Bu gün məscidlərdə din sahəsi ilə məşğul olan şəxslər çalışır. Məscidlərdə çalışanlar arasında axund və imam adı tez-tez çəkilir. Maraqlıdır, axundla imamın fərqi nədir?
Axundla imamın fərqi onların vəzifələri üzrə gördüyü işlərəmi aiddir? Elə bu sualla dinşünaslara müraciət etdik.
Dinşünas Hacı Şahin Həsənov bizimlə söhbətində qeyd etdi ki, şiə məktəbini təmsil edən ruhanilərə axund deyilir. Əhli sünnəti təmsil edənlərə isə imam deyilir.