Azərbaycan operativ şəkildə uşaqları və yeniyetmələri internetin mənfi təsirindən qoruyacaq.
Bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, bunun üçün xüsusi olaraq müvafiq qurum yaradılacaq.
Mənbə bildirib ki, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müvafiq qurumun yaradılması üçün təklifləri hazırlayıb.