çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Əcnəbi təhsilli moizəçilər Azərbaycanın kadrlarını sıxışdırır - Komitəyə mesaj...

Image


Din amili çox böyük təsir imkanlarına malikdir və təəssüf ki, bir sıra ölkələr, xalqlar, qruplaşmalar, xüsusən də radikal qruplar bu amildən aşırı dərəcədə öz çirkin məqsədləri üçün istifadə edir. Biz bunun kifayət qədər örnəklərini görürük.

Müasir dövrdə məscid minbərlərindən tutmuş ayrı-ayrı yerlərdə, internetdə, You-Tube-da, başqa platformalarda moziə oxuyan şəxslərlə bağlı birmənalı fikir yoxdur. Qeyd edilir ki, Azərbaycanda dini moizə oxuyanlar birmənalı olaraq İranda təhsil alan, yaxud hansısa formada İrana, yaxud başqa ölkələrə bağlı adamlar olur, ona görə də məzhəbçiliyə üstünlük verirlər. Fikirlər var ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi özü İlahiyyat İnstitutunda moizə oxuyanlar yetişdirməlidir. Yəni Dövlət Komitəsinin özünün moizə oxuyanları olmalıdır ki, onlar sırf dövlətçilik, milli, dini birlik müstəvisində moizələr oxusunlar. Bu çox vacib məsələdir. Moizə oxuyanlar insanlara çox təsir edir və onları öz yollarına çəkirlər.

  • “İnanıram ki, Dini Komitə bunun öhdəsindən gələcək”

Məsələyə münasibət bildirən Milli Cəbhə Partiyasının sədr müavini, tanınan ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində təəssüflə bildirdi ki, bu problem var: “Uzun müddətdir, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandakı bütün məscidlərə, demək olar ki, yüzdə-yüz İranda təhsil alan insanları təyin etdirib. Bütün məscidlər deyərkən mən İmamiyyə, Cəfəri məzhəbinə etiqad edən insanların yaşadığı bölgənin məscidlərindən danışıram. Bu Şimal bölgəmizə aid deyil və bilirsiz ki, Şimal bölgəsində yaşayan əhalimiz sünni məzhəblidir...

Bu təyinatlarla bağlı faktlar da var, hər şey də göz qabağındadır. Məlumdur ki, İranda dövlətlə din, siyasətlə din bir olduğu üçün orada təhsil verilərkən təkcə dini təhsil verilmir, həm də siyasi təhsil verilir. Yəni İran dövlətinin özünün siyasi maraqlarını həmin tələbələrin beyninə yeridirlər. Bununla da onlara təhsil yox, təlim verirlər. Mən dəqiq deyə bilmərəm ki, QMİ-nin Rusiyaya bağlılığından, yoxsa İran qarşısında öhdəlik götürməsi səbəbindən bu işlər baş verib.

Bilirsiz ki, QMİ sədri də bəyan edib ki, İranın ali dini-siyasi liderini təqlid edir, ona tabedir. Biz bunu çox gördük, hətta 44 günlük müharibədə də açıq şəkildə müşahidə etdik. Bu baxımdan, bizə öz içimizdən zərbə vurulub. Buna da QMİ tərəfindən münbit şərait yaradılıb, bu kimi adamlar təyin olunub. Faktlar deyə bilərəm ki, milli təfəkkürdə, düşüncədə olan, dövlətimizə, bayrağımıza sadiq minlərlə ilahiyyatçı var. Milli təfəkkürlü ilahiyyatçıları bu gün də QMİ qapıdan içəri buraxmır. Təbii ki, bu gün bir çox  səlahiyyətlər QMİ-dən alınıb. Amma bir az gec oldu. Bu səlahiyyətlər vaxtında alınıb Dini Komitəyə verilməli idi. İndən sonra Dövlət Komitəsinə də illər lazımdır ki, QMİ-nin dövlətə vurduğu bu ziyanı, etdiyi bu boyda xəyanəti təmizləsin, tənzimləsin. Bu gün görürsüz ki, sosial şəbəkələrdə, efirlərdə çıxış edənlərin çoxu İran yönlüdür, İrana getməsə də, İranın vaxtilə buradakı nümayəndəsi olan Ocaqnejatidən təlim, tərbiyə, tədris görən adamlardır. Onları yetişdirib qabağa veriblər. Hətta bir nümunə deyim, bu günlərdə çimərlikdə çimən qadınları təhqir edən, kişiləri “qeyrətsiz” adlandıran adam İrandakı müctəhidləri təqlid edən insandır.  Bu tip adamlar da ölkəmizə mənəvi-ideoloji baxımdan ziyan vurublar, bu gün də vurmaqda davam edirlər. Çünki onları Dövlət Komitəsi axundluqdan, imamlıqdan uzaqlaşsırsa da, müstəqil ruhani kimi artıq özlərinin elektoratı, onlara inanan insanlar var. Yenə də onlar sərbəst şəkildə öz fəaliyyətlərini davam etdirəcəklər. Bu, sanki vaxtilə bizə vurulmuş yaradır və sağalmaq bilmir. İndi güc daha çox Dövlət Komitəsinin çiyinlərinə düşəcək ki, bu məsələləri yavaş-yavaş tənzimləyib bura savadlı, milli düşüncəli ilahiyyatçılar təyin etsinlər, İrançılara tabe olan kütləni də artıq hansısa bir şəkildə onlardan qoparıb milli düşüncədə olan din xadimlərinə tabe etdirsinlər. Bu da çox çətin və vaxt aparan bir məsələdir. Amma inanıram ki, Dini Komitə bunun öhdəsindən gələcək. İlahiyyat İnstitutunda təhsil alanlara gəldikdə isə, bu ali məktəb yeni açılıb, bu institutun cəmiyyət tərəfindən qəbul edilən ilahiyyatçılar yetişdirməsinə hələ təxminən 5-10 il vaxt var. Yəni İlahiyyat İnstitutunun məzunları olacaq, onlar təcrübə qazanacaq, onlar tanınacaq. Düzdür, o institut çox yaxşıdır, çox mötəbərdir, onun yaranmasına ehtiyac vardı. Amma Azərbaycanda din mühiti elə şəkildə formalaşıb ki, (burada QMİ-nin də rolu var-T.İ) bizdə sanki Türkiyə modelinə bir qədər xor baxırlar. Yəni mollanın, axundun geyim formasında, davranışında, çıxışında bir İran modeli yaradıblar ki, guya bu belə olmalıdır. Bunu da QMİ yaradıb. Buna görə də, artıq bizim cəmiyyətimiz də İlahiyyat İnstitutunun yetişdirdiyi adamlara xor baxır, onları din xadimi gözündə görmür”.

QMİ-nin İrançılığı Azərbaycanda yaymaqla bir çox yanlış təsəvvürlərin formalaşmasına rəvac verdiyini deyən ilahiyyatçı qeyd edir ki, idarə din xadiminin kostyumda, qalstukda olmasına xor baxırdı, molla mütləq saqqalı olmalıdır, əlində təsbeh olmalıdır və sair. Onun sözlərinə görə, mollanın imanı, dövlətə sədaqəti, əxlaqı yox, zahiri görünüşü irəli çəkilirdi, QMİ-yə görə əsl molla İrançı qiyafəsində olmalı idi. Bunun da QMİ-nin yaratdığı bir model olduğunu deyən T.İrfanın bildirdiyinə görə, bu səbəbdən də bizim insanlar müasir geyimli bir insanın dindən danışmasına bir cür baxır. “Çox istərdim ki, Azərbaycanda da qardaş Türkiyədə olan model olsun, milli islam modelimiz formalaşsın, İlahiyyat İnstitutunu bitirən insanları da cəmiyyətimiz tədricən qəbul etməyə başlasın. Yəni bu xurafatçı, qaraguruh, ağı deyən, yas məclislərində eybəcər şəkildə artistlik edən, xurafatı yayan adamları səhnədən yığışdırmaq lazımdır. Bu bizim ölkəmizin imicinə ziyan vurur. Çünki Azərbaycan dünyaya islam ənənələrinin yaşadılmasında, tolerantlıq və multikulturallıqda bir nümunə olan ölkədir. Amma bizim bu nümunə olan ölkəmizi QMİ-nin vaxtilə təyin etdiyi irançılar, axundlar tamamilə hörmətdən salır, insanlarda  bir ikrah hissi yaradır. Bu getdikcə artıq kənarda da bu cür səslənə bilər. Tutalım, Avropada, başqa yerlərdə qəsdən təxribat yaradırlar ki, guya Azərbaycanda “dinə təzyiq” var. Əslində, Azərbaycanda dinə təzyiq yoxdur, heç xurafata da dövlətin təzyiqi yoxdur. Amma biz istəyirik ki, olsun, xurafatçılıq yığışdırılsın. Çünki xurafatçılığın tərkibində İranın xarici maraqları həyata keçirilir. QMİ dünənə kimi Ramazan, Qurban bayramlarının elanını, ayın çıxıb-batmasını bütün islam dünyasına, Türkiyəyə, Pakistana, Özbəkistana, Səudiyyə Ərəbistanına görə yox, yeganə olaraq onlardan seçilən, fərqlənən İrana görə verirdi... Bunun da səbəbi qeyd etdiklərimizdir. Düşünürəm ki, bu problemə səthi yanaşmaq olmaz, bu sahədə köklü işlər görülməlidir. Deyək ki, burada söhbət təkcə moizə oxuyanlardan getmir, bunun alt qatından gedir, alt qatında da təqlidçilik məsələsi var. Bunlar təkcə moizə etmirlər, təqlid edirlər, bu təqlid sistemini də Azərbaycanda məmurların çoxu bilmir. Din sistemi bir az dərin məsələdir. İranda da teokratik sistem olduğu üçün onlar öz modellərini Azərbaycana tətbiq etmək istəyirlər. Bu baxımdan təqlidçilik məsələsinin aradan götürülməsi lazımdır. İrana bağlılıq, bizim ruhanilərin, din xadimlərinin ora təqlid edilməsi dayandırılsın. Çünki bu həm Azərbaycanın əleyhinədir, həm də onlarda din siyasətlə bir dayanır... Azərbaycanda ali dini mütəxəssislər yetişdirilməsi üçün şərait yaradılmalıdır. Azərbaycanda isə ali din xadimi yetişdirmək üçün heç bir şərait yoxdur. QMİ-i Təhsil Nazirliyi ilə birgə Bakı İslam Universitetinin 1989-cu ildən bu yana yetişdirmiş olduğu ali təhsilli ruhanilərin, ilahiyyatçıların diplomlarını ləğv etdi, diplomlarını tanımadı. Halbuki, buna qədər həmin diplomu alan şəxslər  gedib AMEA-da ali ilahiyyatçı dərəcələri alırdılar, müdafiə edib elmlər doktorları olurdular, ali ayətullahlar olurdular, müctəhid məqamına çatırdılar. Bunun qarşısını kimlərsə Azərbaycanda aldı. Qənaətimə görə, bunu İran və Rusiyayönümlü qüvvələr aldı ki, qoy Azərbaycanın özündə ali ruhanilər yetişməsin, Azərbaycan dövlətində ali ruhanilər yetişsə, bütün inanclı insanlar Azərbaycanda oturanı təqlid edəcək, İrana təqlid etməyəcək. Bu baxımdan, Azərbaycanda İlahiyyat İnstitutundan da əvvəl mövcud olan ilk  ilahiyyat alimi, “Şöhrət” ordenli Hacı Sabir Həsənlinin qurmuş olduğu Bakı İslam Universitetini bağladılar, onun verdiyi bütün diplomları ləğv etdilər, akademiyada elmi iş müdafiə edənlərin hamısının elmi işlərini ləğv etdilər. Bunu İrana, Rusiyaya bağlı olan təxribatçı qüvvələr etdi. Bu gün diplomu ləğv edilən, təsdiqlənməyən məzunlar məhkəmələrdə sürünürlər. Amma geniş mənada bu məsələni ictimailəşdirən yoxdur. Vaxtilə  milli düşüncəli ruhaniləri, ilahiyyatçıları səhnədən uzaqlaşdırmasaydılar, bu İrançıların yerinə Bakı İslam Universitetinin məzunlarını yerləşdirsəydilər bu vəziyyət yaranmayacaqdı. Bakı İslam Universitetinin 3700-dən çox məzunu var, onların hamısı 5 ildən artıqdır ki, məhkəmələrdə sürünür. Hamısını başqa yerlərdən də, Dini Komitədən də, QMİ-dən də işdən çıxarıblar, onlara heç cür şərait yaradılmır, Təhsil Nazirliyi də birmənalı şəkildə diplomlarını tanımır. Bu məhz İrana xidmətin bir bariz nümunəsidir ki, Azərbaycanda ali dini ruhani yetişməsin, İranı təqlid etsinlər. Məsələ odur ki, şeyxin dini titulu yoxdur, o, QMİ sədri olsa da, “mən İranaı təqlid edirəm” deyir. Yəni ilahiyyat sahəsində elmi dərəcəsi yoxdur...” - deyə müsahibimiz bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ