Cümə günü, 05 iyun 2026
     

Göyçənin mənəvi-intellektual incisi: azərbaycançılıq uğrunda mübarizədə keçən şərəfli ömür

Image


Azərbaycan çox sahələrdə ənənələr sahibidir. Dövlətçilik, ideologiya, əxlaq və insan cəmiyyətinin mövcudluğu üçün digər mühüm sahələrdə malik olduğumuz ənənələr dünyaya məlumdur. Tarixi taleyimiz elə olub ki, XX əsrdə xalqımıza qarşı haqsızlıqlar və zülmlər edilib.

Tarixin bu cür çətin və ziddiyyətli dövrlərində toplumun ziyalılarının üzərinə xüsusi mənəvi yük düşür. Onlar xalqın milli mübarizəsində ön sıraya çıxırlar. Göyçədə dünyaya göz açmış, lakin bütün türk dünyası miqyasında düşünən, Azərbaycan sevgisi ilə fəaliyyət göstərən İsmayıl Əliyev həmin ziyalılardan olub. Onun kimi intellekt sahiblərimizin irsinin öyrənilməsi və tanıdılması bir çox aspektdə olduqca aktualdır! Biz bu məqalədə, təbii ki, həmin məsələnin yalnız müəyyən tərəflərinə dövlətçilik və azərbaycançılıq kontekstində baxmağa çalışacağıq.

Mübariz jurnalist və yorulmaz maarifçi: xalqı üçün savaşan şahin!

Vətən anlayışı geniş məzmuna malikdir. Vətən haqqında filosoflar, şairlər, yazıçılar, tarixçilər və digərləri çox yazıb, həm analiz, həm də tərənnüm ediblər.

Qədim zamanlardan Vətəni qorumaq, sevmək, onu müqəddəs saymaq bütün xalqlarda ənənə halını alıb. Daha dərin düşünənlər isə "Vətəni necə qorumaq və sevmək olar?" sualına cavab axtarıblar ki, onun da digər üzü "Vətəni kimlər sevir və qoruyur?" sualına cavab axtarışından ibarətdir. Həmin bağlılıqda fəlsəfi, tarixi və poetik aspektlərdə "Vətəni kimlər yaradır?" ritorik sualı da ağıla gəlir.

Burada ancaq ritorika axtarmaq da vəziyyəti tam ifadə etmir. XIX-XX əsrlərdə fransız tarixşünaslığında "avtobioqrafik tarix" deyilən bir fikir geniş yayılmışdı. Ayrı-ayrı tanınmış ailələrin (o cümlədən ziyalıların və zadəganların) həyat tarixçəsini öyrənməklə bütövlükdə cəmiyyət, mədəniyyət və Vətənin tarixini öyrənməyə can atan tarixşünaslar çox maraqlı qənaətlər əldə etmiş, cəmiyyət və Vətənin siyasi, mədəni, tarixi məzmun almasında tanınmış ailələrin rolunun yüksək olduğu nəticəsini çıxarmışdılar.

Azərbaycanda da bu ənənənin mövcud olduğunu deyə bilərik. Ümumiyyətlə, türk qövmünün hər bir tayfası, bütövlükdə xalqı və nəhayət, türk millətinin formalaşmasında liderlərin, zadəganların, ziyalıların rolu çox böyük olub. Tariximizin bu aspektini də dərindən öyrənməyin, hər bir ziyalının xalqına, millətinə, Vətəninə xidmətinin "elmi ölçülməsi"nin zamanı çoxdan gəlib çatıb.

Burada Azərbaycan üçün əhəmiyyəti olan bir tarixi-siyasi və mədəni özəlliyi də vurğulamaq zəruridir. Tale elə gətirib ki, Azərbaycan parçalanıb. Siyasi olaraq onun müxtəlif əyalətləri fərqli dövlətlərin xəritəsinə düşüb. Bu proses zamanı azərbaycanlılar xalq və din sahibi olaraq haqsızlıqlar, zülmlər görüblər. Düşmən güzəşt etmədən Azərbaycan türk xalqının mənəvi, əxlaqi, mədəni, tarixi və sosial kimliyinə təcavüz edib, onu yer üzündən silməyə, fərdi şəkildə adamları məhv etməyə çalışıb.

Məhz bu məqamda Azərbaycan Vətəni, xalqı və mədəniyyəti uğrunda ayrı-ayrı fərdlərin mübarizəsinin də əhəmiyyəti xeyli artıb. Bəzən bir kənddə, bir obada, bir eldə və bir bölgədə xalqın mənəvi-əxlaqi və sosial-mədəni kimliyinə olan hücumlara qarşı ziyalılarımız öz fiziki kimliklərini riskə ataraq mübarizə aparmalı olublar.

Azərbaycanın XIX-XX əsrlər tarixi bunu təsdiq edən nümunələrlə doludur. XXI əsrin ilk onilliklərində belə, elə qədim Azərbaycan əyalətləri vardır ki, burada həmin aspektdə fəaliyyətə ehtiyac daha da aktuallaşıb. Həm tariximizi daha dolğun şəkildə dərk etmək, həm də hazırda müstəqil Azərbaycan dövlətinin siyasi xəritəsindən kənarda qalan "yavru bölgələrdə" (mahallarda, əyalətlərdə) tariximizi "canlandırmaq" üçün bu kimi araşdırmalara ehtiyac çox böyükdür! Göyçə kimi başıbəlalı bir mahalın zadəganları, ziyalıları, aşıq-ozanları, el qəhrəmanlarının həyat yolunun dönə-dönə işıqlandırılması, milyonlara çatdırılması həm də bütün bunlara görə çox böyük əhəmiyyət kəsb edir.

Bu kontekstdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin aşağıdakı fikirlərini deviz kimi qəbul etmək gərəkdir: "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub. Bunu gənc nəsil də, dünya da bilməlidir. Çox şadam ki, mənim tövsiyəmlə bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı, İrəvan xanlığı haqqında çox sanballı elmi əsərlər yaradılır, bir neçə xarici dilə tərcümə edilir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq. Çünki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq".

Bəli, Prezidentimiz tamamilə haqlıdır: "biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq"! Biz o torpaqlara intellektimiz, əxlaqımız, mənəviyyatımız, dövlətçilik tariximiz, yeni texnologiyalarımız və mədəniyyətimizlə qayıtmalıyıq!

Onu deyək ki, Prezidentin rəhbərliyi ilə Azərbaycan Respublikası və azərbaycanlılar bu Yolda səbir, əzm, inam və qərarlılıqla irəliləyirlər! Bu yolun sonu ZƏFƏRLƏR və UĞURLARDIR!

İndi Azərbaycanı Vətən, milləti türk kimi sevən ziyalıların həyat yolunu daha geniş işıqlandırmaq bir vəzifədir. O cümlədən Göyçə mahalında uzun illər erməni şovinizmi və daşnakizminə qarşı açıq və ya gizli, vəzifədə olaraq və ya olmayaraq, daim mübarizə aparan Azərbaycan türklərinin həyat fəaliyyəti dərindən öyrənilməlidir. Bu sırada İsmayıl Hüseyn oğlu Əliyevin yeri və rolu ayrıcadır.

Vikipediyada yazılanlardan: "İsmayıl Hüseyn oğlu Əliyev 1927-ci il iyun ayının 22-də Göyçə mahalının Hacı Qərib-Sadanağaç-Güney kəndində Alıoğlu Hüseynin və İrvaham qızı Həlimənin ailəsində dünyaya göz açıb. İlkin orta təhsilini Hacı Qərib-Sadanağac kəndində alıb. 1939-1942-ci illərdə İrəvan Türk Pedaqoji Texnikumunu dil-ədəbiyyat müəllimi ixtisası üzrə bitirib. 1942-1944-cü illərdə Göyçədə pedaqoji fəaliyyət göstərib. Böyük Vətən müharibəsinin başlanması ilə 1944-cü ildə yaşını bir il artıraraq könüllü şəkildə ordu sıralarına qatılıb, Kutaisi şəhərində hazırlıq mərhələsi keçdikdən sonra Varşava cəbhəsinə göndərilib, Varşavanın azad olunmasında yaxından iştirak edib".

Bu qısa məlumatda bir Azərbaycan-türk oğlunun Vətənə sədaqətini, qeyrətini, elmə həvəsini və torpağa bağlılığını göstərən qiymətli fikirlər vardır. İsmayıl Əliyev İrəvan Türk Pedaqoji Texnikumuna daxil olur və oranı bitirdikdən sonra müəllimlik fəaliyyətinə başlayır. Lakin müharibə başlayan kimi özünü səngərdə görür: yaşını artıraraq könüllü cəbhəyə gedir. Varşavanın azad olunmasında fəal iştirak edən İsmayıl Əliyev Göyçəyə qayıdır. O, bunları bir Vətənsevər kimi edir. Bunu sonrakı həyat fəaliyyəti sübut edir.

Bioqrafiyasının sonrakı səhifələrinə baxaq: "Müharibədən qayıtdıqdan sonra 1948-1953-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirir. Eyni zamanda, Pəmbək, Sadanağac, Şişqaya, Dərə kəndlərində dərs hissə müdiri, məktəb direktoru kimi pedaqoji fəaliyyət göstərir. 1951-1953-cü illərdə "Bolluq uğrunda" Basarkeçər rayon qəzetinə baş redaktor təyin olunur. Qəzet iki dildə: Azərbaycan və erməni dillərində çıxırdı. İsmayıl Əliyev 1953-1959-cu illərdə "Bolluq uğrunda" qəzetinin baş redaktoru, mətbuat işinə çox gözəl bələd olan ünlü jurnalist, kəsərli qələm sahibi, 1959-cu ilin aprel ayından SSRİ Jurnalistlər İttifaqının üzvü, Partiya və ideoloji iş üzrə RPK-da təbliğatçı (1950), iqtisadçı, kolxoz-sovxoz direktoru, ideoloji iş üzrə partiya fəalı, Bakı Ali Partiya məktəbinin məzunu (1962-1964) olur, 1950-1988-ci illərdə Basarkeçər Rayon Sovetinə 38 il fasiləsiz olaraq deputat seçilir".

Diqqət edək: İkinci Dünya müharibəsindən qayıdan İsmayıl Əliyev Bakıda institut bitirir, lakin şəhərdə qalmır, ucqar dağ kəndlərində azərbaycanlıların maarifləndirilməsi ilə məşğul olur. Öz doğma Vətənində işləməyə üstünlük verir və bu yoldan həyatının sonuna qədər dönmür. Bakı Ali Partiya məktəbini bitirəndən erməni faşistlərin türkləri əzəli torpaqlarından 1988-ci ildə deportasiya edənə qədər doğma mahalında çalışır.

Faktlar danışır: 1964-1966-cı illərdə Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetinin 7 bölgə üzrə – Vardenis (Basarkeçər), Krasnoselo (Çəmbərək), Kamo (Kəvər), Martuni (Aşağı Qaranlıq), Sevan (Yelenovka), İcevan (Karvansaray), Abovyan (Ellər) bölgələri üzrə xüsusi müxbiri təyin olunur. 1966-1968-ci illərdə Ağkilsə-Azad sovxozunda direktor, 1968-1973-cü illərdə Babacan, Pəmbək və Güney kəndlərində kolxoz sədri, təsərrüfat rəhbəri vəzifələrində çalışır ... 1972-1988-ci illər ərzində Güney kənd orta məktəbinin direktoru kimi fəaliyyət göstərir, böyük bir müəllim ordusu ilə yeni nəslin təlim və tərbiyəsində zəhmətini əsirgəmir".

Burada bu bioqrafik təsvirin şərhinə ehtiyac duyuruq. İsmayıl Əliyevin həyatı intellektual zəhmətlə başlayıb və sona qədər də belə davam edib. Onun haqqında yazanlar müəllimliyi, partiya fəaliyyəti, hakimiyyətdəki vəzifələri ilə yanaşı, jurnalistliyini də ayrıca vurğulayırlar. Səbəbi nədir? Səbəbi ondadır ki, İsmayıl Əliyev əməli fəaliyyəti ilə yanaşı, yazılarında, qaldırdığı məsələlərdə qorxmadan xalqına qarşı erməni şovinistlərin, bəzi partiya mənsublarının etdiyi hərəkətləri ifşa etməklə məşğul olub. Onun yazıları o zamanlar İttifaq miqyasında sayılan mətbu orqanlarda dərc edilib.

Həmin yazılarda İsmayıl Əliyev bir azərbaycanlı-türk övladı kimi istedadı, məsələləri məntiqi və dəqiq qoymaqla rəğbət qazanıb. Azərbaycanlılara qarşı erməni məmurların yaramaz və haqsız davranışlarını açıq yazıb və bunun aradan qaldırılmasını tələb edib. Tanınmış Azərbaycan jurnalisti Qədir Aslanın yazdıqlarından bir fraqment: "İsmayıl müəllim ali partiya təhsili aldıqdan sonra "Sovet Ermənistanı" qəzetində 7 bölgə üzrə xüsusi müxbir kimi fəaliyyət göstərmiş, Oğuz yurdunun qeyrətli oğlu öz xalqına sidq-ürəklə qulluq etmiş, mətbuat səhifələrində azərbaycanlıların üzləşdikləri problemlərlə bağlı tənqidi yazılar vermiş, heç nədən çəkinməmişdir".

Müəllif fikrinə davam edərək konkret fakt gətirir: 1965-ci ildə "Sovet Ermənistanı" qəzetində İsmayıl Əliyev "İtirilmiş şöhrət" adlı məqaləsini dərc etdirir. Həmin məqalədə "Basarkeçər rayonunun Böyük Məzrə kəndində kolxoz sədri vəzifəsində çalışan, millətçi, türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanan Ardaş Hunanyan haqqında tənqidi fikirlər ifadə edir".

Buradan İsmayıl Əliyevin həyat fəaliyyətinin fəlsəfəsi haqqında maraqlı nəticə çıxara bilərik: İsmayıl Əliyev bir türk və maarif carçısı, partiya fəalı, ictimai-siyasi xadim və jurnalist olaraq aydın fəlsəfi-ideoloji konseptə söykənən fəaliyyət göstərib. Bunun əlamətidir ki, onu "ensiklopedik biliyə sahib olan müəllim-pedaqoq" kimi qiymətləndirirlər. Əsası isə ondan ibarətdir ki, İsmayıl Əliyev Azərbaycan-türk ziyalılıq ənənəsindən gələn bir mənəvi-ideoloji prinsipə daim əməl edib.

Ziyalı ənənəsinin üç faktoru: Ədalət, Vətənsevərlik və Yurd sevgisi

Türk ziyalıları fəaliyyətlərini həmişə müəyyən mənəvi-əxlaqi və ideoloji konsept üzərində qurublar. Onlar üçün üç faktor böyük əhəmiyyət kəsb edib: Haqq-Ədalət, Əxlaq və Yurdsevərlik (Vətənsevərlik). Bunlara tam əməl edə bilməyənlər xalqın yaddaşında çox qalmayıblar. Azərbaycanın qədim dövrlərdən bu günə kimi tarixində həm hökmdarlığın, həm də ziyalılığın bu "qızıl qaydası"na əməl edən minlərlə faktlar mövcuddur. Nizami, Xaqani, Nəsimi, Füzuli... Onlara nə qədər "mistik şair" damğası vurmağa çalışsalar da, reallıqda türk mənəvi-ideoloji kimliyinin daşıyıcıları olublar. XIX əsrdə sufi şair Mir Həmzə Nigari Qarabaği türk ziyalılığının Ədalət-Əxlaq-Yurdsevərlik xəttinin təmsilçisi kimi yaddaşlarda qalıb. Bu ruhani insan ömrünü mənəvi-ideoloji xəttinə sadiq vətənsevər kimi keçirib və sona qədər yadellilərlə mübarizə aparıb.

Bu mübarizliyi və ardıcıl Ədalət-Əxlaq-Yurdsevərlik "üçlüyü"nə əməl edilməsini İsmayıl Əliyevin fəaliyyətində və bütövlükdə həyat mövqeyində görürük. Harada olmasından və hansı vəzifəni tutmasından asılı olmayaraq, ədaləti və haqqı gözləməklə əxlaq çərçivəsində mənsub olduğu xalqın istəkləri uğrunda mübarizə aparıb.

İsmayıl Əliyevin seçim qarşısında qalanda, həqiqəti çəkinmədən deməsi bunun göstəricisidir! Pedaqoq kimi fəaliyyətində, deputat kimi işlərində, kolxoz və sovxoz sədri kimi atdığı addımlarda, jurnalist kimi yazılarında həmin ruh mövcuddur.

Belə olmasaydı, İsmayıl Əliyev şovinist erməni rəsmi şəxsi ilə toqquşmazdı, "sakit oturardı". Ancaq İsmayıl Əliyev qanunun imkan verdiyi çərçivədə Yurdu və xalqı üçün çalışmaqdan vaz keçmədi. Bu, gənc nəslin öyrənməli və əxz etməli olduğu bir nümunədir.

Əgər o dövrlərdə Nizamilər, Xaqanilər, Nəsimilər, Füzulilər, Nigarilər və nəhayət, İsmayıl Əliyev kimi şəxsiyyətlər "sakit oturub", "nüfuzlarını, hörmətlərini, şöhrətlərini" gözləsəydilər, bu gün Vətən olmazdı! İkinci Qarabağ müharibəsi qazanılmazdı!

Burada tarixşünaslarımız üçün də əhəmiyyətli olan bir incə məqam vardır. Məlumdur ki, sovet dönəmində tariximiz kənar cəmiyyətin dövlətçilik maraqlarına uyğun "araşdırılıb". İndi tarixçilərimiz etiraf edirlər ki, real elmi araşdırma aparmaq üçün fərqli metodlar və yanaşmalardan istifadə etmək lazımdır. Onların sırasında İsmayıl Əliyev kimi fədakarların irsinin tarixi, nəzəri, fəlsəfi, elmi öyrənilməsi xüsusi yer tutmalıdır. Bu kimi insanlarımızın həyatı həqiqət, tarix, millət, dövlət və mədəniyyət naminə işıqlandırılmalıdır ki, bütövlükdə dövlətçilik və Vətənsevərlik yolumuz işıqlansın!

Bu kontekstdə "Göyçə nisgili, Göyçə dərdi" kitabı uğurlu bir addımdır. Jurnalist Q.Aslan və V.Bayramovun həmin kitab haqqında yazdıqları yuxarıda bizim gəldiyimiz qənaətlərin doğruluğunu bir daha təsdiq edir. Q.Aslan yazır: "Göyçə nisgili, Göyçə dərdi" kitabında şair Eldar İsmayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Əli Əliyev, müəllim-pedaqoq Şamil Rüstəmov, fəlsəfə doktoru Elçin Əhmədov, dilçi-filoloq Lamiyə Cəlilova, şair Niftalı Göyçəli və başqalarının İsmayıl Əliyev haqqında xatirələri də verilib.

Kitabdakı müxtəlif illərdə çəkilmiş tarixi şəkillər, Güney kəndinin müxtəlif görüntüləri Göyçənin füsunkarlığından, romantik mənzərələrindən xəbər verir.

Mərhum İsmayıl Əliyev təkcə Göyçə mahalında deyil, bu əraziyə bitişik olan Kəlbəcər, Gədəbəy, Tovuz, Qazax rayonlarında, Gəncədə dəyərlərə bağlı, millətini ürəkdən sevən bir ziyalı kimi tanınırdı...".

Bu qısa fraqmentdən görünür ki, kitabda müxtəlif peşə sahibləri İsmayıl Əliyev haqqında fikir bildiriblər. Bu, artıq müəyyən dərəcədə tanıtma və təqdimatdır. Müsbət haldır. Həmin əsasda Q.Aslanın İsmayıl Əliyevin Gəncə, Gədəbəy, Tovuz, Qazax və Kəlbəcərdə də "...dəyərlərə bağlı, millətini ürəkdən sevən bir ziyalı kimi tanınması"nı vurğulaması əhəmiyyətli qənaətdir.

V.Bayramovun qənaəti də vurğuladığımız kontekstdə maraq doğurur. Müəllif "Xalq qəzeti"ndəki məqaləsində yazır: "2010-cu il may ayının 11-də Bakı şəhərində dünyasını dəyişən Azərbaycan məsləkli, Göyçə sevdalı İsmayıl Əliyevin bugünlərdə işıq üzü görmüş "Göyçə nisgili, Göyçə dərdi" kitabında Göyçə mahalında tarixən intişar tapmış intibah və maarifçilik ideyalarının milli-mənəvi dəyərlər sistemimizdəki yeri və rolu, bu irsin sonrakı nəsillərin məfkurəvi mübarizəsinə önəmli təsiri əksini tapıb. Kitab şahidlik etdiyi həqiqətlərlə Göyçə nisgilini, Göyçə dərdini gözlərimiz önündə canlandırır.

Topluda məqalələr, tarixi oçerklər, publisistik düşüncələr istedadlı qələm sahibinin sənəd və faktlar əsasında ərsəyə gətirdiyi vətəndaş tədqiqatının çox qiymətli epizodlarıdır. Kitab bir daha göstərir ki, İsmayıl Əliyevin yaradıcılığı bu gün aktual olduğu kimi, sabah da dəyərli və gərəkli olacaq".

Doğrudan da, İsmayıl Əliyevin həyat yolu göstərir ki, o, daim tarixən formalaşmış intibah və maarifçilik ideyalarının Azərbaycanın milli-mənəvi dəyərlər sistemindəki yeri və rolunu yüksək qiymətləndirib və nəzərə alıb. Burada, yuxarıda vurğuladığımız kimi, Ədalət, Vətənsevərlik və Əxlaq, təbii ki, xüsusi yer tutur!

Kitabın məzmunu fövqündə bir ideya yuxarıdakı təsvirin kontekstində son dərəcə əhəmiyyətlidir. Biz "Azərbaycan səcdəgahımız, türkçülük isə tacımızdır" fikrini nəzərdə tuturuq. Bu fikirdə sanki İsmayıl Əliyev kimi ziyalıların həyat mübarizəsinin ana şüarı ifadə edilib. Birincisi, aydın göstərilir ki, bu mübarizədə başlıca məqsəd Vətənin azadlığı, məsumluğu, onun dövlətçiliyinin təmini və xalqın özünü mədəni, mənəvi-əxlaqi aspektlərdə təsdiq etməsindən ibarətdir!

Deməli, İsmayıl Əliyev qədimdən gələn ənənənin davamçısıdır. O, həm də XX əsrdə Azərbaycanın dövlət, ölkə, cəmiyyət, mədəniyyət və xalq kimi qarşılaşdığı haqsızlığa qarşı aktiv milli mövqe tutan yaradıcı insandır!

Bu məqamda Ulu Öndər Heydər Əliyevin XX əsrdə uzun illər Azərbaycanın xalq, mədəniyyət məkanı, ölkə və respublika kimi mövcud ola bilməsini SSRİ rəhbərliyinə və sonra bütün dünyaya sübut etməsi yada düşür. Görünür, bir sıra ziyalılarımız kimi, İsmayıl Əliyev də öncə bu mübarizəni dərk edib, daha sonra isə onun ruhuna uyğun mübarizəyə qoşulub!

İkincisi, İsmayıl Əliyev üçün ideoloji mayak həmişə türkçülük olub! O, türkçülüyü azərbaycançılıq kontekstində dərk edib. Çünki İsmayıl Əliyevin fəaliyyəti göstərir ki, türkçü kimi heç bir başqa xalqa nifrət və kin bəsləməyib – onun türkçülüyü azərbaycanlıların haqlarını və Azərbaycan xalqının mədəniyyətini qoruması ilə sərhədlənir. Azərbaycan bu səbəbdən İsmayıl Əliyevin səcdəgahıdır! Türkçülük də həmin səbəbdən İsmayıl Əliyevin "ideoloji tacıdır"!

Beləliklə, biz tanınmış jurnalist, təcrübəli pedaqoq, vətənpərvər ziyalı, xeyirxah insan, nüfuzlu ictimai-siyasi xadim İsmayıl Əliyevin timsalında Azərbaycan ziyalılıq ənənəsinin daha bir görkəmli təmsilçisini görürük. Bu nəcib və vətənsevər şəxsiyyətin irsinin və həyat fəaliyyətinin daha fərqli elmi mövqelərdən və fəlsəfi aspektdən öyrənilməsi bir zərurətdir! Bundan bütün Azərbaycan mədəniyyəti, jurnalistikası, mənəviyyatı və dövlətçilik şüuru qazanacaqdır! Bu yol meydana neçə-neçə İsmayıl Əliyevlər çıxara bilər! Bu Yol Qədim Azərbaycanın mənəvi-əxlaqi, mədəni, dövlətçilik və ideoloji qaynaqlarından başlayıb, başqa Azərbaycan mahalları kimi, Göyçədən də keçərək İsmayıl Əliyevlərin ruhunda daşınıb və indiki nəsillərə ötürülüb! Yol davam edir...!

Kamal ADIGÖZƏLOV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənilərin Başkəndi Azərbaycanın hansı kəndi ilə dəyişdirilə bilər? - Paşinyan niyyətini açdı...

Vətən müharibəsi və Milli Qəhrəmanların təqaüdlərini bərabərləşdirmək olar...(?)

Yuxarı məmurların övladları əsasən dövlət məktəblərində oxumurlar...Təhsil məmurları isə...

SON XƏBƏRLƏR

05.06.2026 / 06:11
Paşinyan-Tatoyan debatında şok olaylar açılır…

05.06.2026 / 06:02
Paşinyandan sərt açıqlama - ATƏT MQ Qarabağ həllinin qarşısını almaq üçün yaradılmışdı…

05.06.2026 / 00:02
Minifutbol millimiz Avropa Çempionu oldu!

04.06.2026 / 23:19
Azərbaycanın dövlətçilik tarixi – Xanlıqlar dövrü

04.06.2026 / 22:44
Putin Prezident İlham Əliyevə minnətdarlığını bildirdi

04.06.2026 / 21:37
Ermənilərin Başkəndi Azərbaycanın hansı kəndi ilə dəyişdirilə bilər? - Paşinyan niyyətini açdı...

04.06.2026 / 21:15
Aİ Ermənistana Rusiyanın iqtisadi təzyiqlərinə qarşı əks-tədbirlərə başladı...

04.06.2026 / 20:52
Məcburi köçkün gənclərin inkişafına son 20 ildə dövlət dəstəyi...

04.06.2026 / 20:35
Ermənistanın üstündə ABŞ-Rusiya intriqası daha açıq şəkil aldı...

04.06.2026 / 20:04
Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlandı

04.06.2026 / 19:56
Özgür Özəllə Klıcdaroğlunun şok telefon danışığı yayıldı...

04.06.2026 / 19:37
Ölkədə ilk dəfə "Təbiətin Dostları" Festivalı keçirildi

04.06.2026 / 19:31
Ankarada “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” tədbirləri keçirildi

04.06.2026 / 18:42
Avropa Bankı Azərbaycanın iqtisadi inkişaf proqnozunu aşağı saldı...

04.06.2026 / 18:18
Ermənistanda seçki prosesi və regionun gələcək siyasi mənzərəsi

04.06.2026 / 17:52
Rusiya XİN Azərbaycanla mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan etdi

04.06.2026 / 17:40
"Fənərbağça" prezidenti Sadettin Saran həbs edildi

04.06.2026 / 17:27
Azərbaycan Ermənistana 2475 ton dizel göndərdi...

04.06.2026 / 17:18
"Rusiya Azərbaycanın Aİİ-yə yaxınlaşmasına hərtərəfli dəstək verməyə hazırdır" - Qaluzin

04.06.2026 / 17:14
Dünya ikinci Çernobıl kabusunun bir addımlığında – nüvə stansiyası bombardman edildi, işçilər sığınacaqlara çəkildi...

04.06.2026 / 17:12
“Bir kəndin taleyi” filminin çəkilişləri başa çatıb

04.06.2026 / 16:42
Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilir

04.06.2026 / 16:32
Sonuncu BAZAR – Paşinyan İrəvanı Rusiyadan QOPARIR...

04.06.2026 / 16:29
Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu keçirdi, Ağstafada isə gənclərin arasından seçim etdi - FOTO/VİDEO

04.06.2026 / 16:23
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub

04.06.2026 / 16:11
Perinatal Mərkəzin eks direktoru məhkəmə zalında həbs olundu

04.06.2026 / 16:04
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO

04.06.2026 / 15:40
Rusiya Azərbaycandan keçməklə Ermənistana buğda, arpa və gübrə göndərdi

04.06.2026 / 15:24
Qazaxıstan Kiprlə yaxınlaşır -Türk Dövlətləri Təşkilatında təfriqə...

04.06.2026 / 14:35
Böyük Qayıdış mərhələsində keçmiş məcburi köçkünlərə sosial dəstək siyasəti yeni mərhələyə daxil olur

04.06.2026 / 14:31
Rusiya ilə boşanma, Avropa ilə nişan - sonda hər şey Bakıda həll olunacaq...

04.06.2026 / 14:29
Vətən müharibəsi və Milli Qəhrəmanların təqaüdlərini bərabərləşdirmək olar...(?)

04.06.2026 / 14:24
AB Rusiyanın acığına Ermənistana "Ukrayna və Moldova" tədbirlərini tətbiq etdi...

04.06.2026 / 14:22
Paşinyan seçkiyə 3 gün qalmış Putinin könlünü bu yolla almaq istədi...

04.06.2026 / 14:11
İran savaşı ABŞ-da idarəçilik böhranı yaradır - Konqres prezidentə qarşı sərt hərəkətə keçdi...

04.06.2026 / 13:51
Ali Məhkəmədən xəbərdarlıq - qanunsuz məqsədlə verilən pul geri qaytarılmır...

04.06.2026 / 13:44
TDT çərçivəsində maliyyə-bank sahəsində əməkdaşlıq müzakirə olunub - FOTO

04.06.2026 / 13:39
Aİİ-dən sonra Ermənistanın KTMT-dən çıxışı müzakirəyə verildi...

04.06.2026 / 13:21
Rusiya Ermənistanı hədələdi - Avropayönlü qüvvələr qalib gələrsə...

04.06.2026 / 13:13
TRIPP üzrə Ermənistan-Amerika birgə şirkətinin yaradılması təsdiqləndi

04.06.2026 / 13:08
Rusiyada Qarabağ ermənilərinin müdafiəsi ilə bağlı yeni proses başladı...

04.06.2026 / 12:50
Ermənistan və ABŞ TRIPP sazişini imzaladı...

04.06.2026 / 12:28
Məcburi köçkünlükdən azad rayonlarda rəsmi mülkiyyət hüququna qədər...

04.06.2026 / 12:16
Yuxarı məmurların övladları əsasən dövlət məktəblərində oxumurlar...Təhsil məmurları isə...

04.06.2026 / 12:10
Xəzərdə avtoşluq edən sürücü həbs olundu

04.06.2026 / 11:59
Ləyaqətli məmur, bacarıqlı rəhbər...

04.06.2026 / 11:45
Kartı bloklandığı üçün banka gedən azərbaycanlı gənc şoka düşdü - bir anda dünyanın ən varlılarından biri oldu...

04.06.2026 / 11:33
“Qəzza səssizliyi” Almaniyaya baha başa gəldi - Berlin tarixində ilk dəfə BMT TŞ-yə seçilə bilmədi...

04.06.2026 / 11:26
Xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq ediləcək

04.06.2026 / 11:10
Moped sürücüləri üçün yeni tələblər müəyyənləşir

04.06.2026 / 10:43
ABŞ dəfələrlə öldüyünü iddia etdiyi Xameneinin sağ olduğunu etiraf etdi...

04.06.2026 / 10:15
Moskvadan İrəvana növbəti xəbərdarlıq - AİB və Rusiya ilə əlaqələr kəsiləcək...

04.06.2026 / 09:59
Tramp söz verdi - bu şərtlə ki…

04.06.2026 / 09:56
Rusiya Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndərəcək

04.06.2026 / 09:31
Bu il beş kişi qadının soyadını qəbul edib...

04.06.2026 / 09:22
Rubio hazırda Ukrayna böhranının həlli ümidlərinin yüksək olmadığını deyir...

04.06.2026 / 09:08
Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” keçirilir

04.06.2026 / 08:14
Xəzərdə zəlzələ oldu

03.06.2026 / 23:07
Putin və Şara Suriyadakı rus bazaları ilə bağlı ilə razılaşdı – ABŞ-ın gözləntiləri özünü doğrultmadı...

03.06.2026 / 22:40
Rusiyadan dünyanı qorxudan nüvə xəbərdarlığı – “bizi sınamağa çalışmayın”...

03.06.2026 / 22:24
Rusiya parlament xətti ilə də Ermənistana hücuma keçdi...

03.06.2026 / 20:42
Azərbaycanın enerji ixracının ən mürəkkəb “diplomatik mexanizmi” ilk dəfə açıqlandı...

03.06.2026 / 20:10
Avropanın enerji bazarı Azərbaycansız nə gündə ola bilərdi?!...

03.06.2026 / 19:32
Avropanın ən böyük qaz saxlama anbarları Azərbaycana təklif olundu...

03.06.2026 / 19:09
Aİ İrəvanı Moskvadan qorumaq üçün hərəkətə keçdi - Rusiya bazarına alternativ Avropa bazarı...

03.06.2026 / 18:37
Azərbaycan ilə Aİ arasında yeni hərtərəfli saziş layihəsi haqqında danışıqlar aparılıb

03.06.2026 / 18:24
Küveytdən İranla bağlı sərt qərar - diplomatlar ölkədən qovuldu, əlaqələr tamamilə kəsildi...

03.06.2026 / 18:15
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etdi

03.06.2026 / 18:00
Tramp Xamenei ilə görüşə biləcəyini açıqladı - İran nüvə silahından imtina etdi...

03.06.2026 / 17:33
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihə davam edir

03.06.2026 / 17:21
“XXI Əsrin Qadınları” İB Şamaxıda tədbir keçirib - FOTO

03.06.2026 / 17:10
Tarixdə ilk ABŞ-Azərbaycan iqtisadi dialoq prosesi başladı...

03.06.2026 / 16:58
Qara kampaniyalar üzündən doğma adını dəyişən neft şirkətləri... Əliyev nə dedi?..

03.06.2026 / 16:45
“Soydaşlarımız və Qarabağ” layihəsinin icrasına başlanılıb

03.06.2026 / 16:41
Roma Papası Prezident İlham Əliyevə məktub göndərdi

03.06.2026 / 16:35
Rusiya 2-ci dəfə Xəzəri kənar hərbi zərbələrə hədəf etdi... Ukrayna Xəzəri vursa...

03.06.2026 / 16:24
Məcburi köçkünlərə sosial dəstək siyasətinin yeni mərhələsi başlayır

03.06.2026 / 15:40
Netanyahu Trampı da bezdirdi -mən olmasaydım, həbslərdə çürüyərdin...

03.06.2026 / 15:18
Azərbaycanın Trampdan gözləntisi bu deyildi - 907 niyə tam ləğv edilmədi...

03.06.2026 / 15:09
Tramp anons etdi -iyunda Əliyevlə Paşinyan son saziş imzalaya bilər...

03.06.2026 / 14:55
BTQ ilə Beynəlxalq Siqh Federasiyası arasında Anlaşma Memorandumu imzalandı

Məcburi köçkün gənclərin inkişafına son 20 ildə dövlət dəstəyi...

XƏBƏR ARXİVİ