çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycanda dilçilik mübahisələri dövlət dilimizə qarşı çıxışlar şəkli alır - institutdan etirazlar... - MÜSAHİBƏ

Image


21 fevral Beynəlxalq ana dili günüdür və dünyanın hər yerində qeyd olunur. Hətta fars şovinstlərinin təzyiqi altında olan Cənubi azərbaycanlı soydaşlarımız da rejimin verəcəyi cəzadan çəkinməyərək Azərbaycan dilinin təbliğini həyata keçirirlər, onlar bu gün münasibətilə uşaqlara ana dilində kitablar paylayırlar.

Bu fikri yazmağımız təsadüfi deyil, basqı altında olanlar dilimizin müdafiəsi uğrunda mücadilə verirlər, amma bizim ölkədə dilimizə hələ də xor baxanlar tapılır. Elələri də var ki, Azərbaycanın dövlət dilinin müasir Türkiyə türkcəsi olmasını təklif edir. Bu təklifdən sonra ona haqq qazananlar da tapılıb. Amma bu əsassız təklif dilçilər, şərqşünaslar, filoloqlar, ziyalılar tərəfindən kəskin pisləndi.

  • “Heç kəs Azərbaycan dilini aşağılaya bilməz”

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərovla dilimizə xor baxanlar, dövlət dilimizə qarşı hüquqi məsuliyyət yaradan fikirlər bildirənlər barədə danışdıq.

- Təəssüflər olsun ki, son zamanlar rəsmi dövlət dilimizə qarşı bəzən basqılarla, xoşagəlməz münasibətlə üzləşirik. Bu nədən qaynaqlanır?

- Azərbaycan dili Azərbaycan dövlətinin rəmzlərindən biridir. Rəsmi dövlət dilimizə qarşı hər hansı bir xoşagəlməz fikir işlətmək, söz demək anormal haldır,  bu normal qəbul edilə bilməz. Bəzən deyirlər ki, ölkəmizdə insan hüquqları və azadlıqları rəsmən qorunur, hər bir insan öz fikirlərini sərbəst şəkildə ifadə etməlidir. Belə olsa da, dövlət rəmzlərinə toxunmaq olmaz. Azərbaycan bayrağı, Azərbaycan himni, bayrağı kimi, Azərbaycan dili də dövlətin rəmzidir, simvollarından biridir. Kiminsə ana dilimiz haqqında aşağılayıcı fikirlər bildirməsi yolverilməzdir.

- Bu həmin şəxslər üçün cinayət məsuliyyəti yaradırmı?

- Kiminsə ana dilimiz haqqında aşağılayıcı fikirlər bildirməsi yolverilməzdir. Digər dövlət rəmzləri kimi, Azərbaycan dilinə qarşı da hansısa təhqiredici, aşağılayıcı ifadənin işlədilməsi mənfi haldır. Ümumiyyətlə, dövlət dilinə qarşı çıxmaq hüquqi məsuliyyət yaradır.  

- Bu arada tanınmış bir naşir Azərbaycan dilinə qarşı xoşagəlməz ifadələr işlədib, bu mətbuatda gedib. Eyni zamanda “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik” fikrini səsləndirib. Bu, dilçilər, ziyalılar tərəfindən sərt tənqid edildi, amma öz yaxın ətrafı bunu belə qələmə verdi ki, naşir bunu ironik mənada deyib və s. Sizin yanaşmanız necədir?

- “Mən dilimdən imtina edirəm” demək, sonra da bunun ironik mənada deyildiyini iddia etmək məntiqsizdir, doğru hərəkət deyil. Onun dedikləri sırf Azərbaycan dilinə qarşı yönəlib. “Bu, Şamaxı, Qazax ləhcəsindən yığılma və ədəbi dil şəkilinə salınmış bir dildir”, yaxud “bir azdan meyxana dilinə çeviriləcək” tipli ifadələr Azərbaycan dilinə qarşı yönəlmiş fikirlərdir. Əslində bununla bağlı ciddi ölçü götürülməlidir. Çünki heç kəsin ixtiyarı yoxdur ki, dövləti təmsil edən rəmzlə bağlı xoşagəlməz söz desin. Heç kəs Azərbaycan dilini aşağılaya bilməz.

- Bu dil dünən yaranmayıb, onun min-min illər yaşı var, bu dil əsrlərdən keçib gəlib, nəhayət dövlət dili səviyyəsinə qalxıb, 50-60 milyonun ana dilinə çevrilib...

- Qəbul edilmiş bir fikir var ki, heç bir türk dilinin Nəsimisi, Füzulisi yoxdur. Heç bir türk dilinin bu səviyyədə şairləri, yazıçıları olmayıb. Bu dilin Nizamisi, Seyid Əzimi, Sabiri, Mirzə Cəlili, Əbdürrəhim bəy Haqverdiyevi var. Bu qədər zəngin ədəbiyyatı olan bir dili aşağılamaq yolverilməzdir...

- Bunlara qədər zəngin aşıq ədəbiyyatımız. folklorumuz var...

- Bəli. Bizim Dədə Qorqudumuz var. Hansı xalqın bu qədər klassik irsi, şairi, yazıçısı var. Ana dilimizdə çox möhtəşəm elmi və bədii ədəbiyyat yaranıb. İddia etmək ki, Azərbaycan dilinin imkanları zəifdir, bu qətiyyən düz deyil. Mənim bu dili bilməməyim heç də Azərbaycan dilinin imkanlarının zəif olması deməkdir.

- Dilimizin, klassiklərimizin təhqir olunması, özü də bunun ziyalı deyilən kəs (lər) tərəfindən total şəkildə edilməsi nə deməkdir? Maraqlıdır ki, özlərinə həmfikir də tapırlar.

- Problem ondadır ki, bunu orta savadlı adamlar demir. Yəni belələri desəydi hardasa anlamaq olardı ki, yəqin məlumatı yoxdur. Amma bunu özünə ziyalı deyənlər edir. Sosial linqvistikada bunun nədən qaynaqlandığının səbəbləri var. İstənilən cəmiyyətlərdə (bütün cəmiyyətlərdə belə olub-R.H)  özünü ziyalı adlandıran kəsim bir qədər fərqli olmağa çalışıb. Özünü “ziyalı”, imkanlı sayan şəxslər həmişə fərqlənməyə çalışırlar. Bu həm də dildə baş verir. Dilə qarşı bu cür tendensiya yeni yaranmayıb. Bu XX əsrin əvvəllərində də vardı. Səhv etmirəmsə, Əhməd bəy Ağaoğlu Azərbaycan dilində danışanda “bu dil Osmanlı türkcəsinin pozuq bir ləhcəsidir. Gün gələcək, ya həmin dilə çeviriləcək, ya da itib gedəcək”  deyib. Yəni həmin bu tendensiya o vaxt da vardı. Bunu o adamlar edirdi ki, özlərini “elita” hesab edirdilər və bu dili “kəndçi dili”, “kasıbın dili”  sayırdılar. Hesab edirdilər ki, varlının dili fərqli olmalıdır. Bu təfəkkürdə olanlar ya gedib ingilis, ya da rus dilini öyrənəcək, bunu fərqlənmək üçün edirlər ki, guya bunlar fərqlidir.

- Bu mənfi nümunələr yaradır.

- Şübhəsiz ki, belədir. Bu mənfi tendensiyalara səbəb olur. Sovet dövründə də bu tendensiyanı aparanlar kimlər idi. Özünü ziyalı sayan o insanlar idi ki, uşaqlarını da rus dilində oxudurdular. Bu gün də imkanlı şəxslərin uşaqları ingilis dilində oxuyur. Ali məktəblərdə ingilis dili ixtisası açılıb. Bu gün Azərbaycanda ingilis dilində təhsil  geniş yayılıb. Beynəlxalq dildir, insanların ona meyl etməsi normaldır. Amma bütün bunlarla yanaşı dövlət dilinin qorunmasına, işləkliyinin təmin edilməsinə xüsusi diqqət yetirilməlidir. Cəmiyyət, insanlar dilimizi qorumalıdır. Dövlət onsuz da dilin qorunması üçün tədbirlər görür, proqramlar həyata keçirir, işlər görür. Dili hər zaman xalq saxlayıb, xalq qoruyub, xalq işlədib. Kimlərinsə hansısa xoşagəlməz fikirlər deməsindən asılı olmayaraq xalq özü bu dili yaşadacaq...Rus, ingilis və başqa dillərdə təhsil alanlar da ana dilində öz fikrini normal ifadə etməlidir.  Bizim əsas borcumuz odur ki, dövlət dilimizi saxlayaq, qoruyaq, onunla bağlı müəyyən tədbirlər görək. Bütövlükdə, yanlış tendensiyaların üzərinə getmək lazımdır ki, bu fikirdə olanlar bu kampaniyanı dayandırsınlar. Dilə qarşı kampaniya aşırı hal aldıqda buna qarşı həm dövlət, həm də cəmiyyət tərəfindən ciddi təpki olmalıdır ki, o nə etdiyini bilsin, dərk etsin ki, bu 50 milyonluq bir xalqın dilidir. Dil bu xalqın tarixidir, tarixini yaşadan qan yaddaşıdır. Eyni zaman Azərbaycan dili bir birləşdirici vasitədir, ölkəmizdə yaşayan xalqları bir ortama gətirən, bir amal uğurunda birləşdirən bir amildir.  Azərbaycan dili yalnız burada deyil, bütövlükdə Qafqazda ortaq danışıq dili olub. Bu qədər insanı bir yerə cəmləyən Azərbaycan dilidir. Azərbaycançılıq elə özünü Azərbaycan dilində saxlayır, bu ideya dilimizlə bağlıdır...Danılmaz faktdır ki, hamı Azərbaycan dili ətrafında birləşib. Azərbaycan dilinə qarşı çıxmaq Azərbaycançılıq ideyasına qarşı çıxmaqdır. Bunun başqa adı yoxdur.

- Bəzən görürük ki, bir adam ana dilimizi, xalqımızı, dəyərlərimizi təhqir edir, amma cəzasız qalır. Bu adamlar necə cəzalandırılmalııdr ki, bu başqalarına da dərs olsun?

- Şübhəsiz ki, mənəvi məsələlərə görə də cəza sistemi olmalıdır. Hesab edirəm ki, ən böyük cəza bu tipli insanlara qarşı yönələn ictimai qınaqdır. İctimai qınaq olmalıdır və onunla yanaşı da hüquqi prosedurlar işə düşməlidir.

Bu gün Azərbaycanda ana dilimizi korlayanlar birinci növbədə nəşriyyatlardır. Azərbaycanda monitorinq mərkəzi var. Nə üçün bu nəşriyyatların çap etdiyi kitablar monitorinq edilmir? Tərcvümələrin bərbad vəziyyətdə olması səbəbləri nə üçün araşdırılmır? Nəşriyyatlara qarşı niyə tədbirlər görülmür ki, onlar bu cür bərbad kitablar çap edirlər. Onlar gedib ən ucuz redaktorlar, ən ucuz tərcüməçilər axtarırlar kitab çap edirlər. Onlar dildən pul qazanırlar. Nəşriyyatların dillə bağlı işlərinə münasibət sərtləşdirilməlidir, onların kitablarının dili monitorinq olunmalıdır. Bərbad gündə kitab çap etdikləri azmış kimi, sonra da “niyə kitab oxunmur deyirlər. Sənin çap etdiyin kitab bərbad gündədir, onu tərcümədən oxumaqdansa gedib orjinaldan oxuyurlar və daha yaxşı anlayırlar. Bu halda təbii, sənin tərcüməni heç kəs oxumayacaq. Digər tərəfdən, Azərbaycanda tərcümə sisteminin özü yaxşı vəziyyətdə deyil, nəşriyyatlarımız bu sahədə xeyli geri qalıb... Yaxşı tərcüməçilərimiz var, amma nəşriyyatlar onlarla işləmir...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ