Ötən il Azərbaycanda uşaqlar arasında həyata keçirilən icbari dispanserizasiya nəticəsində 657096 uşaqda xəstəlik aşkarlanıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, xəstəliklər daha çox 6-13 yaş arasında olan uşaqlarda üzə çıxarılıb. Xəstəlik aşkarlanmış uşaqların 162876 nəfəri 0-5 yaşlı, 290550 nəfəri 6-13, 156240 nəfəri 14-17 yaşlı olub.
Uşaqlar daha çox stomatoloq, daha sonra isə otorinolorinqoloq, nevropatoloq, oftalmoloq müayinəsindən keçiblər. Ötən il 4622638 uşaq stomatoloq, 3914348 uşaq otorinolorinqoloq, 3804275 uşaq nevropatoloq, 3617093 uşaq oftalmoloq müayinəsindən keçib.