Bazar ertəsi günü, 09 noyabr 2026
     

Göyçə gölünü Sevank, Göyçə alban kilsəsini Sevanavank eləyiblər...

Image


Oğuznamələrdə, ozanların qopuzunda  adı vəsf edilən Göyçə gölü Azərbaycan türkünün ilkin məskənlərindən biri olaraq özünü təsdiqləyib. Ən fərqli dinlərin, ictimai formasiyaların, qanlı müharibələrin, məğlubiyyətlərin, zəfərlərin şahidi olan Göyçə gölü hövzəsində yaşayan  əcdadlarımız orada böyük tarixi mədəniyyət yaradıblar.

Ermənilər Sovet dövründən  başlayaraq indiyə qədər Göyçə gölü sahillərində arxeoloji qazıntılar aparırlar, əldə etdikləri eksponatları, üzə çıxardıqları abidələri, tikililəri erməni “mədəni irsi” olaraq qələmə verirlər. Əslində, Göyçə gölünün adının saxtalaşdırılması işinin də başında rus-erməni cütlüyü dayanıb. Özü də hələ Çar Rusiyasının dövründən Göyçə gölü hövzəsindən, Göyçə mahalından Azərbaycan türkünün izinin silinməsi prosesinə start verilib. Çar Rusiyasının erməniləri İran, Türkiyə və başqa ölkələrin ərazisindən köçürməsilə onlar buradakı bütün alban-türk mədəniyyətini mənimsəyiblər. Dəfələrlə yazmışıq ki, Göyçə mahalı, bütövlükdə Qərbi Azərbaycan alban-xristain mədəniyyəti, abidələri, kilsələri, monastırları ilə zəngin olub, Göyçədə alban dövrü qəbristanlıqlar mövcud olub. Amma təəssüf ki, ermənilər bu zəngin irsi oğurlamağı bacarıblar.

“Qərbi Azərbaycan mədəniyyəti” rubrikasında Göyçə gölünün və Göyçə kilsəsinin adlarının necə saxtalaşdırıldığından, Göyçə gölünün Sevank, Göyçə kilsəsinin isə Sevanavank adlandırılmasından danışacağıq.

Təsəvvür edin ki, göyçəlilərin “dəngiz” adlandırdığı Göyçə gölünün  adına belə ermənilər qısqanclıqla yanaşıblar və onu dəyişdiriblər. Cənubi Qafqazın ən iri göllərindən olan Göyçə gölünün adının saxtalaşdırılması ermənilərin bu yerlərə köçürülməsindən sonra daha qabarıq hal alıb.    

Qeyd etdiyimiz kimi, çar Rusiyasının işğalından sonra ermənilər Göyçə ərazisində də məskunlaşdırılıb və onlar burada öz məkrli siyasətlərini həyata keçiriblər. Məlumatlara görə, ermənilər  Göyçə gölünün adını dəyişdirib Sevank, bu  ərazidəki qədim albanlar tərəfindən qara daşdan tikilmiş Göyçə kilsəsini isə Sevanavank qoyublar.

Göyçə kilsəsinin ermənilərlə heç bir əlaqəsi olmadığı məlumdur, amma ermənilər bütün xristian irsinə iddia etdikləri üçün Göyçə kilsəsini də erməniləşdirməkdən çəkinməyiblər.

Mətbuatda yazılanlara görə,  tarixşünaslıqda Göyçə adının etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. “Əksər alimlərin fikrincə, bu ad hidronimdir və Göyçə gölünün adından götürülmüşdür. Göyçay sözünün tədricən dəyiçilərək Göyçə formasına düşməsi əsasında əmələ gəlmişdir. Gölün suyunun rəngi göy (təmiz, duru) olduğu üçün Göyçay adlandırılmışdır. Müxtəlif illərdə nəşr olunan “Kitabi-Dədə-Qorqud” dastanlarında Göyçə gölünün adı Göyçə dəniz, Gökcə dəniz, Gökçe dəniz formalarında qeyd edilmişdir. Orta əsr Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Türkmanın “Tarixe-aləmaraye-Abbasi” əsərində də Göyçə gölü haqqında olduqca maraqlı məlumatlar vardır. Bu əsərdə gölün adı Gökcə (Göycə) dənizi və ya Gökcə Təngiz kimi əks olunmuşdur. İsgəndər bəy Münşi öz əsərində Göycə dənizinin təbiəti haqqında yazır: “... Təbiətin paklıq və xürrəmilik vaxtı olan bahar günlərində əlhəzrət zilləlah şah (I Şah Abbas-M) havasının lətafəti, suyunun bolluğu, gül-çiçəyinin çoxluğu, çay və bulaqlarının göz oxşaması ilə cənnət gülzarına bənzəyən Göycə dəniz yaylağında işrətlə məşğul olub ov edirdi” (9, 1204). Səfəvi dövrü anonim müəllifi “Tarix-i aləmara-yi Səfəvi” əsərində də bu gölün adını “Göyçə dəryası” adlandıraraq yazır: “İsmayıl (Səfəvi-M) Ərdəbildən “Göyçə dəryası kənarına getmək, oradan isə Şərqi Anadoluya keçmək fikrində idi”. Erməni və rus mənbələrində bu göl Göyçay (Sinyaya reka), Sevank, Qeqam, Qeqarkunik formasında qeyd edilir. Rus işğalından sonra məkrli siyasətini davam etdirən ermənilər Göyçə gölünün adını dəyişdirib Sevank (Qarakilsə) qoymuşlar. Bu ərazidə qədim albanlar tərəfindən qara daşdan tikilmiş kilsə mövcuddur və Göyçə adının Sevank adlanadırılması da bununla əlaqədardır. Bu yolla ermənilər ərazinin tarixi adını saxtalaşdırmaq məqsədi güdmüşlər. Bir çox müəlliflərə görə isə, qədim erməni mənbələrində ümumiyyətlə Sevan adına rast gəlinmir. Bu ad Urartu dilindən erməni dilinə keçmiş sue- “su” sözündəndir. Göyçə gölünün Sevan adlandırılması 1930-cu ilə aiddir. Göyçə adının əmələ gəlməsini “gözəl”, “göyçək” termini ilə əlaqələnldirən bir xalq deyimi də var. Guya Əmir Teymur bu ərazilərə yürüş etidyi vaxt Məlik Mənüçöhrdən sərvətinin nə qədər olduğunu soruşub. Cavabında Mənüçöhr “Sayənizdə o qədər sərvətim var ki, bütün Məzrin düzünü kətan yağı ilə suvararam” deyə cavab verdikdə, Əmir Teymur heyrətlə “Göyçək” (Gözəl) deyə qışqırıb. Elə o vaxtdan da bu göl Göyçə adlanıb. XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəllərində Göyçə gölü hövzəsi inzibati cəhətdən İrəvan xanlığının tərkibinə daxil idi. Xanlığa daxil olan 15 mahaldan ikisi - Dərəçiçək və Göyçə mahalları bu ərazidə yerləşirdi. Topoqrafik cəhətdən İrəvan xanlığının mahalları dağlıq, orta və düzən olmaqla 3 qrupa ayrılırdı. Abaran, Dərəçiçək və Göyçə mahalları bütünlüklə dağlıq ərazidə yerləşən mahallar idi.  Dərəçiçək toponimi Azərbaycan dilndə “iki dağ arasında dərin suxur” mənasında işlənən dərə sözü ilə Azərbaycan dilində “çiçəkləri olan bitki”, “gül” mənasında işlənən çiçək sözünün birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi güllü, çiçəkli, gözəl mənzərəli dərədə yerləşdiyi üçün Dərəçiçək adlandırılmışdır. Dərəçiçək mahalı iqliminə görə xanlığın ən əlverişli ərazisi idi. Göyçə gölündən ayrılan Zəngi çayı ilə Misxanaçayın yaratdığı dərin dərələrdə yerləşən mahal şimalda Pəmbək nahiyəsi, cənubda Qırxbulaq mahalı, qərbdə Abaran mahalı, şərqdə isə Göyçə gölü ilə həmsərəhəd idi”-deyə qeyd edilir.

Bu gün Ermənistanda Göyçə gölünün sahillərindəki qədim alban abidələrini görmək üçün ora ildə saysız turist gedir. Təbii, bu abidələr onlara alban abidələri kimi təqdim olunmur. Göyçə kilsəsi barədə isə yazırlar ki, gölün şimal-qərb hissəsində dar qayalı yarımadada “orta əsr erməni memarlığının görkəmli abidəsi Sevanavank monastırı yerləşir”. Guya orada əvvəlcə balıqçılar yaşayıb və VIII əsrdə isə ora rahiblər gəlib, burada ibadətgahlar, hücrələr tikiblər.

Bir sözlə, kilsə haqda o qədər uydurma məlumatlar veriblər ki, adam bu tolumun saxtakarlıq istedadına “valeh” olmaya bilmir. VII-VIII əsrlərdə Qafqazda, Göyçə gölü sahillərində, Azərbaycan torpağında hay sürüsü nə gəzirdi ki, onlar burada məbəd tiksin, monastır ucaltsın? Əlbəttə, bütün bunların ermənilərlə əlaqəsi yoxdur və bu abidələr bizim əcdadlarımızın mirasıdır. Təbii, biz bunu oğurlanmış tariximiz də adlandıra bilərik.

Əlavə edək ki, Qərbi Azərbaycanda kilsələr çox olub və onların xeyli bir hissəsi 1918-1920-ci illərdə hay kilsəsi və daşnaklar tərəfindən dağıdılmış, yandırılmış və qarət edilmişdir. Bu fakt da var. Bir yazıda da qeyd edilir ki, erkən dövrlərdən başlayaraq erməni dilinə türkcədən minlərlə söz keçib. Vəng termininin türkcə olduğunu isbatlayan amillərdən biri də odur ki, ermənilər Göyçə gölünün qərb sahilində yerləşən Əyri-vəng monastır kompleksinə rəsmi olaraq Geqard (nizə, mizraq) adını vermişlər. Vəng sözünün alban dilində kilsə, monastır olduğu da məlumdur.

Ermənilər bizim  bölgəyə köçürülüb burada məskunlaşdırıldıqdan sonra həm dilimizdəki sözlərə, həm mədəniyyətimizə, həm irsimizə, həm də ərazimizə iddia irəli sürüblər. Lakin erməni saxtakarlığı nə qədər geniş olsa da, heç zaman tarixi gerçəkliyi itirə bilməyəcəklər. Necə deyərlər, daşın da, abidənin də yaddaşı var. Biz o yaddaşda yaşayırıq…

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ