çərşənbə axşamı günü, 10 noyabr 2026
     

222 fəlsəfə doktorunun elmi dərəcəsi necə ləğv olundu... - MÜSAHİBƏ

Image


Azərbaycanda elmi dərəcə almaq, alim adı daşımaq, müxtəlif titullara sahib olmaq istəyi bir dəbə çevrilib. Vəzifəsindən, statusundan asılı olmayaraq, çoxları elmi dərəcə almağa can atır. Amma son zamanlar buna müvəffəq olmayanlar da var.

Ali Attestasiya Komissiyasından “Trend”ə verilən məlumata görə, ötən il 432 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 222 nəfərə bu dərəcənin verilməsindən imtina edilib.

Qeyd olunub ki, 84 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, 24 nəfərə bu dərəcənin verilməsindən imtina olunub.

200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. 29 nəfərə dosent, 7 nəfərə isə professor elmi adının verilməsindən imtina olunub.

Nostrifikasiya və təkrar attestasiyaya gəlincə, 27 nəfərə fəlsəfə doktoru, 2 nəfərə elmlər doktoru, 1 nəfərə dosent elmi dərəcəsi verilib. 7 nəfərə dəlsəfə doktoru, 1 nəfərə elmlər doktoru dərəcəsi verilməsindən imtina olunub.

  • “İmtina verilən hər bir şəxsə fərdi qaydada yanaşmaq lazımdır”

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı ilə AAK-ın 222 nəfərə elmi dərcə verməkdən imtina etməsinin səbəbləri barədə danışdıq.

- Ali Atestasiya Komissiyasının işi elədir ki, ona birmənalı qiymət vermək mümkün deyil. Çünki burada çoxlu qaranlıq məsələ var. İmtina məsələsinə gəlincə, bu insan taleyidir. İnsanlar uzun müddət tədqiqat işləri aparırlar, müdafiə şurasından keçirlər. Müdafiə Şurasının tərkibi əsasən elmlər doktorları, professorlardan ibarətdir. Bu tərkibdə bir komissiyadı. Belə çıxır ki, bu imtinanı verən AAK-da oturan insanlar müdafiə şurasında oturan şəxslərə hörmətsizlik edirlər, onların bu qərarını ayaq altına alırlar. Bu imtina həm həmin alimlərə hörmətsizlikdir, həm də etikadan kənardır. Bu, məsələnin bir tərəfi. İmtina məsələsinə AAK tərəfindən baxsaq, bəli, elə işlər ola bilər ki, zəif olsun, tələblərə cavab verməsin. Mən özüm də müdafiə şurasının üzvüyəm. Opponnet də, elmi rəhbər də olmuşam. Bəzən görürsən ki, opponentə elə iş gəlir, elmi rəhbərin heç onu oxumadığını görürsən. Bu işlərdə elə elementar texniki səhvələr olur ki, bunu vaxtında elmi rəhbər oxusaydı, düzəliş edilərdi və heç buna opponent nöqsan kimi yanaşmazdı.

- Demək olarmı ki, təqdim edilən elmi işlərə bəzi elmi rəhbərlər başdansovdu yanaşır?

- Təəssüf ki, bəzi elmi rəhbərlərin məsuliyyətsizliyi, hazır rəyə qol çəkməsi bu problemlərin yaranmasına səbəb olur. Guya hazır rəyə qol çəkməklə dissertanta kömək edirlər, deyirlər ki, rəyi özün hazırla mən qol çəkim. Burada rüşvət məsələsi də istisna deyil. Yəni AAK-ın 200-dən artıq şəxsə elmi dərəcə verməkdən imtina etməsinin səbəblərindən biri bəzi elmi rəhbərlərin işə məsuliyyətsiz yanaşmasıdır.

- Bu halda AAK-ın imtinasına haqq qazandırmaq olar?

- Bəli,  biz AAK-ın qərarına müsbət yanaşmalıyıq. Çünki bəzi elmi rəhbərlərin qohumbazlıq, tanışbazlıq, rüşvətxorluq mexanimi ilə irəli çəkdiyi bəzi şəxslərin zəif dissertasiyasına görə onlara imtina verilib. Digər tərəfdən, həmin imtina verilən işlərə baxsaq görərik ki, burada hansısa vəzifəli şəxsin yaxınının işi ola bilməz. AAK-da subeyktiv yanaşmalar da var. Tapşırığa baxmaq, nəyə görəsə güzəştə getmək kimi məsələlər də mövcuddur. İmtina verilən hər bir şəxsə fərdi qaydada yanaşmaq lazımdır. Fərdi qaydada yanaşanda demək olar ki, bu imtina düzdür, yaxud düzgün deyil, burada subyektiv hal var, yoxsa yoxdur. Bir məqamı da deyim ki, 2018-ci ildə AAK-ın tərkibi yenilənəndə Azərbaycanda bir sıra alimlər yeniliklərin baş verəcəyinə, müsbət mənada dəyişiklik olacağına, prosedurların sadələşdiriləcəyinə ümid edirdi. Amma bunun əksi oldu. Sadələşmədən çox sərtləşmə oldu, son aylarda da yeni qaydalar, sərtləşmələr baş verib.

- Nə mənada?

- Tutaq ki, professor elmi adı almaq üçün humanitar sahələr üzrə xaricdə nəşr olunan reytinqli jurnallarda üç məqalə tələb olunurdusa, indi beş məqalə tələb olunur. Əvvəllər monoqrafiyanın, dərsliklərin burada çap olunması tələb olunurdusa, indi deyirlər ki, xarici nəşrlərdə də işıq üzü görməlidir. Bu da, bilirsiz ki, çox böyük vəsait tələb edir. Belə çıxır ki, o elmi ada layiq insanların pulları, maddi imkanları yoxdursa öz monoqrafiyalarını xaricdə çap edə bilməyəcəklər. Amma pullu, imkanlı adamların özləri monoqrafiya yazmadan, kimlərəsə yazdıracaq, sonradan pul hesabına kimlərinsə vasitəçiliyi ilə o monoqrafiyanı çap etdirəcək və saxta yollarla elmi ad alacaq.

- Problemin həllini nədə görürsüz?

- Mənə elə gəlir ki, bununla bağlı çox güclü bir komissiya yaradılmalıdır. Azərbaycanda elmi dərəcələrin, elmi adların verilməsi sahəsində olan nöqsanları, eyni zamanda müsbət təcrübəni bu komissiya analiz edərək bu sahədə bir yenilik etməlidir. Çünki belə olmazsa, gənclərin elmə marağı azalacaq, onların  elmə gəlişinin qarşısı kəsiləcək. İslahatlar gücləndirilməlidir və bunun da tərkib hissəsi kimi elmi dərəcə, elmi ad alanların əməkhaqqının artırılması məsələsi daim gündəmdə olmalıdır. Hər il elmi dərəcə və elmi adlar almaq şərtləri sərtləşdirilir, amma əməkhaqqı yerində sayır. Böyük əziyyətlə elmi dərəcələr, elmi adlar alan insanların maaşına 20, 30, 50 manat əlavə edilməsi o qədər də stimul vermir. Gələcəkdə də bacarıqlı gənclərin elmə yox, daha çox qazanclı yerlərə getməsinə şərait yaradır. Məsələn, Sovet dövrü ilə müqayisədə indi elm adamlarına verilən əməkhaqqı çox azdır. Sovet dövründə elmlər doktorunun, professorun aldığı əməkhaqqı çox böyük vəsait olduğu üçün insanlar bu dərəcəni, adı almağa can atırdılar. İndi isə bunlar yoxdur. İl-ildən də elmi dərəcə və elmi adlar almaq şərtləri sərtləşdirilir. Qısası odur ki, bu sahədə ciddi islahatlar həyata keçirilməlidir, müstəqil məhkəmələr olmalıdır.

- Bu məhkəmələr niyə olmalıdır?

- Elmi adlar və elmi dərəcələr verilməsindən imtina edilən şəxslərin hamısı Azərbaycan vətəndaşlarıdır, ailə başçılarıdır. Burada insan taleyi həll olunur. Qapalı bir qrupun verdiyi rəylə nəyisə müsbət hesab etmək olmaz. Buna obyektiv yanaşmaq lazımdır. Mənə elə gəlir ki, gələcəkdə də AAK-ın işi şəffaf təşkil olunmalıdır. Özləri də deyirlər ki, ora yarımqapalı qurumdur.

Mən öz taleyimdə bunu yaşamışam. AKK-da verdiyi mənfi rəyi iddiaçıya təqdim etmir. Bu həmin sahədə ən böyük  çatışmazlıqdır. Tutaq ki, vətəndaş gəlir, deyirlər ki, sənin işinə mənfi rəy verilib, o da rəyə baxmaq istəyir. Deyir ki, rəyi verin görüm mənim işimin nöqsanı, çatışmazlığı nədir? Deyirlər ki, qaydaya görə bu sizə verilə bilməz. Bu, insan haqlarının pozulmasıdır. Bu bir detaldır. Bu cür detallar çoxdur. Mənə elə gəlir ki, bu kimi halların qarşısının alınması üçün ciddi islahatlara ehtiyac var.

- Siz tez-tez elmin inkişafına olan əngəllərdən danışırsız. Söhbət hansı əngəllərdən gedir?

- Bəli, elmin inkişafına əngəl olan bir sıra amillər var. Burada camaatın diqqətini cəlb etməyən bir məsələ var. O da xasiyyətnamə məsələsidir. Yəni elmi işlə məşğul olan insanların bürokratik aparatdan, yaxud hansısa sui-istifadəçi rəhbər şəxslərdən asılı vəziyyətə salınması halları davam edir. Tutaq ki, elmi iş yazan adam öz işini elmi müzakirəyə çıxarmaq istəyir. İlkin müzakirədən başlayaraq hər dəfə adamlardan xasiyyətnamə istəyirlər. Bu o deməkdir ki, bu insan nə qədər bacarıqlı alim olsa da, onun işlədiyi kollektivdə, idarədə əgər rəhbəri ondan bir balaca narazıdırsa, demək onun yolu bağlandı. Buna xasiyyətnamə verməyəcək, bu da heç bir addım atmayacaq. Bayaq danışdığımız məsələlərdə bu cür bürokratik əngəllər var. Aşağıdan başlayaraq bürokratik əngəllərlə üzləşən insanlar gəlib sonda imtina alıblar.

Burada xasiyyətnamə çox vacib bir məsələyə çevrilib. Yəni sən nə qədər istedadlı alim olursansa ol, xasiyyətnamən yoxdursa heç bir işi irəlilədə, onu müzakirəyə, müdafiəyə təqdim edə bilməzsən. Bununla da işin üstündən xətt çəkilir. Bu işi qaldırmaq lazımdır ki, gələcəkdə elmi işə görə xasiyyətnamə tələbi ləğv olunsun. Çünki bu, Sovet dövrünə xas olan bir məsələdir. İnsanın xasiyyətinin pis, yaxud yaxşı olmasının elmə heç bir dəxli yoxdur. Belə olarsa, elm gələcəkdə bürokratik əngəllərdən xilas ola bilər. Düyünü yavaş-yavaş açdıqca elmlə məşğul olan insanlara daha çox yardım etmək olar. Rədd olsun xasiyyətnamə, xasiyyətnamələrə ehtiyac yoxdur.

- Məhərrəm müəllim, yeri gəlmişkən, imtinalarla bağlı sosial şəbəkələrdə yayılan rəylərdə qeyd olunur ki, bu problemin ortaya çıxmasında elmi şuraların da məsuliyyəti var. Siz nə düşünürsünüz?

- Elmi şuraların işində də nöqsanlar var. Elmi şuralara qədər seminarlar olur, bu seminarlar da qüsursuz deyil. Azərbaycan reallığıdır ki, digər sahələrdə olan problemlər elmə də sirayət edir. Elm sahəsində də sui-istifadə halları çoxdur. Hətta elə müdafiə şuraları var ki, üzvlərinin iclasa gəlməsi üçün iddiaçıdan nə isə umulur. Halbuki, o şuranın iclasında iştirak etmək oların borcudur. Bəzi müdafiə şuralarının üzvlərinin iclasa gəlmək üçün umacaqlarının olması çox iyrənc bir haldır. Təəssüf ki, elm sahəsində bu hallar var. Bu xəstə orqanizm sağaldılmalıdır və bunun üçün də elmdə radikal islahatlar aparılmalıdır.

Bir məqamı da qeyd edim, müdafiə şurası üzvləri müzakirəyə gəlirlər, saatlarla müzakirədə otururlar, iştirak edirlər, amma onlara bir qəpik əməkhaqqı ayrılmır. Bəziləri də bu səbəbdən düşünür ki, gəlib burada vaxt itirirəm, amma buna görə əlavə maaş almıram, bu səbəbdən də iddiaçıdan neqativ yollarla nəsə umurlar. Müdafiə şuralarının işinin daha obyektiv təşkil edilməsi üçün orada təmsil olunan elmlər doktorlarına, professorlara, digər şəxslərə saata görə maaş ayrılmalıdır. Bu vacibdir. Amma onlara maaş verilmir. Müdafiə şuralarının üzvlərinə buna görə maaş verilməməsi belə neqativ halların ayaq açıb yeriməsinə səbəb olur…

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ