çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İrəvan rus-tatar qız məktəbinə 20 il müdirəlik etdi - Tərlan xanımın taleyi...

Image


Tarixi Azərbaycan şəhəri İrəvanda formalaşan mədəniyyət, maarifçilik mühiti, ziyalıların yetişdirilməsi məsələsi araşdırıldıqca üzə yeni faktlar çıxır. Şəhərin tanınmış ailələri, zadəgan və mülkədarları, seçilmiş insanları mədəni-maarif hərəkatına böyük töhfələr veriblər.

Xüsusən də məktəblərin açılması, oğlanlarla yanaşı qızların da təhsilə cəlb edilməsi yönündə ortaya konkret nümunələr qoyublar ki, biz bu gün onlarla öyünürük. Onu da vurğulayaq ki, irəvanlı xanımların təhsilə, oxuyub öyrənməyə, öyrətməyə sevgiləri, maraqları tükənməz olub. Bu gün İrəvanın təhsilli, maarifçi qadınlarının sorağını tədqiqat əsərlərindən alırıq.

“İrəvanda izim qaldı” rubrikasında İrəvanda fəaliyyət göstərmiş rus-tatar qız məktəbi və uzun illər bu təhsil ocağına rəhbərlik edən, azərbaycanlı qızların təhsilə cəlb edilməsi üçün əlindən gələni əsirgəməyən Tərlan xanım Sultanovadan danışacağıq. Əlbəttə ki, alimlərin araşdırıb üzə çıxardığı faktlara, məlumatlara söykənərək.

  • Millətsevər, maarifçi Tərlan xanım Sultanova...

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, Qərbi Azərbaycan üzrə görkəmli tədqiqatçı Nazim Mustafa İrəvan rus-tatar qız gimnaziyası, ona uzun illər rəhbərlik edən Tərlan xanım Sultanova barədə də tədqiqat aparıb. Bu barədə danışacağıq, indi başqa tədqiqatçının yazdığına diqqət yetirək. S.C.Şükürov “Gəncə məktəblərinin tarixindən” kitabında yazır: “XIX yüzilliyin üçüncü rübünün sonlarında İrəvanda rus-tatar qız məktəbi fəaliyyətə başlayıb və 1898-1917-ci illərdə oranın müdirəsi Tərlan xanım Sultanova olub. Millətsevər, mədəni qadın olan Tərlan xanım azərbaycanlı qızların təlim-tərbiyəsinə xüsusi diqqət verirdi. Şagirdlərin əmək dərslərində hazırladıqları tikmələrdən ibarət hər kvartalda bir dəfə satış-sərgi düzəltmiş və əldə olunan maddi vəsaiti təhsil alan yetim və kasıb qızlara xərcləmişdir”.

  • Rus-tatar qızlar məktəbi necə yarandı?

N.Mustafanın qeydlərində isə vurğulanır ki, İrəvan gimnaziyasını bitirən azərbaycanlı qızların bəziləri 1918-1920-ci illər soyqırımı nəticəsində İrəvandan didərgin düşsələr də, yerdə qalanları Sovet hakimiyyəti illərində İrəvanda xalq maarifi və savadsızlığın aradan qaldırılması istiqamətində mühüm işlər görüblər. “İrəvanda fəaliyyət göstərən məktəblərdən biri də Müqəddəs Ripsime qızlar məktəbi idi. 1850-ci il yanvarın 2-də Qafqazın canişini Mixail Voronsovun xanımı Yelizaveta Voronsovanın təşəbbüsü və İrəvanda fəaliyyət göstərən Müqəddəs Nina Xeyriyyə Cəmiyyətinin idarə heyətinin qərarı ilə Müqəddəs Ripsime qadın məktəbi təsis edilmişdir. 9 iyul 1884-cü ildə bu məktəb üçsinifli qadın progimnaziyasına çevrilmişdi. 30 may 1898-ci ildə isə progimnaziya hazırlıq sinfi də təşkil edilməklə səkkizsinifli qadın gimnaziyasına çevrilmişdi. Ödənişli olan bu məktəbdə imkanlı azərbaycanlıların qızları da təhsil alırdılar. Təkcə 1916-1918-ci illərdə Müqəddəs Ripsime gimnaziyasını 36 azərbaycanlı qız bitirmişdi. İrəvan quberniyasının 1914-cü ilə dair “Yaddaş kitabçası”nda göstərilir ki, bu gimnaziyada şəriət dərslərini və Azərbaycan dilini Haşım bəy Nərimanbəyov tədris etmişdir. 1902-ci ildə İrəvanda rus-tatar (Azərbaycan) oğlan məktəbinin təcrübəsi əsasında rus-tatar (Azərbaycan) qızlar məktəbi açılmışdı. Axund Məmmədbağır Qazızadənin evində yerləşən ikisinifli rus-tatar (Azərbaycan) qızlar məktəbinin himayəçisi knyagina Yelena Çaqodaeva (İrəvan quberniyasının vise-qubernatoru knyaz Aleksey Çaqodayevin arvadı), müdiri Antonina Kalinina, müəllimi Pxakadze, şəriət müəllimi olmuşdur. Həmin kitabçada İrəvanda daha bir ibtidai rus-tatar qızlar məktəbinin mövcudluğu göstərilsə də, onun müəllimləri haqqında məlumat verilməmişdir”.

Mirzə Məmmədvəli Qəmərlinski barədə də yazan N.Mustafa xatırladır ki, o, İrəvanda təhsilin inkişafında xüsusi xidmətləri olan pedaqoqlardan olub. “Onun atası Əli Qəmərlinski çar ordusunun, 1915-ci ildə Türkiyəyə mühacirət edən böyük oğlu Hüsüeynəli Qəmərli isə türk ordusunun generalı olmuşdur. İkinci oğlu Əli Qori müəllimlər seminariyasını, digər oğlanları Paşa, Adil və Mahmud isə gimnaziya bitirərək müəllim işləmişlər. Məmmədvəli Qəmərlinskinin özü 1898-ci ildə İrəvanda rus-tatar məktəbini bitirmiş, 1900-cü ilin martında İrəvan quberniya məclisində imtahan verərək müəllim adı qazanmışdır. O, 1901-1911-ci illərdə İrəvanda rus-tatar məktəbinin müəllimi olmuşdur. Onun yazdığı “Atalar sözü” kitabı 1889-cu ildə İrəvanda “Edilson” mətbəəsində çap olunmuşdur. 1907, 1908 və 1911-ci illərdə çap edilən “Ana dili” dəsrsliyinin müəlliflərindən biri Mirzə Məmmədvəli Qəmərlinski olmuşdur. Mirzə Məmmədvəli 1906-cı ildə Bakıda keçirilən müəllimlərin qurultayında iştirak edərkən Nəriman Nərimanov onu İrəvan Çuxurunun görkəmli maarifpərvərlərindən biri kimi Mirzə Ələkbər Sabirlə tanış etmiş. İrəvanda mövcud olan məktəblər haqqında şairə məlumat vermişdi. Mahmud Qəmərlinin atası haqqında yazdığı “Atamın xatirələrindən” adlı yazıda həmin hadisəni atasının dilindən təsvir edərək yazır: “Rəhmətlik Sabirin sevincdən gözləri yaşardı və mənə xüsusi meyl, rəğbət bəsləyərək uzun-uzadı dərdləşdik. Mən Sabiri İrəvana qonaq dəvət etdim. Lakin ikimiz də bir dərddə, bir vəziyyətdə idik. Bizim İrəvan xərcimizi N.Nərimanov ödədi. Qurultay qurtarandan sonra biz İrəvana getdik. Rəhmətlik Sabir Həşim bəy Nərimanbəyov, Həmid bəy Şahtaxtinski, Sultanov, Qaziyevlər və başqaları ilə tanış olarkən dedi: “Mirzə, sizin bu müəllimlər, məktəblər, dərs üsulunuz, xüsusən də müsəlman qız məktəbi məni valeh etdi. Yaxın gələcəkdə bizim millətin də ön sırada olacağına əmin olmaq olar.

Görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi 1905-1906-cı illərdə ermənilərin Cənubi Qafqazda azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bəhs edən “Qanlı sənələr” əsərində Məhəmmədqulu bəy Kəngərlinskinin Qafqazda ilk dəfə olaraq İrəvanda müsəlman leyli (qızlar) məktəb-pansionunu açdığını yazır. 1864-cü ildə Naxçıvanda hərbçi Şəfi bəy Kəngərlinin ailəsində doğulan Məhəmmədqulu bəy Sankt-Peterburqda ali topçu məktəbini bitirmiş, ordudan istefaya çıxdıqdan hüquq fakültəsini bitirmişdi. Naxçıvana qayıdan Məhəmmədqulu bəy bir müddət orada yaşadıqdan sonra İrəvana gəlmiş, şəhərin müsəlman əhalisinin pozulan hüquqlarını müdafiə etmək üçün imtahan verərək vəkillik hüququ qazanmışdı. Məmmədqulu bəyin İrəvanda məktəb açmasına İrəvan qubernatoru 21 sentyabr 1903-cü ildə icazə vermişdir. Məmmədqulu bəy Peterburqdan Nikolay İvanoviç Pivenşteyn və Luiza Fay adında iki ali təhsilli müəllim dəvət etmişdi. Məhəmmədqulu bəyin İrəvan qızlar məktəbindən çəkilən fotosunu M.S.Ordubadi “Qanlı sənələr” kitabına daxil etmişdir.

1905-ci ilin martında Məhəmmədqulu bəy Peterburqa gedərək Qafqaza yeni canişin təyin edilən qraf İllarion Voronsov-Daşkovla görüşmüş, İrəvan quberniyası müsəlmanlarının problemlərini canişinin diqqətinə çardırmışdı. Həm vəkillik, həm də məktəb müdirliyi edən Məhəmmədqulu bəyi erməni terrorçu təşkilatları hədəfə götürmüşdülər. 1905-ci il iyunun 1-də Məhəmmədqulu bəy erməni terrorçularının təhdidinə dözməyərək məktəbi bağlamaq məcburiyyətində qalmış, Parisə gedərək hüquqşünas kimi fəaliyyətini orada davam etdirmək qərarına gəlmişdi. Erməni terrorçuları 1905-ci il avqustun 31-də Parisə getmək istəyən Məhəmmədqulu bəyi Batumda yaxalayaraq küçənin ortasında qətlə yetirmişdilər. Məhəmmədqulu bəyin qətli ilə bağlı “Kaspi” və “Həyat” qəzetlərində nekroloq dərc edilmişdi. Məhəmmədqulu bəy Kəngərli Cəlil Məmmədquluzadənin 1904-cü ildə Tiflisdə vəfat edən həyat yoldaşı Nazlı xanımın qardaşı idi. Onun cənazəsi Tiflisə gətirilərək bacısının məzarının yanında dəfn edilmişdir”.

1913-cü ildə İrəvan şəhərində daha bir ibtidai azərbaycanlı qızlar məktəbi açılmışdı. Bu məktəbin maddi-maliyyə təchizatı şəhər idarəsinin üzərində idi. Sovet hakimiyyətinin ilk illərində İrəvan şəhərində azərbaycanlı qızlar məktəbində, keçmiş Haşım bəy Nərimanbəyovun məktəbinin bazasında fəaliyyət göstərən Məşədi Əzizbəyov adına məktəbdə (bu məktəbi irəvanlılar Haşım bəyin məktəbi adlandırırdılar), əvvəllər S.M.Kirov adına olan və sonralar Mizə Fətəli Axundovun adını daşıyan məktəbdə və şəhərdəki digər iki beynəlmiləl məktəbdə azərbaycanlı uşaqları təhsil alırdılar. İrəvan şəhərində savadsızlığı ləğvetmə kursları açılmışdı. 1923-cü ildən fəaliyyət göstərən İrəvan Qadınlar Klubu savadsızlığın ləğv edilməsində və evdar qadınlara peşə öyrədilməsində xeyli iş görmüşdü.

Onu da vurğulayaq ki, İrəvanın vitse-qubernatoru İsmayıl bəy Qazıyevin qız nəvəsi Tacı xanım İrəvan qadın gimnaziyasını qızıl medalla bitirib və İrəvan şəhər dumasının üzvü olan Mir Bağır Mirbabayevin hər iki qızı Kübra və Ruqiyyə İsveçrədə ali təhsil alıb. Ruqiyyə xanım tibb, Kübraxanım isə ümumi humanitar fənlər ixtisasına yiyələnərək İrəvana qayıdıblar. Bu xanımlar barədə yazılarda da Tərlan xanım Sultanovanın məktəbi barədə məlumat verilir. “İrəvanda qızların təhsil aldığı digər bir məktəb Tərlan xanım Sultanovanın müdiri olduğu rus-tatar (Azərbaycan) qız məktəbi idi. Bu məktəb 1898-1917-ci illərdə fəaliyyət göstərib. 1913-cü il sentyabrın 15-də İrəvanda azərbaycanlı qızların təhsil aldığı yeni bir rus-tatar (Azərbaycan) məktəbi də açılmışdı. Elə bunun nəticəsi idi ki, 1911-ci ildə 1-ci və 2-ci Bakı qadın gimnaziyalarında cəmi 17 azərbaycanlı qız təhsil aldığı halda, İrəvan qadın gimnaziyasında 16 azərbaycanlı qız oxuyurdu. İrəvan qadın progimnaziyasında 4 nəfər azərbaycanlı qız oxuduğu halda, Balaxanı qadın progimnaziyasında oxuyan 76 nəfər qızın içərisində 1 nəfər də olsun azərbaycanlı yox idi. Bu fikirlər isə professor Fərrux Rüstəmovun məqaləsindəndir.

  • Tərlan xanım Sultanova barədə niyə az yazılıb?

İrəvanda fəaliyyət göstərən qızlar məktəbləri, onların müəllimləri barədə geniş məlumatlar olsa da, təəssüf ki, Tərlan xanım Sultanovanın bioqrafiyası barədə hər hansı bir məlumat yoxdur. T.Sultanovanın fəaliyyəti haqda danışılsa da, nədənsə onun bioqrafiyası diqqətdən kənar qalıb. Tam dəqiqləşdirə bilmədiyimiz məlumata görə, Tərlan xanım Sultanova Azərbaycan jurnalisti, publisist, təbiətşünas alim, ictimai xadim Şahtaxtinski İsa Sultan Nəcəfqulu oğlunun bacısıdır. Digər bir mənbəyə görə isə, Tərlan Məhəmmədəli qızı Sultanova 1890-cı ildə İrəvan quberniyasının Üçmüəzzin qəzasının Əkərək (Əkbər kimi də qeyd edilib) kəndində anadan olub. 1913-cü ildə İrəvan şəhərində azərbaycanlı qızlar üçün açılmış 2 nömrəli rus-tatar məktəbində ilk azərbaycanlı qadın müəllimə kimi fəaliyyət göstərib. “Bir zamanlar İrəvanda” feysbuk səhifəsində Tərlan xanım Sultanovanın bir neçə fotosu var. Bu fotolardan birində Tərlan xanım Sultanova 1911-ci ildə İrəvan Quberniyasının Uluxanlı kəndində qohum xanımlarlar arasındadır. İkinci foto isə  1912-ci ildə ata yurdu Əkərək kəndində çəkilib. 1918-ci ildə İrəvan qızlar gimnaziyasında tələbələri arasında çəkilən foto da ondan bir yadigardır. Bununla belə, çox təəssüflər olsun ki, uzun müddət araşdırma aparsaq da, Tərlan xanım Sultanovanın şəxsi həyatı, ailəsi, təhsili barədə geniş  bir məlumat əldə edə bilmədik. Amma ayrı-ayrı təqdiqatçılara bu barədə sorğu göndərdik...Bizim üçün belə bir Azərbaycan qadının, irəvanlı qızının fəaliyyəti tarixi əhəmiyyət daşıyır...

Bu yazıda Tərlan xanımla yanaşı İrəvanda qızların təhsilə cəlb edilməsində, onlara elm və savad öyrədilməsində rolu olan insanların da fəaliyyətinə toxunduq. Əlbəttə, bu bizim tariximizdir və biz onun hər səhifəsini öyrənməliyik ki, İrəvanda qalan izimizin işığı ilə irəliləyə bilək...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ