Azərbaycan xərcəng xəstəliyində şüa müalicəsinin aparılması üzrə Avropanın 6 baza ölkəsindən biri olub. Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Trend-ə bildirib ki, Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərcəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirilən və istehsal edən "Varian Medikal Sistems” şirkəti ilə birgə mərkəzdə təkmilləşdirmə bazası yaradılıb.
A.Kərimli bildirib ki, Azərbaycanda yaradılana qədər "Varian Medikal Sistems” şirkətinin təkmilləşdirmə bazası Avropanın 5 ölkəsində olub. Azərbaycan Avropada bu bazanın yarandığı 6-cı ölkə olub.