Azərbaycanda istehlakçının icazəsi olmadan ona reklam SMS-ləri göndərən şirkətlərlə bağlı müvafiq tədbirlər görüləcək.
"APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.