Bazar günü günü, 29 noyabr 2026
     

ABŞ-ın Boston şəhərində işləyən azərbaycanlı həkim...

Image


Nigar Sədiyeva: "İstedadlı millətə mənsub olmağımızla qürur duydum"

ATU-nın Tədris-terapevtik klinikasının I Pediatriya şöbəsinin əməkdaşı Nigar Sədiyeva 5 ay müddətində Harvard Universitetində təhsil alıb və eyni zamanda Boston Childrens Hospital-da Post-doktorluq elmi-tədqiqatçı (Post Doc Research Fellow) vəzifəsində çalışıb.
25.08.2014-24.01.2015 tarixlərində orada həm işləyib, həm də təhsilini davam etdirən Nigar xanım bu müddət ərzində çoxsaylı kurslardan keçib. Azərbaycanlı həkim McLean Hospital-da və DMC, ASK, LEND və nevroloji klinikalarda olub, həftəlik seminarlarda, aylıq iclaslarda iştirak edib. O, klinikada ingilis dili ana dili olmayan xarici ölkə vətəndaşları üçün axşam saatlarında "Professional ünsiyyət üçün ingilis dili" kurslarında iştirak edib. Nigar xanım hesab edir ki, insanların ən xeyirlisi insanlara ən çox faydalı olandır: "Mərhəmət vicdanın qəlbə oxuduğu əzandır. Kamilliyə gedən yolda həm elm, həm dinimiz vicdanı, xeyirxahlığı, mərhəməti dəstəkləyir. Bu düşüncələrlə gördüklərimi və düşüncələrimi paylaşmaq istədim".
N.Sədiyeva Boston Uşaq Xəstəxanasında fəaliyyəti zamanı müxtəlif diaqnozlu maraqlı xəstələr gördüyünü bildirir: "Başqa ölkələrdən gələn həkimlər üçün klinikanın tədris və iş qaydaları var. Sizinlə məşğul olan professor bir gün əvvəldən hansı klinikada olacağınıza, hansı xəstələrlə işləyəcəyinizə dair məlumatlar verir. Bəzi klinikalarda xəstələrlə birbaşa ünsiyyətdə olarkən, bəzilərində xəstələri sizə təhkim olunmuş professor heyətilə birlikdə müşahidəçi otağından izləyirsiniz. Müayinə otağında uşaq pediatr və ya psixoloq ilə təkbətək ünsiyyətdə olur, bu isə onun hərtərəfli müayinəsini, sinir-psixi inkişaf səviyyəsini, mental və motor inkişaf indeksini daha dəqiq qiymətləndirməyə imkan verir. Müşahidə otaqları klinikalarda həm tədris baxımından, həm də klinik və etik baxımdan çox faydalıdır. Xəstələrin müayinəsini, sinir-psixi inkişafının qiymətləndirilməsini müşahidə edirsiniz. Sonda müayinə edən həkimlər və psixoloqlarla birlikdə xəstələr müzakirə edilir, sonrakı müayinə və müalicəsinə aid qərarlar verilir".
N.Sədiyeva deyir ki, Amerikada işləyərkən xəstə təhlillərində Azərbaycanda və Türkiyədə qazandığı biliklərin nə dərəcədə yararlı olduğunu daha aydın hiss edib: "İstedadlı millətə mənsub olmağımızla qürur duyduq. Xəstəxanada, şöbədəki işlərdən başqa, elmi tədqiqatlar aparmaq üçün çalışmanız, seminarlarda, simpoziumlarda, konfranslarda iştirakınız da vacibdir. Bu məqsədlə hər bir Post-doktorluq elmi-tədqiqatçı (Post Doc Fellow) üçün fərdi inkişaf planı tərtib olunur, təhsiliniz və fəaliyyətiniz bu plan əsasında qurulur. Sizə təhkim olunmuş elmi rəhbərlər həftəlik görüşlərdə apardığınız işlərlə yanaşı sizin maraqlarınız, təşkilati fəaliyyətinizlə yaxından maraqlanır".
Amerikan yaşam tərzinə gəlincə, N.Sədiyeva oradakı adətlərin tamamilə fərqli olduğunu bildirir: "Fərqli həyat tərzi, fərqli mədəni qaydalar. Sanki yaşam şüarları Cəlaləddin Ruminin dediyi kimi budur: Bir şam başqa şamı yandırmaqla, işığından heç nə itirmir. Xeyirxahlıq, yüksək səviyyədə mədəniyyət, zəhmətsevərlik, heyvansevərlik insanı valeh edir. İctimai nəqliyyat vasitələrinin divarlarında elanlar tibbi-maarifləndirici məlumatlardan, müxtəlif universitet klinikalarında aparılacaq klinik tədqiqatlara xəstə toplanmasından bəhs edir.
Amerika Birləşmiş Ştatlarında müxtəlif dini və milli bayramların iştirakçısı olduq. Dini mərasimlərimizə aid məlumatların Harvard Universitetinin elan guşəsində yer alması diqqətimizdən yayınmadı".
Azərbaycanlı həkimlər ötən ilin oktyabrında Harvard Medical School-da autizmə həsr olunmuş "2014 Research Symposium"da iştirak ediblər. Nigar Sədiyeva 17-20.12.2014 tarixlərində Türkiyədə III Sosial Pediatriya Konqresində iştirak edib. Eyni zamanda Ankarada "İLK BEŞ YAŞTA ÇOCUK SAĞLIĞI İZLEME KURSU"nu keçib, yetərlilik sertifikatı ilə təltif olunub. Proqramın sonunda azərbaycanlı həkim Harvard Universitetində müxtəlif fənlərdən kurslar keçib, sonda imtahanlarını yüksək nəticələrlə verərək sertifikat alıb. Səfər zamanı həkimlərimiz həmvətənlərimizlə dəfələrlə görüşüb, birgə bayramları, həm də anım günlərini qeyd ediblər: "Bostonda olduğumuz müddətdə sosial media vasitəsilə Universitetimizdə və klinikamızda baş verən yenilikləri izləmək imkanımız oldu, uğurlarımızı, inkişafımızı gördükcə sevindik, gələcəyə ümidlərimiz artdı. İstərdim, fikirlərimi Henri Fordun sözləri ilə bitirim: "Bir araya gəlmək başlanğıcdır. Bir arada dura bilmək inkişafdır. Birlikdə çalışmaq uğurdur". Mən də daim vətənimiz üçün birlikdə ən gözəl işləri görmək arzusundayam".
Onu da qeyd edək ki, N.Sədiyeva Milli Sağlamlıq İnstitutu / Beynəlxalq Fogarty Mərkəzi, Global Mental Health, Boston Uşaq Xəstəxanasında İnkişaf Pozğunluqları Araşdırma Tədris Təşəbbüsü ilə Qlobal Əqli Sağlamlıq/Inkişaf Problemləri Araşdırma Proqramına qatılıb. Hazırda Qlobal Əqli Sağlamlıq/Inkişaf Problemləri Araşdırma proqramının davamı olaraq 16-17 mart tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında Əqli Sağlamlıq və İnkişaf Problemləri mövzusunda Beynəlxalq Simpoziuma hazırlıq işləri ilə məşğuldur.
DOSYE: Nigar Sədiyeva 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-2001-ci illərdə K.Y.Fərəcova adına ETPİ-də həkim-interna vəzifəsində çalışıb. 2001-ci ildən Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültələrinin Uşaq xəstəlikləri kafedrasında çalışır. Hacettepe Universiteti Tibb Fakültəsi İ.Doğramaçı adına Uşaq Xəstəxanasında Uşaq Sağlamlığı və Xəstəlikləri Kafedrasında, Neonatologiya, RİT, Gastroenterologiya, Hepatologiya və Diyet Bölümlərində ixtisasartırma kurslarını keçib, Hacettepe Universiteti İnkişaf Pediatriyası Bölümündə - Bayley-3 və Denver-2 İnkişafı Qiymətləndirmə Testlərini öyrənərək yetərlilik sertifikatını alıb.
ATU-nın Tədris-terapevtik klinikasının I Pediatriya şöbəsində stasionar xəstələrin müalicəsi, klinikanın Konsultativ-diaqnostik poliklinikasında ambulator xəstələrin qəbulu, uşaqlarda sinir-psixi inkişafın və əqli-inkişaf indeksinin qiymətləndirilməsi, inkişaf geriliklərinin erkən aşkarlanması ilə məşğuldur. Kafedra TEC-nin sədridir. 20-dən çox elmi işin müəllifidir.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ