Cümə günü, 18 sentyabr 2026
     

Nazirdən ölkənin orta ümumtəhsil sisteminə ağır ittiham - daha nazir də belə dedisə...

Image


"Məktəblər təhsil vermir və biz bunu bilirik". Bunu Elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə Bakı şəhərində yerləşən məktəblərin direktorları ilə görüşü zamanı deyib. Nazir çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevrildiyini deyib: "Nazir dedi ki, məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər".

Nazirin məlum açıqlamasından belə aydın olur ki, onun özü məktəblərin dərs keçmədiyini etiraf edir. Maraqlıdır, məktəblərlə bağlı yaşanan məlum problemlər necə həll olunacaq?

  • Elşən Qafarov: “İkinövbəli məktəb sistemində tədris və təlimin keyfiyyətli qurulmasından söhbət gedə bilməz”

Təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkə təhsilində repetitorluğun (kölgə təhsili) hökm sürməsi illərdir davam edir. Kölgə təhsili təhsilin bütün pillələrini əhatə edir: “Kölgə təhsilinin uzun illərdir aidiyyəti qurumlar tərəfindən müdafiə olunması bu sahəyə əlavə güc verib. Repetitorluğun və ya kursların əldə etdiyi nəticələr  sonda məktəblərin adına yazılır. Məktəblər və təhsil idarəetmə orqanları da bundan razıdırlar. Bunların razı olmasının səbəbi odur ki, əldə olunan nəticələr ümumilikdə təhsilin adına yazılır. Repetitor və kurslar isə ona görə məmnundurlar ki, burada böyük pullar dövr edir. Burda uduzan tərəf təhsil alanlardır. Onlar bir şeyi öyrənmək üçün həm dövlət məktəbinə getməli olur, həm də kursa. Nəticə etibarı ilə yeniyetmələrin həyatı istismar olunur. Uduzan ikinci tərəf isə valideynlərdir. Valideynlər kölgə təhsilinə vəsait sərf edirlər. Ümumilikdə uduzan isə cəmiyyət və dövlətdir. Çünki təhsil dövlət müəssisələrində deyil, kommersiya qurumlarında keçirilir. Onu da nəzərə almaq lazımdır ki, repetitor və təhsil kursları vergidən yayınanlar arasında ilk sıradadır”.

Həmsöhbətimizin sözlərinə görə, təhsil sahəsinə nəzarət olunmur: “Nazirin məktəblərlə bağlı məlum fikri də təsdiq edir ki, bu sahədə ciddi problemlər var. Vəziyyət göründüyü qədər asan deyil. Kölgə təhsili ilə mübarizə aparmaq üçün ilk növbədə repetitorluğu yaradan səbəblər aradan qaldırılmalıdır. Həmin səbəblərdən biri qəbul imtahanlarının ağırlığıdır. Bununla bağlı illərdir təkliflər veririk. Ancaq onların öz proqramları var. Təhsil kursları və  repetitorlar da  çalışır ki, valideyn qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilsin. Belə olduğu halda cəmiyyətin dövlətin təhsil strukturlarına inam və etimadı yox olub. Təkliflərimiz ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) test hazırlanma səlahiyyəti alınmalıdır. Prezident və ya Nazirlər Kabineti yanında Testologiya Mərkəzi yaradılmalıdır. DİM sadəcə imtahanları keçirən texniki quruma çevrilməlidir. Bu test mərkəzi milli qiymətləndirmələr, monitorinqlər vasitəsilə şagirdlərin bilik və bacarıqlarını müəyyən etməlidir. Suallar isə təhsilalanların bilik və bacarıqlarına uyğun olaraq tərtib olunmalıdır. Belə olarsa repetitor və təhsil kurslarına ehtiyac olmayacaq”.

E.Qafarov onu da əlavə etdi ki, bu gün Azərbaycan müəlliminin əmək haqqı çox aşağıdır. Hazırki vəziyyətdə müəllimlərin maaşı azı 2 dəfə artırılmalıdır ki, onlar repetitorluq haqqında düşünməsinlər. Müəllim bütün enerjisinin, biliyini, bacarığını sinifdə qoymalıdır: “Bunun üçün onun maddi marağı olmalıdır. Xatırladım ki, bu yaxınlarda sertifikasiyadan keçəcək müəllimlərin maaşı 10 faiz, maksimum nəticə göstərənlərin maaşı isə 35 faiz artacaq. Müəllimin sosial ehtiyaclarının ödənilməsi üçün onların əmək haqqı azı 2 dəfə artmalıdır. Belə olarsa təhsildə istənilən nəticə əldə edilmiş olar”.

Ekspertin sözlərinə görə, repetitorluğa marağın bir səbəbi də dərsliklərin bərbad səviyyədə olması ilə bağlıdır. Hər il çoxlu sayda dərslik nəşr olunmasına baxmayaraq, keyfiyyət aşağı səviyyədədir.

E.Qafarov şəhər yerlərində olan məktəblərdə şagird sıxlığının yaşandığını da dilə gətirdi. Bir sinifdə 20 şagird təhsil almalı olduğu halda 30-dan artıq məktəbli olur. Ölkədə məktəb qıtlığı var, xüsusən də Bakı şəhərində məlum problem yaşanır: “Şagird sıxlığı da tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Müvafiq proqram üzrə kefiyyətli təhsil ala bilməyən şagirdlərin valideynləri repetitorluğa müraciət edir. Təkcə Bakı şəhərində azı 300 məktəbə ehtiyac var. Abşeron, Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə yeni məktəblər inşa olunmalıdır. Ümumiyyətlə, ikinövbəli məktəb sistemində tədris və təlimin keyfiyyətli qurulmasından söhbət gedə bilməz. 2019-cu ildə Prezident İlham Əliyev Bakı şəhərində məktəblərin infrastrukturunun yaxşılaşdırılması ilə bağlı 47 milyon manat vəsait ayırdı. Ucqar ərazilərdə məktəblər tikilir, ancaq şəhərlərin tədris müəssisələrinin sayı azdır”.

Həmsöhbətimiz hesab edir ki, bu sahədə yaşanan problemləri həll etmək üçün təhsil prosesinin idarəetmə sistemində təhsillə əlaqəsi olmayan şəxslər funksional vəzifələrdə olmamalıdır.

  • Elçin Əfəndi: “Bəzi təhsil müəssisələrində təhsil verənlər yalnız ovçu qismində məktəbə gedir”

Təhsil eksperti Elçin Əfəndi bizimlə söhbətində bildirdi ki,  bəzi təhsil müəssisələrində təhsil verənlər yalnız ovçu qismində məktəbə gedir. Şagirdləri repetitorluğa cəlb etmək onların məqsədləridir. Bu hər bir təhsil verənə şamil olunmur. Təhsilə, peşəsinə vicdanla yanaşan müəllimlər də az deyil: “Təəssüflər olsun ki, bir çox müəllimlər çalışır şagirdləri repetitorluğa cəlb etsin. Bunun da başlıca səbəbi pedaqoqların əmək haqlarının normal səviyyədə olmamasıdır. Həmçinin, pedaqoqların işinə müvafiq nəzarət mexanizmi tətbiq edilərsə orta ümumtəhsil məktəblərində təhsil istənilən səviyyədə olar. Bu gün 4440-dan çox təhsil müəssisəsi var. Bu qədər məktəb olmasına baxmayaraq, barmaqla sayılası qədər məktəbdə təhsil lazımi səviyyədə tədris olunur. Ancaq digərlərində isə təhsil, təəssüf ki, keyfiyyətli deyil. Bunu nazirin özü belə etiraf edirsə, artıq bəlli məsələdir ki, təhsilin keyfiyyəti hansı səviyyədədir”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

17.09.2026 / 16:04
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

17.09.2026 / 15:30
Deputatın ailəsinin Dubayda 76 mənzilinin olduğu ortaya çıxdı…

17.09.2026 / 15:27
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında

17.09.2026 / 15:02
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir

17.09.2026 / 14:56
Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

17.09.2026 / 14:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - FOTO

17.09.2026 / 14:53
Azərbaycanın gücü onun coğrafiyasından daha böyükdür

17.09.2026 / 14:49
Professor Tofiq Nəcəflinin yaradıcılığında tarixi Azərbaycan və Türk memarlığının gizlinləri...

17.09.2026 / 14:41
Prezident və Birinci xanım Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 14:26
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Nəsimi Bağları” kompleksi ilə tanış olublar - FOTO

17.09.2026 / 14:09
102-ci baza “boyun əti“ kimi dəri üstündə qalıb – nə Rusiya gedir, nə də Paşinyan tələb qoyur...

17.09.2026 / 14:07
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 13:46
Prezident: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

17.09.2026 / 13:45
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" - Prezident

17.09.2026 / 13:38
Bakıda TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib

17.09.2026 / 13:36
"Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır" - Prezident

17.09.2026 / 13:34
Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

17.09.2026 / 13:31
"Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir" - Prezident

17.09.2026 / 13:25
Prezident: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

17.09.2026 / 13:21
Səudiyyə hüsilərlə savaşda problemlə qarşılaşdı – ölkənin HHM raketləri tükənir…

17.09.2026 / 13:20
"Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir" - Prezident

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ