomu nəfis şəkildə buraxılmışdır".
Müraciətdə daha sonra qeyd edilirdi ki, UNESCO-nun dəstəyi ilə dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulub. Bəlli olduğu kimi, artıq Beynəlxalq Muğam Mərkəzi fəaliyyətdədir və öz möhtəşəmliyi, gərəkliliyi ilə diqqəti cəlb edir. Əlbəttə, bu da dövlətin muğama qayğısı ilə bağlı məsələ idi.
Daha sonra ölkəmizin birinci xanımı qeyd edir ki, Fondun təşəbbüsü ilə muğam sənətinin tanınmış ifaçılarının iştirakı ilə ardıcıl olaraq muğam axşamlarının təşkili bütün sənətsevərlər, milli musiqi həvəskarları tərəfindən dərin razılıqla qarşılanır, bu ənənə yüksək dəyərləndirilir. Ürəkaçan haldır ki, gənc xanəndələrimiz də bu işə öz töhfəsini verir: "Bir neçə ay davam edən "Muğam müsabiqəsi-2005" artıq sona yetir. Bu müddət ərzində gənc iştirakçılar uğurlu çıxışları ilə tamaşaçı rəğbəti qazandılar, muğam sənətinin gözəlliyi bir daha nümayiş olundu. Müsabiqənin bu əlamətdar, sonuncu günündə bütün iştirakçıları ürəkdən təbrik edir, hər birinə uğur və qələbə sevinci arzulayıram. Ümid edirəm ki, bundan sonra da siz qədim muğam sənətinin yaşaması və çiçəklənməsi üçün əlinizdən gələni əsirgəməyəcəksiniz".
Onu da qeyd edək ki, birinci Televiziya Muğam Müsabiqəsi başlamazdan xeyli əvvəl, 2005-ci il fevralın 2-də Mehriban xanım Əliyeva respublikamızın adlı-sanlı muğam ustalarını Heydər Əliyev Fonduna dəvət edərək, qədim muğam sənətimizin qorunub saxlanması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, nəhayət, muğamın inkişafı, yeni ifaçılar nəslinin yetişdirilməsi naminə çox dəyərli layihələr irəli sürüb. Mehriban xanımın muğama verdiyi dəstək onu bu gün dünya miqyaslı bir sənətə çevirib.
Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş Muğam Televiziya Müsabiqəsinin keçirilməsi qərara alınır və muğam sənətinin ən mahir bilicilərindən ibarət münsiflər heyəti Azərbaycanın bütün bölgələrindən 500-ə yaxın gənc ifaçı dinləmiş və onların içərisindən 20 iştirakçı seçmişlər. Noyabr ayının 21-dən başlanmış müsabiqənin gedişi birbaşa efirdə 100 saatdan artıq yayımlanıb. Final mərhələsinə çıxan ifaçıların iştirakı ilə Şamaxıda, Lənkəranda, Qəbələdə, Gəncədə, Yevlaxda, Sumqayıtda, Abşeron və Xəzər rayonlarında konsertlər təşkil olunub. Yekun konsertində Babək Niftəliyev, Vəfa Orucova, İlkin Əhmədov, Təyyar Bayramov, Qoçaq Əsgərov, Elnur Zeynalov, Elşad Aydınoğlu, Pərvaz İbrahimli, Zülfiyyə Məmmədova, Aytən Məhərrəmova, Bəyimxanım Mirzəyeva, Gülnar İsayeva, habelə müsabiqənin əvvəlki iştirakçıları çıxış edirdilər. Müsabiqə boyu gənc ifaçıları müşayiət etmiş, onların çıxışlarının hazırlanmasında böyük əməyi olan istedadlı musiqiçilərin - "Humay" mükafatı laureatları, tarzən Elçin Həşimov və kamançaçalan Elnur Əhmədovun, habelə nağaraçalan Kamran Kərimovun xidmətləri xüsusi qeyd edilməlidir. 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində iştirakçıların seçilməsində, onlara yol göstərilməsində, ifalarının obyektiv və peşəkarlıqla qiymətləndirilməsində münsiflər heyətinin üzvləri - xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Quliyev, Mənsum İbrahimov və Möhlət Müslümovun, əməkdar incəsənət xadimi, professor Ramiz Zöhrabovun, şair, füzulişünas Həkim Qəninin (Həkim Qəni rəhmətə gedib) və Muğam Televiziya Müsabiqəsinin layihə müəllifi Nadir Axundovun əvəzsiz əməyi çox olub. Bu müsabiqəni, ilk olmasına baxmayaraq, bütün ölkə izləyirdi. "Bakı-Xəbər" qəzetinin nümayəndəsi olaraq biz dəfələrlə canlı yayımda müsabiqə iştirakçılarının ifasını dinləmişik. Doğrudan da həyəcanlı və yaddaqalan tarixdir. Bu müsabiqənin qalibləri hazırda Azərbaycan muğam sənətində öz sözünü deyən istedadlı sənətkarlardır. Bəlli olduğu kimi, tamaşaçıların və münsiflər heyətinin səsverməsinin yekununa görə Bayramov Təyyar 1-ci, Əhmədov İlkin 2-ci, Niftəliyev Babək 3-cü yerə layiq görüldülər. Onlara Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu adından diplomlar, müvafiq olaraq 2000, 1500 və 1000 manatlıq pul mükafatları təqdim olundu.
Qalan 9 nəfər iştirakçı diplomlara və hər biri 500 manat pul mükafatına layiq görüldü. Bütün bunlar elə bil ki, dünən olub, hadisənin üstündən 10 il keçib, amma yenə də o iştirakçılar, qaliblər yaddan çıxmayıb.
Məlum olduğu kimi, 2007-ci ildən başlayaraq müsabiqə SMS-siz keçirilir və münsiflərin rəyi həlledici rol oynayır. Bu olduqca müsbət bir addım kimi qiymətləndirilir. Bir neçə il əvvəldən başlayaraq AzTV və "Mədəniyyət" kanalı tərəfindən yayımı davam etdirilən Televiziya Muğam Müsabiqəsi beşinci dəfədir baş tutur. Onu da deyək ki, 2009-cu ildə, 2011 və 2013-cü illərdə də muğam müsabiqələri keçirilib və müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılıb. Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə reallaşan beşinci Muğam Televiziya Müsabiqəsi öz rəngarəngliyi ilə davam edir. Onu da bildirək ki, muğam axşamında da sənətsevərlər gənc xanəndələrin maraqlı ifalarını dinləmək imkanı əldə edir. Gənc ifaçılar peşəkar münsiflər heyətinin və milyonlarla tamaşaçının qarşısına çıxaraq muğam və təsniflərimizi özünəməxsus şəkildə çatdırırlar. Bilirik ki, beşinci Televiziya Muğam Müsabiqəsi başlanıb və hazırda davam etdirilir. Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlanan muğam müsabiqəsində çox maraqlı ifalar, yeni səslər təqdim edilir. Münsiflər heyətinin tərkibinə gəlincə, bura xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov daxildir.
Onu da qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi artıq nəinki ölkəmizdə, o cümlədən xaricdə də böyük maraqla izlənir. Gündən-günə tamaşaçı auditoriyası genişlənən müsabiqə həftənin bazar ertəsi və cümə günləri muğamsevərlərin görüşünə gəlir. Yarışmanın şərtlərinə görə, münsiflər heyəti tərəfindən verilən ballar toplanır və ən az səs toplamış iştirakçı müsabiqəni tərk edir. Müsabiqə yeni başladığından, yarışmaya qatılan və ən az bal toplayan ifaçılar növbəti həftədə yenidən çıxış etmək imkanı qazanıb. Münsiflər onlara özlərini sınamaq və təsdiqləmək üçün şans verib. Tamaşaçı alqışı və həyəcan dolu anlarla müşayiət olunan beşinci Muğam Televiziya Müsabiqəsi konsertləri AzTV və "Mədəniyyət" kanalı vasitəsilə canlı yayımlanır.
Muğam Televiziya Müsabiqəsinin maraqlı tərəflərindən biri də odur ki, gənclərə klassik poeziya, qəzəllər öyrədilir. Burada Azərbaycan klassik ədəbiyyatının görkəmli simalarının şeirləri səsləndirilir. Müsabiqə çərçivəsində zərb muğamlarına, təsniflərə həsr olunan konsertlər keçirilir. İştirakçılar dahi Azərbaycan şairləri Füzulinin, Nizami Gəncəvinin, Xətainin, Seyid Əzim Şirvaninin, Vahidin və digər şairlərin sözlərinin yer aldığı muğam və təsniflər ifa edirlər.
Məlum olduğu kimi, Azərbaycan xanəndəlik sənəti musiqi mədəniyyətinin inkişafında mühüm əhəmiyyətə malikdir. Xalqın mənəvi aləminin nümunəsi olan xalq musiqisini, muğam sənətini təbliğ etmək, yaşatmaq və qorumaqda xanəndəliklə məşğul olan sənətkarların yüksək xidmətləri olub. Bu xanəndələrin qayğısı ilə müsabiqələrdə gənclər yetişir və xalqın tükənməz sərvətini qoruyur, təbliğ edirlər.
Beşinci Muğam Televiziya Müsabiqəsinin gedişində biz münsiflərdən iştirakçıların çıxışlarına daha peşəkar münasibət görür, onların ədalətli seçimini izləyirik.
Azərbaycan dövlətinin qol-qanad verdiyi muğam sənəti indən sonra da inkişaf edəcək, bu sahədə keçiriləcək müsabiqələr uğurlu olacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ