çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Şəhid qardaşlar” kitabı - 16-cı yazı

Image


Ruhi söhbət

Ana şəhid oğlunun tabutunu çiyninə qaldıranda yazdı ZƏFƏR MARŞInın ilk misrasını.

Əkiz şəhid oğullarını eyni gündə qarşılayanda qoca ana yazdı ZƏFƏR MARŞInın nəqarətini.

Həyat yoldaşının tabutunu çiyninə qaldıranda gənc qadın yazdı ZƏFƏR MARŞInın son sətrini.

Olub-qalan iki oğlu şəhid olan ana qoydu ZƏFƏR MARŞInın nidasını.

Analar yazdı ZƏFƏR MARŞInın sözlərini.

Oğullar döyüşə-döyüşə qazandıqları Qələbələrlə oxuya-oxuya səsi dünyaya yayılan ZƏFƏR MARŞImızın son akkordlarını Şuşaya Bayraq sancmaqla tamamladılar.

“Mənə daha “Ana” deyən yoxdur. Mənə “Ana”nı ancaq əsgərlər deyir” deyən, hər gün oğullarını yola saldığı məktəbə boylanan, oynadıqları həyətə uzun-uzadı baxan, hər qapı açılanda hərbi paltarlı oğullarını gözləyən, yolu daha çox qəbiristanlığa düşən, ruhuyla, düşüncəsiylə olanları yaşayan anadır Faya ana. Hər dəfə oğlunu ziyarətə gələndə “Qələbən mübarək, oğul”, - deyərək üzünə təbəssüm qonan başdaşındakı şəkli öpür. Oğlunu qucaqlayırmış kimi başdaşını qucaqlayır. Bu uzun sürən zaman ərzində nələr deyildi, nələr eşidildi, bunu ancaq iki ruh bilir. Bir-birini nəfəsdən, toxunuşdan duyan doğma ruhlar. Ayrılmaq istəməyən, olanları, olacaqları danışan ruhlar.

Səsi səslərə qarışan durna söhbəti kimi.

Bizə bu müqəddəs anı seyr etmək qalır.

Bu mənzərə bir yazıya sığmır. Bu səhnənin son kadrlarından uzaqlaşmaq üçün gözünü uzaqda görünən dağlara, bir də ağ-qara buludlara dikirsən. Yenə uzaqlaşa bilmirsən. Hər yerdə, hər baxışda ancaq onlar görünür. Qürubda da, gündoğanda da.

Bəlkə də, həyat budur. Anları il uzunlu, saatı ömrə bərabər zaman. Kimsəyə danışa bilmədiklərini yoxluğun içində varlıq bilərək daş sirdaşınla dərdini bölüşürsən. Özünlə, Yaradanla danışan kimi danışırsan yaratdığının ruhuyla.

Bu, ruh söhbətidir.

Başqasının qarışa, girə bilmədiyi ruh söhbəti. İkiliyin anlayacağı söhbət. Bəzən səsli, bəzən səssiz, bəzən danışan baxışların sükutu ilə. Bilmirsən həmin məqamda bir illik, ya ömürlük yükünümü boşaldırsan ... sabaha kimi azad olursan.

Yuxularla, qırılan xəyallarla, xatirələrlə dolan iç dünyası dolu söhbətlər bitən deyil, tükənən deyil. Körpəlikdən başlayıb bu günə kimi davam edən, sonra təzədən geri qayıdan söhbətlər...

Hər gün bu söhbətə susan qəbiristanlıq ananı addım səslərindən tanıyır. Yuxulayan qəbirlər dikəlib onu salamlayır. Bəlkə də, qəbirlər o səhnəni görmək üçün üzlərini onlara tərəf çevirir. Kim bilir... Dünyada bizim görmədiyimiz, bilmədiyimiz, anlamadığımız o qədər sirlər var ki...

Həyat qəribəliklərlə doludur. Bu qəribəlikləri görmək, duymaq, anlamaq böyük xoşbəxtlikdir. Ağrısı, acısıyla birlikdə. Budur fərqlilik.

Bu da seçilmişlərin işidir.

Hər kəsin taleyinə şəhidlik düşmədiyi kimi, şəhid anası olmaq da düşmür. Yaradanın sevimlisi olmaq hamıya nəsib olmur.

Bizim bütün şəhidlərimizin üzündə qürur dolu bir sevinc, təbəssüm vardı. Bu qələbəyə olan inamın, ümidin, bu yolu seçənlərin, vətəni canlarından çox sevənlərin amallarının, yollarının zəfərinin sevinciydi.

Biz seçimimizdə yanıla bilərik, Yaradansa, heç vaxt yanılmır. Onun öz seçimi var. Minlərin, milyonların içindən az sayda sevdikləri, şərəfə layiq bildikləridir Şəhidlər.

O seçilmişlərin içində sizlər də varsınız, şəhid anaları!

Siz müqəddəslərin müqəddəslərisiniz!

Qələbə təsəllili analar!

Şəhid anaları

Gecəsi övlad yuxulu,

gündüzü həsrət qoxulu,

baxır, uzaqlara baxır,

yoxluğu var bilən analar,

sevən, sevilən analar.

 

Sözləri alqış yerində,

zəfəri çağrış yerində,

gəlini xına əlində 

süfrəsi fəsəli analar,

Qələbə təsəlli analar.

 

Gözləri hey yol çəkər,

uzaqdan bir kölgə gələr,

addımlar bir cüt gül əkər...

ümidə qucaq analar,

dözümlü, qoçaq analar.

 

Sükutu Bisutun kimi,

duruşu sütun kimi,

baxışı qurğuşun kimi,

mərddi qəhrəman analar.

 

Torpaqdı, anadı vətən,

canlardan bahadı vətən,

qeyrətli sonadı, Vətən,

şəhidi doğan analar.

 

Musiqi ruhun qidasıdır

 

Ananın arzusu bitmədiyi kimi ağrıları da tükənmir. Faya xanımın arzuları ilə ağrıları bir-birinə qarışıb.

“Bu uşaqları çox əzab-əziyyətlə böyütdüm. Onları soyuqdan-qardan qorudum, düşməndən qoruya bilmədim. Tabuta sığmayanlar qəlblərə sığdılar. İki övlad anasıydım, amma bilmirdim iki şəhid anası olacam.

Cavidin arzusunu yerinə yetirə bilmədim. 26 sentyabr 2020-ci ildə Cavid zəng eləmişdi, uşaqları ilə görüntülü danışmaq istəyirdi. İnternet olmadığından görüntülü danışa bilmədik. Arzusu ürəyimdə qaldı.

İstəyirdim heç olmasa, Çingizin arzusu ürəyində qalmasın.

Çingizin döyüş dostu Qabil deyir ki, Çingiz sanki şəhid olacağını bilirdi. Hətta Qalibə bir dəfə vəsiyyət də edib ki, mən şəhid olsam, məzarım üstündə Elnarə Abdullayeva ana haqqında muğam ifa etsin.

Elnarə xanıma sonsuz təşəkkürümü bildirirəm. Çox sağ olsun. Bir vətəndaş, ana olaraq mənim səsimi eşidib Çingizin arzusunu yerinə yetirməyə gəldi. Allah onu arzularına qovuşdursun. Çingizimin arzusunu həyata keçirdi. Üstümdən dağ götürüldü”.

...Müharibədən bir il sonra həkim-foniator Fəxriyə Əsədovanın vasitəsiylə şəhidin son sözləri Elnarə xanıma çatdırıldıqda o, bir dəqiqə belə tərəddüd etmədən Fəxriyyə xanımla birlikdə Şəmkirə yola düşdülər. Şəhid qardaşların ailəsi, valideynləriylə görüşdükdən sonra onlar Şəmkir rayonunun Yeniabad qəbiristanlığına gedib şəhidlərin qəbrini ziyarət etdilər.

Elnarə xanım Çingizin qəbri üstə onun istədiyi muğamı elə bir səslə, elə bir yanğıyla oxudu ki, muğam sədası altında qəbiristanlığa göz yaşı yağırdı. Hamı qulaq kəsilmişdi. Ağaclar da, quşlar da.

Sevinən bir Çingizin ruhu idi, bir də oğlunun arzusu yerinə yetdiyindən üstündən yük götürülən gözüyaşlı Faya ana.

Arzusu reallaşanda insan onu ağladan məqamda da sevinə bilir. Bu qəmin sevincə dönmə anıdır. Ruhun sakitləşməsi, rahatlanmasıdır.

Jurnalistlərin suallarını cavablandırarkən Elnarə xanım qeyd edir ki, mən gəlməyə bilməzdim. Şəhidimizin arzusunu mütləq yerinə yetirməliydim.

Övlad ən ağır məqamında “Ana! Ay ana”, - deyir. Amma Çingiz məndən onun qəbri üstündə oxumağımı istəmişdi. Gəldim, ruhunu şad edəm, anasına, doğmalarına belə oğullar böyütdüyü üçün təskinlik verəm, səbir diləyəm.

Mən həmişə şəhidlərimizi yad edirəm. Bu hamımızın borcudur. Şəhidlər bizim üçün, bu torpaq üçün şəhid oldular.

Allah Çingizə, Cavidə və bütün şəhidlərə rəhmət eləsin. Ruhları şad olsun.

“Musiqi ruhun qidasıdır” (Ü.Hacıbəyli).

Muğamlarımızı ruha qədər ucalda bilən Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Elnarə Abdullayeva bunu bir daha təsdiq etdi. Bu dəfə Elnarə xanım səsini şəhid ruhuna yönəltdi...

Bu ifa Elnarə xanımın özünün ifasında dediyi kimi “nə Mahurdu, nə Zabuldu, nə Segah...” sadəcə bir ah, bir nalə, bir ana fəryadı idi. Elnarə xanımın ruha qida verən səsi bu dəfə şəhidin ruhunu oyatdı. Arzusunun yerinə yetdiyi şəhidə ağah oldu.

Şəmkir rayon Yeniabad kəndinin şəhidləri Cavid və Çingiz Məmmədov qardaşlarının əziz xatirəsinə

Sentyabrın 27-si idi. Sərin külək əsirdi. Biz ailəlikcə oturub söhbət edirdik. Birdən qardaşım xəbər gətirdi ki, düşmən gecə saatlarından atəşkəs rejimini pozub. Ordumuzun döyüşə tam hazır olduğunu bilirdik. Döyüşə bizim Yeniabad kəndimizdən də gənc oğlanlar yollandılar. Məmmədov Cavid və Məmmədov Çingiz qardaşları isə gizir kimi orduda xidmət edirdilər. Onların xüsusi hərbi hazırlıqlarından, ailələrinə göndərilən Fəxri fərman və məktublardan kənddə hamının xəbəri vardı. Düşmənə olan nifrətləri də hamıya bəlli idi. Bu qardaşlar torpaqlarımızı işqaldan azad etməyi, anaları Faya xanımı doğma Dərələyəz mahalına aparmağı, nənə-babalarının qəbirlərini ziyarət etməyi qarşılarına məqsəd qoymuşdular. Bu analarının  ən böyük arzusu idi.

Artıq bir neçə gün idi ki, şiddətli döyüşlər gedirdi. Faya ana oğullarından çox narahat idi. Sentyabrın 27-si Cavid anası və ailəsi ilə danışarkən onlarla sağollaşıb on gündən sonra onalara qələbə xəbərini verəcəyini söyləmişdi.

Valideynlərin narahatlığı başa düşülən idi.  Evin iki övladı da döyüşdə idi.

Bu iki qardaş eyni gündə ailə həyatı qurmuşdu. Hər iki qardaşın iki körpəsi var. Cavidin Elcanı və Damlası, Çingizin isə Elgizi və Uğuru.

Müharibənin şiddətli günlərindən birində həyətə çıxanda gördüm ki, Türkan iki körpəsini qucaqlayıb ağlayır: “Mənim nə atam, nə də anam var. Cavid mənə həm ata, həm ana, həm qardaş, həm də arxa-dayaq oldu. İnşallah, tezliklə sağ-salamat gələr və sizi atasız qoymaz”. Bu mənzərə mənə çox pis təsir etdi. Ağlaya-ağlaya otağıma gəldim. Axşama qədər otağımdan bayıra çıxmadım. Bu mənzərə gözümün önündən getmirdi. Müharibə, ananın hönkürtüsü qəlbimi dağladı, məni paramparça etdi.

Biz hər gün televiziya qarşısında əyləşərək torpaqlarımızın azad olunması ilə bağlı Ali Baş Komandan İlham Əliyevin çıxışlarına qulaq asırdıq. Mən torpaqlarımızın azad olunmasına çox sevinsəm də, hər gün bir ailənin, bir ocağının sönməsinə çox üzülürdüm. Çünki hər bir ailə əzab-əziyyətlə övladlarının xoş, firavan yaşamasına çalışırdı. Məmmədovlar ailəsi də həmçinin ...

Oktyabrın 4-ü idi. Göy üzü dolmuşdu, sanki ağlamaq istəyirdi. Yuxudan dəhşətli ağlaşma səsinə oyandım. Cavid İlham oğlu Məmmədov düşmənlə döyüşdə qəhrəmancasına şəhid olmuşdu. Bu dəhşətli mənzərəyə necə reaksiya verəcəyimi bilmirdim. Evdəkilər şəhid Cavidi qarşılamağa getmişdilər. Bütün kənd orda idi. Əslində hamı şəhidlə qürur duyurdu.

Üçrəngli Dövlət Bayrağımız şəhid Cavidin valdeynlərinə təhvil verildi. İlham ata bayrağı alaraq öpüb gözünün üstünə qoydu. Bəli, vətən bizə hər şeydən əzizdir. Onun yolunda biz canımızı verməyə cümlə hazır, qan tökməyə cümlə qadir olmalıyıq.

Faya ana şəhid Cavidi son mənzilə yola salınarkən arxasınca ayaqyalın qaçdı. Qadınlar ananı zorla sakitləşdirərək evə gətirdilər. Cavid torpağa tapşırılandan sonra əsgərlər göyə atəş açdılar. Dağ-daş yerindən oynadı. Bir dəqiqəlik sükutla əziz xatirəsini anıldı.

Türkan xanım bu ağrı-acıdan bir müddət özünə gələ bilmədi. Çünki övladları da özü kimi atasız qaldı. Amma Türkan xanımın "Mən Cavidimin şəhid olduğu o yerə getmək, o torpağı qucaqlamaq istəyirəm. Bəlkə onda təksinlik taparam" kəlmələri daim qulaqlarımda cingildəyir.

Caviddən sonra gözü yollarda Çingizi axtaran Faya ana: "Heç olmasa Çingiz sağ-salamat gəlsin. Qazi gəlsə də olar, təki gəlsin. Ona qurbanlar kəsəcəyəm", - deyirdi. Artıq deməyə söz qalmırdı, sözlər tükənmişdi. Kənddə də şayiələr gəzirdi. Buna dözməyən ana oğlunun ardınca çox yerlərə getdi. Yazıq ana hər gün ağlayaraq: “İtkinlik nə qədər ağır olsa da, bircə qapımı döyməsinlər. Mən bayrağa bükülmüş ikinci tabut istəmirəm. Birini şəhid versəm də, birini qazi kimi görmək istəyirəm", - söyləyirdi.

Yazıq ata dəhşətli yuxunu görmüşdü. Hətta yuxunu yaxınlarına da danışmışdı. Ancaq yaxınları bunu təkzib etmiş, Çingizin gələcəyini ümid edirdilər.

Uzun sürən araşdırmalardan sonra şəhid Çingizin nəşi 18.12.2020-ci ildə ailəsinə təhvil verildi. Ailə çökmüşdü, necə reaksiya verəcəklərini bilmirdilər.

Kənd ikinci şəhidini qarşılayırdı.

Hamı şəhid Çingiz Məmmədovla vidalaşdı və Çingiz şəhid qardaşı Cavidin məzarı yanında dəfn edildi. Qardaşlar cənnətdə bir-birinə qovuşdular. İndi soyuq məzar başında duran ana bilmir hansı övladının qəbrini qucaqlasın. Bu vəziyyətdə yazıq ananın ağlamaqdan başqa çarəsi qalmır. Amma hər dəfə onlardan ayrılan ana “Vətən sağ olsun!” - deyir.

Acını yaşayaraq övladları ilə qürur duyan valideynlər torpaqlarımız işğaldan azad olunanda onların ruhlarının şad olacağına inanırdılar. 

Nəhayət, 8 noyabr 2020-ci ildə bütün televiziya kanallarından xoş xəbərlər eşitdik. Şuşa azad edildi və şəhidlərimizin qanı yerdə qalmadı. Həmçinin Məmmədov qardaşlarının. Məmmədov ailəsi bu xoş xəbəri sevinclə qarşıladılar. Artıq arzuları həyata keçmişdi. Şəhidlər də qalibdilər. Bu qələbədə onların da payı var. Oğulları sağ olsaydılar bu xoş xəbərləri onlara özləri çatdıracaqdılar.

Böyükdən kiçiyə kimi hamı küçələrə axışdı, hər kəs qələbə münasibəti ilə bir-birini təbrik edib, qurbanlar kəsdilər. Biz isə Faya ananın və İlham atanın qarşısında baş əydik, anamızın əlindən öpdük. Belə övladlar böyütdüyünə görə onlara öz minnətdarlığımızı bildirdik.

İndi bütün kənd əhalisi Faya ana və İlham atayla birlikdə qəhrəmanlarımızı ziyarət edir və şəhidlərin məzarları üstünə gül-çiçək və əklillər qoyurlar. Biz şəhidlərimizlə qürur duyuruq. Dövlət başçımız tərəfindən şəhid ailələrinə qayğı göstərilir. İşğaldan azad olunmuş ərazilər minadan təmizlənir, yenidən tikilir, abadlaşır. Faya ana da Qarabağımızı - Şuşamızı, Kəlbəcərimizi və bütün işğaldan azad olunmuş torpaqları gördükcə oğullarının sevinən ruhlarını duyacaq.

Aytəkin Əliyeva, qonşu. Gəncə Dövlət Universitetinin tələbəsi

(Ardı var)

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ