Lənkəran Tibb Kollecində "QARABAĞ AZƏRBAYCANDIR" adlı stend hazırlanıb. Stenddə Cənab Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyevin şəkli, sözləri və "Dəmir Yumruğ"un , eləcə də topçu Vüsal Şahkərimovun şəklinin təsvirləri verilib. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olan Cavid Zeynalovun və 44 günlük Vətən müharibəsində döyüşən qəhrəman tələbə və məzunların şəkliləri əks olunub.
Söhbət əsasında kollecin direktoru İqbal Əmənillayev bildirdi ki, İkinci Qarabağ müharibəsində 30 il düşmən tapdağında qalan Vətən torpaqlarını canları bahasına azad edərək xalqımıza qələbə sevinc yaşadan bütün qəhrəman oğullarla biz qürur duyur, fəxr edirik. Millətimizin qüruru bir daha bütün dünyaya bəlli oldu. Belə bir müdrik rəhbəri olan ölkənin vətəndaşı olmaq həqiqətən böyük şərəfdir. Bəli, indi tam əminliklə deyə bilərik: - Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü