İmişli rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. İmişli rayon sakini, 1960-cı il təvəllüdlü Allahyar Əliyar oğlu Tağıyev yaşadığı evdə qolunun damarlarını kəsərək intihar edib.
Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.